İsmayılov İsmayıl Mahmud oğlu

 

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəh. 
Təvəllüdü 25.10.1946 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsi 
Elmi dərəcəsi Texnika elmləri doktoru  
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

05.11.16

İnformasiya-ölçmə sistemləri (sahələr üzrə)

Dəniz geofiziki tədqiqatlarda seysmik qəbuledicilərin fəza vəziyyətinə avtomatik nəzarət sistemi

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

05.11.16

İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə)

Hərəkət edən obyektlər fəzasında uçuş informasiyasının optimal çevrilməsi

Müxbir üzv seçilməsi

-        tarix

-        ixtisasın adı


2017,

informatika

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

118

 

28


10

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 10
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı

 

3

Əsas elmi nailiyyətləri Uçuş informasiyasının çevrilməsi və emalına tətbiqlə siqnalların diskretləşməsi və diskretləşdirmədən sonra bərpası metodlarının analizi əsasında zamanda və fəzada dəyişən parametrlərin optimal diskretləşmə tezliyinin qiymətləndirilməsi və seçilməsi metodikası təklif edilmişdir.

Ölçü siqnalının geniş zolaqlı olması və xətaların mövcudluğu, həmçinin diskretləşdirmə və müşahidə intervallarının məhdudluğu şəraitində rəqəmsal dinamik ölçmələrin dəqiqliyinin yüksəldilməsi və informasiyanın qeyri-müəyyənliyində naviqasiya ölçmələri nəticələrinin qiymətləndirilməsi metodu təklif edilmişdir.

Trendə (qeyri-stasionar tərtibedici) və stasionar tərtibediciyə bölünmə prinsipindən istifadə etməklə və sonradan birinciyə zaman oblastında, ikinciyə isə tezlik oblastında analiz tətbiq etməklə qeyri-stasionar siqnalların analizi üçün rəqəmsal qurğu təklif edilmişdir.

Uçuşların təhlükəsizliyinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən peyk və pilotaj informasiyasının birgə emalından istifadə etməklə hava gəmisinin dəqiq nəzarətli kompleks enmə sistemi yaradılmışdır. Bu sistemdə naviqasiya və pilotaj informasiyasının çevrilməsi və emalının işlənilmiş alqoritmləri havada hərəkətin idarə olunması və nəzarətin avtomatlaşdırılması, həmçinin uçuşların təhlükəsizliyinin təmin olunması işlərini yerinə yetirərkən effektli bir metod və vasitə kimi qəbul olunmuşdur.

Müxtəlif predmet oblastlarında intellektual və ekspert sistemlərinin işlənilməsi, biliklər bazasının və biliklərin təqdim olunması modellərinin yaradılması və onların tədqiqi istiqamətində elmi araşdırmalar aparılmış, süni neyron şəbəkələrindən (SNŞ) istifadənin yer aldığı intellektual-ölçmə kompleksləri yaradılmış, statistik metodlardan və süni neyron şəbəkələrindən birgə istifadə etməklə bort dinamik sistemlərin proqnozlaşdırılan nəzarət üsulu işlənilmişdir.

İnsan-maşın konseptual modeli əsasında “Ekipaj-Hava gəmisi”altsistemində ölçmə məlumatı ilə mübadilənin informasiya sisteminin yaradılmasının yeni kosepsiyalarını irəli sürülmüş, erqodik inteqrallaşdırılmış naviqasiya kompleksinin çoxsəviyyəli informasiya sisteminin strukturu yaradılmışdır.

Oracle VBİS-dən istifadə etməklə aviasiya və aeronaviqasiya informasiyalarının qorunması və onlarla işləmək üçün maksimal mühafizə infrastrukturunun konseptual sxemi yaradılmış və onun proqram təminatı işlənilmişdir.

Elmi əsərlərinin adları 1. Пашаев A.M., Исмаилов И.М.Интеллектуальные измерительно – вычислительные комплексы аэрокосмического применения“ МАА Elmi məcmuələri ». Bakı, 2009. Cild 11, №3.

2. Исмаилов И.М., Годжаева Н.В. Повышение эффективности информационного обеспечения пилотажно-навигационного комплекса. Труды международной научно-технической конференции «АВИА-2011» Киев, 2011г. стр.113-117

3. Пашаев A.M., Исмаилов И.М. Преобразование и обработка информации в авиационных измерительно-вычислительных комплексах. Монография. Баку, 2012. –252стр.

4. Исмаилов И.М. Компьютерное моделирование нейронного адаптивного фильтра. Тhe International Conference Intellectual Systems in Aviation ICISA - 2012, Одесса,стр. 6166.

5. Ismailov I.M., Godjayev A.E. Data-Protection in aviation system. «Elmiməcmuələr», MAA, 2013, cild 15, №4, səh. 5155.

6. Ismailov I.M., Godjayev A.E. Data Base Security, Oracle Open Word, International Conference, USA, San-Fransisco 2014, р. 3641.

7. Ismailov I.M., Godjayev A.E.Using Oracle Data-Base Vault/Greatin and Testing Realms Part II.International Conference, USA, San-Fransisco. OTECH MAGAZINE # 5, Winter 2014,page 14-19

8. Ismailov I.M., Godjayev A.E. Aırline Reservatıon system. Труды международной научно-технической конференции “Компьютерные системы и информационные технологии». Киев, 2014, стр. 1214.

9. Ismailov I.M., Godjayev A.E., Joel Perez, Flavio Soares.Como protegerseus dados usando o Oracle Database Vault. Oracle Technology Network. Postado em Dezembro, USA, San-Fransisco 2014, page 1/4 – 4/4.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti MAA-nın “Aerokosmik informasiya sistemləri” kafedrasının professoru
Digər fəaliyyəti  MAA-nın Elmi Şurasının, MAA-nın “Aerokosmik” fakültəsinin Elmi Şurasının, MAA nəzdində fəaliyyət göstərən D06.001-Dissertasiya Şurasının, AMEA-nın “İnformasiya texnologiyaları” institutu nəzdindəki müdafiə Şurasının elmi seminarının, AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Texnika Problemləri üzrə Elmi Şurasının üzvü, Azərbaycan Respublikası Kosmik məsələlər üzrə Şuranın Elmi katibidir.
Təltif və mükafatları  
Əsas iş yeri və ünvanı Milli Aviasiya Akademiyası, AZ1045, Bakı ş.Mərdəkan pr.30. 
Vəzifəsi “Aerokosmik İnformasiya sistemləri” kafedrasının professoru
Xidməti tel. (+994 12) 4972600  
Mobil tel. (+994 50) 3870279 
Ev tel. (+994 12) 4505254 
Faks  
Elektron poçtu ismayil.maa@gmail.com