Abbasov Zöhhak Yaqub oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Goranboy rayonu 
Təvəllüdü 10.04.1939 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), geoloji-kəşfiyyat fakültəsi 
Elmi dərəcəsi Texnika elmləri doktoru 
Elmi rütbəsi Professor
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

       -    ixtisas şifri

       -    ixtisasın adı

       -    mövzunun adı

 


05.15.06 

«Neft, qaz və qazkondensat yataqlarının işlənilməsi və istismarı»

«Neft-su emulsiyalarının yaranma mexanizminin və onların fiziki xassələrinin tədqiqi» 

Doktorluq dissertasiyasının mövzusu:       

  -    ixtisas şifri

  -    ixtisasın adı

  -    mövzunun adı



05.15.06

«Neft və qaz yataqlarının quyu ilə işlənilməsi»

«Quyuda aerozol strukturalı qarışıqların hərəkətinin hidroqazo dinamikası» 
Müxbir üzv seçilməsi

-  tarix

-  ixtisasın adı

2001

“Neft və qaz yataqlarının işlənilməsi”  
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

      -   xaricdə çıxmış elmi əsərlərinin sayı

     -    beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
171

 

32


Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 6 müəlliflik şəhadətnaməsi, o cümlədən, 2 Azərbaycan və 1 Rusiya patenti
Kadr hazırlığı:

       -  fəlsəfə doktorlarının sayı

       -  elmlər doktorlarının sayı


8




Əsas elmi nailiyyətləri Qazkondensat qarışığının yüksək təzyiq və temperatur şəraitində faza vəziyyətinin eksperimental və analitik öyrənilməsi və onların əsasında lay və quyuların göstərişlərini hesablamaq üçün yeni metodiki yanaşmaların işlənib hazırlanması, qazkondensat quyularının məhsuldarlığını artırmaq məqsədi ilə onların quyuətrafı zonasının müxtəlif qazlarla işlənilməsi, məsaməli mühitin kollektorların və onları doyduran flüidlərin xassələrini nəzərə almaqla retroqrad proseslərinin mexanizminin öyrənilməsi və s.

Qaz və qaz-kondensat qarışığının şaquli borularda hərəkəti üçün qazın genişlənməsi, sürtünmə qüvvəsinin termodinamik ekvivalenti, faza çevrilmələri və ani qaz kütləsi üçün prinsipcə yeni enerji balansı sxemi nəzərə alınmaqla ilk dəfə olaraq enerji tənliyi həll edilmişdir. Bu, qaldırıcı liftln konstruksiyasını, xarici mühitlə istilik mübadiləsini və spesifik quyu şəraitlərini nəzərə almaqla quyuağzı məlumata əsasən qaz və qaz-kondensat quyularının texnoloji parametrlərinin yeni hesablama üsulunu işləyib hazırlamağa imkan vermişdir.

Krikondenbardan daha yüksək təzyiqlərdə çoxkomponentli qaz-kondensat sistemlərinin termodinamiki eksperimental tədqiqatları onların faza davranışında ilk dəfə olaraq yeni təzahürü aşkar etməyə və həmçinin retroqrad təzahürlərin fiziki mahiyyəti haqqında anlayışları mühim dərəcədə genişləndirməyə imkan vermişdir.

İlk dəfə olaraq, layda çökmüş retroqrad kondensatın buxarlanmasına məsaməli mühitin təsiri eksperimental öyrənilmiş və göstərilmişdir ki, bu təsir çox hallarda, xüsusən quyudibi zonaya və qaz-kondensat yatağına “quru” karbohidrogen qazı ilə təsir zamanı nəzərə alınmalıdır.

Məsaməli mühitin kollektor xüsusiyyətlərinin və onu doyduran flüidlərin fiziki-kimyəvi xassələrini nəzərə almaqla retroqrad proseslərinin mexanizmi öyrənilmişdir.

Qaz-kondensat yataqlarının işlənilməsi prosesinin texnoloji parametrlərinə və faza kondensasiyası göstəricilərinə məsaməli mühi-tdə kondensat mikrorüşeymlərinin yaranma zonasının ciddi təsiri ilk dəfə öyrənilmişdir.

İlk dəfə olaraq, məsaməliyin, qalıq su ilə doyumluğunun, kondensatın sıxlığının və layın temperaturunun qaz-kondensat qarışığının diferensial kondensasiya prosesində birgə təsiri öyrənilmiş və bunun əsasında qaz-kondensat sistemi kondensasiyasının başlanma təzyiqi parametrinə yeni baxışlar formalaşmış və göstərilmişdir ki, onun qiyməti kondensatın mikrorüşeymlərinin yaranma intervalının yüksək sərhədindəki təzyiqin qiymətinə uyğun təyin olunmalıdır və onun təyini üçün yeni üsul təklif olunmuşdur.

Yatağın karbohidrogen veriminə laydakı qalıq suyunun təsir mexanizmi flüidlərin faza vəziyyətini, süxurların kollektor xassələrini və termobarik şəraiti nəzərə almaqla öyrənilmişdir.

İlk dədə lay şəraitində retroqrad kondensasiyanın fiziki mahiyyəti araşdırılmış və müəyyən edilmişdir ki, dispersləşmiş şəkildə olan maye komponentləri səthi qüvvələrinin təsiri ilə lay sisteminin duman yaranma təzyiqindən böyük təzyiqlərdə belə qaz-kondensat sisteminin aerosol halının posulması nəticəsində qarışıqdan ayrılaraq sərbəst maye fazası yaradır və bu fenomen yatağın işlənilməsi prosesində fəal iştirak edir.

Elmi əsərlərinin adları 1. Абасов М.Т. и др. «Изучение влияния критических свойств газов на процесс испарения углеводородных конденсатов» Известия НАН Азербайджана, Науки о Земле, №3, с. 49-54, 2012

2. Абасов М.Т. и др «Уравнение дифференциальной конденсации газоконденсатной системы с учетом пластовых условий». ANX, №9, стр.22-25, 2012

3. Abasov M.T. və b. «Qaz-kondensat qarışığının kondensasiyasının başlanma təzyiqi və onun təyini üsulu», ANT, №5, səh. 30-34,2012

4. Абасов М.Т., и др. «О влиянии свойств газов на эффективность обработки призабойной зоны газоконденсатных скважин»

5. Абасов М.Т., и др. «Прикладное вопросы термодинамики при добыче нефти и газа», Баку, «Нафта-пресс», 2013

6. Джалалов Г.И. и др. «Моделирование процесса обработки призабойной зоны газоконденсатных скважины «сухим» газом на различных стадиях разработки залежи», Известия НАН Азербайджана, Науки о Земле, №3, с. 49-55, 2013

7. Джалалов Г.И. и др. «Численный алгоритм решения процесса воздействия на газоконденсатные залежи комбинированной закачкой газа и воды», Известия НАН Азербайджана, Науки о Земле, №1, с. 56-66, 2013

8. Абасов М.Т., и др. «Моделирование процесса неизотермической многокомпонентной фильтрации флюидов в пористой среде», Материалы международной научно-практической конференция «инновационное развитие нефтегазового комплекса Казахстана», г.Актау, с.101-110, 2013

9. Abbasov Z.Y., Fataliyev V.M. “About the physical nature of the retrograde condensation pressure of gas-condensate systems in the porous media condition”, Reports Earth Sciences of Azerbaijan National Academy of Sciences, 2015, LXXI, No1, pp.60-65.

10. Abbasov Z.Y., Fataliyev V.M. “The effect of gas-condensate reservoir depletion stages on gas injection and the importance of the aerosol state of fluids in this process, Journal of Natural Gas Sciences and Engineering”, 2016, №31, p.779-790, İmpakt faktor 2.5

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  ABŞ-nın «Neftçi-mühəndislər» cəmiyyətinin üzvü və bu təşkilatın Azərbaycan bölməsinin yaradıcısı, 1997-1998-ci illərdə bu təşkilatın vitse-prezidenti;

Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü.

 Pedaqoji fəaliyyəti  
 Digər fəaliyyəti  АМЕА Eİ nəzdindəki doktorluq şurası sədrinin müavini
Təltif və mükafatları “Tərəqqi” medalı,

«Əmək veteranı»,

«SSRİ ixtiraçısı»

Əsas iş yeri və ünvanı AMEA Neft və Qaz İnstitutu, AZ1143, H.Cavid pr.119
Vəzifəsi “Qaz-kondensat sistemlərində faza keçidləri və böhran halları” şöbəsinin müdiri
Xidməti tel. (+994 12) 4975854
Mobil tel. (+994 50) 3949886           
Ev tel. (+994 12) 4729886
Faks  
Elektron poçtu  zohhakabbasov@yahoo.com,

zohhak@lan.ab.az