Həsənli Oruc Qafar oğlu

 

Anadan olduğu yer Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ələkli kəndi 
Təvəllüdü 15.08.1950
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Pedaqoji İnstitutu  
Elmi dərəcəsi Pedaqogika üzrə elmlər doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



13.00.01

Pedaqogika nəzəriyyəsi və tarixi

“Diyarşünaslıq materiallarından istifadə şagirdlərin mənəvi tərbiyəsinin vasitəsi kimi”

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



58.04.01

Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi

“Şagird şəxsiyyətinin formalaşdırılmasında diyarşünaslıq materiallarından istifadənin sistemi”

Müxbir üzv seçilməsi

-        tarix

-        ixtisasın adı


2017,

Psixologiya

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

200-dən artıq

10 , o cümlədən, 2 kitab

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı


Əsas elmi nailiyyətləri Təhsilin müasir psixoloji problemləri, o cümlədən, təhsil prosesində şagird şəxsiyyətinin formalaşdırılması, sosial psixopedaqogikada istedadlı uşaqlar, hazırkı hafizə məktəblərindən təfəkkür məktəblərinə keçid, məktəbə psixoloji xidmət və sair kimi aktual məsələləri tədqiq edən müəllif belə bir əsas elmi nəticəyə gəlmişdir ki, müasir Azərbaycan təhsilinin gələcək inkişafının beynəlxalq qiymətləndirmə tələblərinə cavab verməsini təmin etmək üçün bu gün həyata keçirdiyimiz kompleks tədbirlər sistemində psixologiyanın elm kimi rolu əvəzsizdir və onun tətbiqi aspektlərinə diqqət daim artırılmalıdır.
Elmi əsərlərinin adları 1. Şagird şəxsiyyətinin formalaşdırılmasında diyarşünaslıq materiallarından istifadənin sistemi. Bakı: Elm, 2002, 312 s.

2. Ders dışı etkinlikler zamanı diyarşünaslıq materiallerini kullanmakla öğrencilerin kimlik oluşumu. Ankara: Kızılay nəşriyyatı, 2003, 138 s.          

3. Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi. Bakı: Elm və təhsil, 2011, 392 s.

4. Məktəb psixoloqunun stolüstü lüğəti. Naxçıvan: Məktəb, 2013, 116 s.

5. İnsan psixologisinin sırlı dünyası: kıskanclık. Türkiyə: Hayat yayın qurupu, 2014, 104 s. (D. İbrahimoğlu ilə birgə)

6. Didaktika. Dərslik. Bakı: Elm və Təhsil, 2015, 365 s. (F.Sadiqovla birgə)

7. Tərbiyəşünaslıq. Dərslik.  Bakı: Elm və təhsil, 2016, 361 s. (F.Sadiqovla birgə)

8. Depressiya.  Naxçıvan: Məktəb, 2016, 92 s.

9. Məktəb psixoloqunun stolüstü kitabı. Naxçıvan: Məktəb, 2016, 300 s.

10. Təhsilə müasir psixoloji yanaşmalar. Naxçıvan , Əcəmi NPB, 2017, 416 s.  

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  1. Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü

2. Respublika elmi tədqiqatların təşkili və əlaqələndirilməsi Şurasının nəzdində fəaliyyət göstərən Pedaqogika və psixologiya üzrə Problem şurasının üzvü

3. Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvü

4. Pedaqogika və psixologiya elmləri üzrə nəşr olunan respublika səviyyəli bir sıra elmi jurnal və dövri məcmuələrin redaksiya heyətinin üzvü

Pedaqoji fəaliyyəti 42 il, o, cümlədən:

1975-ci ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universitetində) assistent, müəllim, baş müəllim, dosent və professor.

Eyni zamanda (1993-2008-ci illər) Naxçıvan Özəl Universitetində (indiki “Naxçıvan” Universitetində) tədris və elmi işlər üzrə prorektor. 2008-ci ildən Naxçıvan Müəllimlər İnstitutunda professor.

2010-cu ilin noyabr ayının 25-dən həmin ali məktəbin rektoru

Digər fəaliyyəti  2005-ci ildən - 3  Çağırış (III, IV, V) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət, elm və təhsil komissiyasının sədr müavini    

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü    

Təltif və mükafatları Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Tərəqqi” medalı.

2013-cü ildə Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin 90 illik yubleyi münasibətilə “Xatirə medalı”.

Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2014-cü il tarixli Sərəncamı ilə «Əməkdar elm xadimi” fəxri adı

Əsas iş yeri və ünvanı Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 1 
Vəzifəsi Rektor  
Xidməti tel. (+994 36) 5453202
Mobil tel. (+994 50) 3135506 
Ev tel. (+994 36) 5456816 
Faks (+994 36) 5453202 
Elektron poçtu oruc-hesenli@mail.ru