Musayev Akif Fərhad oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Füzuli rayonu, Qorgan kəndi   
Təvəllüdü 18.07.1947  
Bitirdiyi ali təhsil müəssisəsi S.M.Kirov adına ADU, Riyaziyyyat fakültəsi
Elmi dərəcəsi İqtisad elmləri doktoru 
Elmi rütbəsi Professor
Namizədlik (PhD)

dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı




08.00.13

İqtisadiyyatın riyazi və instrumental üsulları

Avtomobil nəqliyyatında növbəli sutkalıq tapşırıqların effektivliyinin operativ planlaşdırma üsulları ilə yaxşılaşdırılması
Doktorluq dissertasiyasının

mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı



08.00.05  

Xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili.

Yeni təsərrüfatçılıq şəraitində neft maşınqayırma sənayesinin inkişafının idarə edilməsinin iqtisadi problemləri

Müxbir üzv seçilməsi

- tarix

- ixtisasın adı


2001

iqtisadiyyat 

Çapdan çıxmış elmi

əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi

əsərlərinin sayı

- beynəlxalq bazalarda

referatlaşdırılan və

indeksləşdirilən

jurnallarda çap olunan

məqalələrin sayı

400

 

30

 

38
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı

 

34

5

Əsas elmi nailiyyətləri 1. Avtomobil nəqliyyatı işinin təşkili və planlaşdırılması sahəsində mövcud metodları təhlil edərək avtonəqliyyat müəssisəsi səviyyəsində bir təminatçı və çoxlu sayda tələbatçı arasında iş günü ərzində yükdaşımanın operativ planının tərtibi probleminin çox böyük əhəmiyyəti və geniş tətbiq dairəsinin bu sinif məsələləri xarakterizə edən amilin normativ iş günündən səmərəli istifadə kriterisi olduğunu elmi cəhətdən əsaslandırmışdır. Nəticədə A.Musayev tərəfindən qoyulmuş problemin ümumi optimallaşdırma modeli təklif edilmiş, onun əsasında növbəli sutkalıq planlaşdırmanın dəqiq və təcrübi alqoritmləri verilmişdir. Müəllif tərəfindən təklif olunan riyazi model mövcud iş həcmi və ayrılmış avtonəqliyyat vasitələrinin potensial imkanlarının uyğunlaşdırılmasına əsaslanmaqla mahiyyət etibarı ilə böyük ölçüyə malik tam ədədli riyazi proqramlaşdırma məsələsindən ibarətdir.

2. A.Musayevin elmi tədqiqat fəaliyyətinin ikinci istiqaməti neft maşınqayırması və neft-qaz sənayesinin mərkəzləşmiş planlaşdırma və müstəqil ticarətin mövcudluğu şəraitində, ölkənin iqtisadiyyatının yanacaq-enerji resurslarına çoxşaxəli daxili və xarici tələbatının ödənilməsi zəruriliyi, neft-qaz sənayesinin neft maşınqayırma avadanlıqlarına tələbatının maksimal ödənilməsi zəruriliyi, iqtisadi və təsərrüfat əlaqələrinin kəsildiyi və bu kompleksin əsas elementlərinin müxtəlif müstəqil dövlətlərin ərazisində qaldığı və yanacaq-enerji kompleksinin beynəlxalq sistemə inteqrasiyası imkanlarının məhdudluğu şəraitində Azərbaycan Respublikasının maşınqayırma sənayesinin əsasını təşkil edən neft maşınqayırmasının inkişafının idarə edilməsinin, neft-qaz sənayesi ilə qarşılıqlı əlaqələrinin iqtisadi problemlərinin elmi həlli sahəsində apardığı elmi tədqiqatları əhatə edir.

3. A.Musayevin elmi tədqiqat fəaliyyətinin üçüncü istiqaməti Azərbaycanda vergilərin iqtisadi problemlərinin elmi tədqiqi istiqamətinin öyrənilməsi və təşkili olmuşdur. Azərbaycan Respublikasında fiskal siyasətin iqtisadiyyatı sahəsində aparılan elmi-tədqiqat işlərinin təşkilatçısı və rəhbəri, vergi sisteminin normativ-hüquqi bazasının yaradılmasının əsas iştirakçıları və təşkilatçılarından biri, əhalinin vergi mədəniyyətinin formalaşması, vergilər sahəsində biliklərinin artırılması, vergi ödəyicilərinə xidmət işinin təşkili, gələcəyin vergi ödəyicilərinin formalaşdırılması və vergilər sahəsində kadrların hazırlanması və yenidən hazırlanması, kadr hazırlığının dərslik, dərs vəsaiti, proqram və tədris-metodiki təminatının hazırlanmasının təşkilatçısı olmuşdur.

Elmi əsərlərinin adları

1.Aksizlər (xüsusi istehlak vergisi), A.F.Musayev, Bestpack mətbəəsi, Bakı 2016, səh. 158.

İnnovasiya iqtisadiyyatı və vergi stimullaşdırması (nəzəri praktiki araşdırma), A.F.Musayev, Azərbaycan Universiteti nəşriyyatı, Bakı 2014, səh. 183.

2. Ünvanlı Vergi Xidmətləri, A.F.Musayev, Ə.C.Məmmədov, Çaşıoğlu mətbəəsi. Bakı, 2013, səh.284.

3. Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı, 3-5 ci siniflər üçün dərs vəsaiti, A.F.Musayev, A.Q.Qəhrəmanov Əlavələr edilmiş dördüncü nəşr Bakı 2012. 130 səh.

4. Vergilər, Dərslik, 6-8-ci siniflər üçün dərs vəsaiti, F.Ə.Məmmədov, A.F.Musayev, A.Q.Qəhrəmanov, Əlavələr edilmiş 3 – cü nəşr. Bakı 2012 (119 səh.)

5. Vergilər, Dərslik, 9- 11-ci siniflər üçün dərs vəsaiti, F.Ə.Məmmədov, A.F.Musayev, A.Q.Qəhrəmanov, Əlavələr edilmiş 2– ci nəşr. Bakı 2012 (146 səh.)

6. Ekonometrikaya giriş A. F. Musayev, A. Qəhrəmanov, Çaşıoğlu mətbəəsi. Bakı 2011(173 səh.)

7. Vergilər və Vergitutma (dərslik). F. Ə. Məmmədov, A.F. Musayev, M. M.M. Sadıqov, Y. A. Kəlbiyev, Z. H. Rzayev. Polygraphic Production mətbəəsi. Bakı, 2010 ( 508 səh. )

8. Vergi mədəniyyəti. A. F. Musayev, A. Qəhrəmanlı. Çaşıoğlu mətbəəsi. Bakı, 2010 (334 səh.)

9. Yerli özünüidarəetmə (Bələdiyyə) orqanlarının vergi sistemi. A.F.Musayev, H.İ.Məmmədov Dərs vəsaiti, (398 səh.) Bakı-2008

10. Vergi siyasətinin iqtisadi problemləri // A.F.Musayev, CBS “Poliqraphic Production”, Bakı, 2004, 792 ç.v.

11. Налоги и налогообложение в Азербайджане. :учебник для вузов /А.Ф.Мусаев, М.М.Садыгов, Р.Б.Магеррамов, Р.А.Салаев. - Баку : Элм , 2005. - 529 с.

12. Tax service of the Azerbaijan Republic: reforms and results, A.Musayev, J.A.Kalbiyev, A.A.Musayeva. Baku, Taffakur. 2002.p.324

13. Vergitutmanın nəzəri və metodoloji əsasları. Məmmədov F., Musayev A., Sadıqov M., Rzayev Z., 30 səh.Bakı, 2001

14. Qiymətli kağızlar bazarı // Səda, , A.F.Musayev (həmmüəllif: N.N.Vəliyev, A.S.Quliyev).Bakı, 1999, 324 ç.v.

15. Нефтедобыча и нефтяное машиностроение: анализ взаимодействия –(Бакы-1997)

16. Qlobal maliyyə böhranının aradan qaldırılması cəhdləri və beynəlxalq maliyyə nəzarətinin təkmilləşdirilməsi zəruriliyi - İpək Yolu, №2 2009

17. Fiskal siyasətin iqtisadi inkişafa təsirinin modelləşdirilməsi. A.F. Musayev.

18. “Spektral nəzəriyyə və onun tətbiqləri” akademik F. Q. Maqsudovun 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransın tezisləri. 4 səh.

19. İnnovasiya siyasəti: Avropa Birliyi təcrübəsi və Azərbaycan şəraitinə adaptasiya imkanları. A. F. Musayev. AMEA İqtisadiyyat institutu, Modernləşmə xətti jurnalı, Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisində yeni nailiyyətlər, Bakı-2010. 7 səh.

20. Decision making with imprecise probabilities in macroeconomics- A. F. Musayev, A. V. Əlizadə, E. H. Musayeva. ICAFS-2010

21. Ninth International Conference on Application of Fuzzy Systems and Soft Computing. Proceedings. ICAFS-26-27 avqust Praqa Çex respublikası. 2010

22. A Revenue Estimating Manual for TheRepublic // (həmmüəllif: Лаирд Эраесер, Мирдамад М.Садыгов, А.Амирасланов). Offset paper №1, 2004, 170 ç.v.

23. Функционально-стоимостной анализ оценки эффективности налоговой политики // Scientific papers University of Latvia, Volume 706, Economics, V Latvijas Universitates, 2006, (həmmüəllif: Ф.Ф.Гарайев). 9 ç.v.

24. Vergi sistemi (dərs vəsaiti), A.F.Musayev, Rzayev Z.H. ,Süleymanov Q.S. Bakı 1998, 72 səh.

25. İqtisadiyyatda riyazi modelləşdirmə və proqnozlaşdırma (dərslik), A.F.Musayev, A.Q.Qəhrəmanov. Bakı 1999, 452 səh.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

“İpək yolu” jurnalının redaksiya heyətinin üzvü, 1998-ci il, Bakı Azərbaycan.

“Vergilər qəzeti”-nin redaksiya heyətinin üzvü, 2000-ci il, Bakı Azərbaycan.

“Türk Bilim” elmi jurnalının redaksiya heyətinin üzvü, 2000-ci il, Ankara, Türkiyə.

Azərbaycan Respublikası Auditorlar Palatasının “İqtisadiyyat və Audit” jurnalının redaksiya heyətinin üzvü, 2000-ci il, Bakı Azərbaycan.

Türk Dünyası Riyaziyyatçıları birliyinin  üzvü. 2001-ci il İstanbul, Türkiyə.

“Azərbaycanın vergi jurnalı”  jurnalının redaksiya heyətinin üzvü, 2003-cü il, Bakı Azərbaycan.

Bakı Biznes Universitetinin “Audit” jurnalının redaksiya heyətinin üzvü, 2005-ci il, Bakı Azərbaycan.

Dialoq Avrasiya Platformunun üzvü.  2010-cu il. İstanbul,Türkiyə.

“Təfəkkür” jurnalının redaksiya heyətinin üzvü, 2013-cü il, Bakı Azərbaycan.
Pedaqoji fəaliyyəti 1977-ci  ildən indiyə qədər baş müəllim, dosent, professor, kafedra müdiri

2011- Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi

2007 – 2011 - Azərbaycan Universitetinin rektoru

2000 – 2007 - Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi

1999 – 2000 - Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin  rəisi

1991–1999 - ADNA-nın Sənayenin iqtisadiyyatı fakültəsinin nəzdində Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecmenti. Təhsildə İslahat üzrə Dövlət Təhsil Komissiyasının üzvü

1992 - Tbilisi Dövlət Universiteti Xalq Təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı planlaşdırılması və idarə edilməsinin təşkili üzrə “Yeni təsərrüfatçılıq şəraitində neft maşınqayırma sənayesinin inkişafının idarə edilməsinin iqtisadi problemləri” doktorluq alimlik dərəcəsi almışdır

1984 – 1991 –  ANKİ (Azərbaycan Neft və Kimya İnstitutu), Tətbiqi Riyaziyyat kafedrasının dosenti     

1980 – 1984  –  ANKİ Tətbiqi Riyaziyyat kafedrasının baş  müəllimi

1977 – Moskva şəhəri, SSRİ Elmlər Akademiyasının mərkəzi İqtisadiyyat İnstitutu, İqtisadi – riyazi üsullar ixtisası üzrə “Avtomobil nəqliyyatında növbəti gündəlik tapşırıqların effektliyini operativ planlaşdırılma üsulları ilə yaxşılaşdırılması” mövzusunda namizədlik alimlik dərəcəsi almışdır

1976 – 1980 - Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutu,  kiçik, sonra baş elmi işçi

1967 – 1976 - Azərbaycan Elmlər Akademiyası, Kibernetika İnstitutu, İqtisadi – riyazi modellər laboratoriyası

1965 – 1971- S.M.Kirov adına ADU, Bakı, Riyaziyyat fakültəsi, tələbə

Digər fəaliyyəti 1999 – 2000- ci il Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin rəisi 2000 – 2007- Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi 2001-ci il –Azərbaycan Respublikası Vergilər Nazirliyinin tədris mərkəzinin yaradılmasında iştirak etmiş, onun ilk rəisi olmuşdur. 2011 - 2013 - Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi 2013- vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri
Təltif və mükafatları Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli 1960 saylı sərəncamı ilə Musayev Akif Fərhad oğlu Azərbaycan Respublikasının vergi orqanlarında qulluq vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə, ölkəmizin iqtisadi mənafeyinin qorunmasında xidmətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. - Professor Musayev Akif "Rəşadətli xidmətə görə" IV dərəcəli Georgiy medalı ilə təltif olunub və 1993-2005-ci illər XII International Academic Rating “Golden Fortune” jurnalına daxil edilmişdir. (səh77). - AMEA-nın və Vergilər Nazirliyinin fəxri fərmanları ilə təltif edilmiş və mükafatlandırılmışdır. 
Əsas iş yeri və ünvanı AMEA İdarəetmə Sistemləri İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., F.Ağayev küç., 9
Vəzifəsi Laboratoriya rəhbəri 
Xidməti tel. (+994 12) 4038609
Mobil tel . (+994 50) 2003161
Ev tel.  
Faks (+994 12) 5382589 
Elektron poçtu akif.musayev@gmail.com;
akif.musayev@taxes.gov.az