Əliyev Rafiq Əziz oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Ağdam ş.   
Təvəllüdü 10.02.1942 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
Elmi dərəcəsi Texnika elmləri doktoru 
Elmi rütbəsi Professor
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

       -   ixtisas şifri

       -   ixtisasın adı

       -   mövzunun adı

 


Avtomatlaşdırılmış idarəetmə sistemləri

İnvariantlıq nəzəriyyəsi və onun tətbiqi

Doktorluq dissertasiyasının mövzusu:

       -   ixtisas şifri

       -   ixtisasın adı

       -   mövzunun adı



0646

Avtomatlaşdırılmış idarəetmə sistemləri

Neft emalı müəssələrində idarəetmə proseslərinin avtomatlaşdırılması
Müxbir üzv seçilməsi

      -   tarix

      -   ixtisasın adı

1989

İnformatika
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

       -   xaricdə çıxmış elmi əsərlərinin sayı

      -    beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

355

 

310

 

92
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 15
Kadr hazırlığı:

     - fəlsəfə doktorlarının sayı

     - elmlər doktorlarının sayı



141

32 
Əsas elmi nailiyyətləri Kombinə olunmuş  MIMO (çox giriş  və çox çıxışlı) deterministik, stoxastik, qeyri-səlis  idarəetmə sistemləri üçün invariantlıq şərtlərini formalaşdırmışdır. Birbaşa və əks əlaqəli qeyri-səlis və stoxastik dəyişən strukturlu sistemlərin sintezi üsullarını təklif etmişdir.

60-cı illərdə intellektual istehsal sistemlərində qərar qəbuletmə və idarəetmə proseslərinin inteqrasiyası ideyasını vermişdir. Bu ideya əsasında kəsilməz xarakterli mürəkkəb istehsal üçün CİM (kompüterlə inteqrasiya edilən) sistemlərinin yaradılması üsulları təklif edilib. Xətti və qeyri-xətti,  stoxastik və qeyri-səlis  modellərlə təsvir edilən çoxsəviyyəli hibrid sistemlər üçün koordinasiya nəzəriyyəsi təklif edilmişdir. Alqoritmlərin böyük əksəriyyəti ilk dəfə olaraq onun tərəfindən təqdim edilən “koordinasiya funksiyası” anlayışı əsasında bir sinif alqoritmlər işlənilmişdir. Ekspert sistemlərdə qeyri-səlis bilikləri təsvir və emal etmək üçün üsullar(metodologiya) işlənmişdir.  Təklif etdiyi metodologiyaya müvafiq olaraq tətbiqi ekspert sistemlərin generasiyası üçün ESPLAN ekspert sistem örtüyü yaradılmışdır.

O, qeyri-səlis mühitdə işləyən intellektual sənaye robotlarının yaradılması ilə əlaqadar yeni elmi istiqamət yaratmışdır.

İnsanın mühakimə yürütməsi üçün zəruri meyarları ödəyən dörd (ALI-1, ALI-2, ALI-3, ALI-4) qeyri-səlis məntiq yaradılmışdır. Müvafiq teoremlər formalaşdırılmış və isbat olunmuşdur. Rusiya tədqiqatçıları 1996-cı ildə digər məntiqlərlə müqayisədə bu qeyri-səlis məntiqlərin  yüksək effektli olduğunu eksperimental isbat etmişlər.

Qeyri-səlis modellərin adekvatlığı şərtlərini müəyyən edən teoremlər formalaşdırılmış və isbat olunmuşdur.Qeyri-səlis intellektual idarəetmə sistemlərinin sintezi üçün üsullar işlənmişdir. Təklif olunan üsullar qeyri-müəyyən və qeyri-xətti obyektlər üçün adaptiv və çoxöçülü sistemlər də daxil olmaqla idarəetmə sistemlərinin  müxtəlif siniflərini əhatə edir.

Qeyri-səlis paylanmış intellektual sistemlərin yaradılması konsepsiyası və metodologiyası təklif olunmuşdur. O agentləri arasında rəqabət və kooperasiyası olan və mövcud paylanmış çoxagentli sistemlər nəzəriyyəsinə alternativ olan yeni yanaşma təklif etmişdir.

Onun yeni tədqiqatları Soft Computing texnologiyası ilə sıx əlaqədardır. İstiqamətlənmiş mutasiya və qrup prinsipinə əsaslanan yeni genetik alqoritm təklif etmişdir. O girişləri, çıxışları, çəki əmsalları  qeyri-səlis olan qeyri-səlis neyron şəbəkələr üçün təkamül hesablamaya əsaslanan yeni öyrətmə nəzəriyyəsi yaratmışdır. Genetik alqoritmə əsaslanan qeyri-səlis reqressiya analizinin yeni konsepsiyası təklif edilmişdir. Qeyri-səlis zaman sıralarının rekurrent neyron şəbəkəyə əsaslanan yeni proqnozlaşdırma üsulu təklif olunmuşdur.

Qeyri-səlis diferensial tənliklərlə təsvir edilən müəkkəb dinamik sistemlərin analizi üçün ümumiləşmiş dayanıqlıq nəzəriyyəsi yaradılmışdır. Dinamik sistemlərin dayanıqlığının qəliblənmiş təbii dilə (PNL) əsaslanan tərifləri(Zadə-Əliyev tərifi)  təklif edilmişdir. Kəsilməz dinamik sistemlərin geniş sinifləri üçün ümumiləşmiş dayanıqlıq meyarları müəyyən edilmişdir.

İmperfekt informasiya şəraitində davranış qərar qəbuletmə nəzəriyyəsinin əsasları işlənilmişdir. Bu nəzəriyyə qərar qəbuledən şəxsin davranış determinantları və təbiətin vəziyyəti haqqında Z-məhdudiyyət kimi təsvir olunan imperfekt informasiyanın kompleks şəkildə baxılmasına əsaslanır. O davranış determinantları ilə təlqin etdirilən əsas psixoloji vəziyyətlərə görə  qərar qəbul edənin vəziyyətlər fəzası ilə insan davranışının təsvirini təklif etmişdir.  O təbiətin vəziyyəti və qərar qəbul edən şəxsin vəziyyəti cütlüyünə görə kombinə edilmiş vəziyyətlər konsepsiyasını təklif etmişdir.  Kombinə edilmiş vəziyyət insan davranışı və obyektiv şərtlər  arasında münasibətləri əks etdirir. Kombinə edilmiş vəziyyətlər fəzası qərarların analizinin yeni əsasını təşkil edir.

Z-ədəd hesabının əsaslarını təklif etmişdir. 

Mövcud tədqiqatların əksəriyyəti onların real həyat problemlərinə tətbiqi ilə əlaqədardır. ESPLAN ekspert sistem örtüyü neft emalı, neft-kimya sənayesində, neft quyularının qazılması proseslərində, tibbdə, konfliktologiyada, təhsildə və digər fəaliyyət sahələrində tətbiq olunmuşdur. İnvariant sistemlər, CİM sistemlər, qeyri-səlis məntiq və Sof Kompütinq sahəsində aparılan tədqiqatların nəticələri robototexnikaya, optimallaşdırmaya, texnoloji proseslərin diaqnostikası və idarə edilməsinə tətbiq edilmişdir. Qeyri-səlis məntiq, Sof Kompütinq, intellektual robotlar,  qeyri-səlis idarəetmə sistemləri,  neyro-qeyri-səlis sistemlər və paylanmış intellektual sistemlər sahəsində əldə edilən nəticələr Azərbaycan Dövlət Neft Akademiyasında (Bakı), Təbriz Universitetində (İran), Zigen Universitetində (Almaniya), Corciya Dövlət Universitetində (ABŞ) və dünyanın dıgər universitetlərində fənn sillabuslarına daxil edilmişdir. R.Ə.Əliyevin “Soft Kompütinq və onun tətbiqləri” adlı kitabı ABŞ, Avstraliya, Çexiya Respublikasının, Türkiyənin, Polşanın, Yeni Zelandiyanın və digər ölkələrin universitetlərinin  Soft Kompütinqlə əlaqəli kurslarının fənn sillabuslarına dərslik kimi daxil edilmişdir.

Elmi əsərlərinin adları
  1. Aliev R.A., Fazlollahi B., Vahidov R.M. Soft computing based multi-agent marketing decision support systems. Journal of Intelligent and Fuzzy Systems, pages 1-9, 2000. 
  2. Aliev R.A., Fazlollahi B., Vahidov R.M.  Multi-agent distributed intelligent systems based on fuzzy decision-making. International Journal of Intelligent Systems, vol.15, pages 849-858, 2000. 
  3. Aliev R.A., Fazlollahi B., Vahidov R.M. Genetic Algorithm-based learning of fuzzy neural net­works. Part 1: feed-forward fuzzy neural networks. Fuzzy sets and systems 2001, 8 pp. 
  4. Aliev R.A., Fazlollahi B., Vahidov R.M. Genetic Algorithm-based fuzzy regression analysis. Soft Computing, Methodologies and Applications. 3(2002), 10 p.
  5.  R.A. Aliev, B.G. Guirimov,  R.R. Aliev. A Neuro-Fuzzy Graphic Object Classifer with Modified Distance Measure Estimator. Iranian Journal of Fuzzy Systems. Vol. 1. No. 1, 2004, p 5-15. 
  6. R.A. Aliev, B.Fazlollahi, R.R.Aliev, B.Guirimov. Fuzzy Time Series Prediction Method Based on Fuzzy Recurrent Neural Network. Neural Information Processing. Lecture Notes in Computer Science, Volume 4233, 2006, pp 860-869, Springer.
  7. R.A. Aliev, R.R. Aliev, B.G. Guirimov, K. Uyar. Recurrent Neural Network Based System for Battery Charging. Lecture Notes in Computer Science (LNCS), ISNN (2), 2007, Vol. 4492/2007, pp. 307-316, Springer.
  8. R.A. Aliev, B. Fazlollahi, B.G. Guirimov, R.R. Aliev. Fuzzy-genetic approach to aggregate production–distribution planning in supply chain management. Information Sciences, Volume 177, Issue 20, 2007, pp. 4241-4255, Elsevier. 
  9. R.R. Aliev, B. Guirimov, K. Uyar. Dynamic data mining technique for rules extraction in a process of battery charging. Applied Soft Computing, Volume 8, Issue 3, 2008, Elsevier.
  10. R.A. Aliev, B. Fazlollahi, R.R. Aliev, B.G. Guirimov. Linguistic time series forecasting using fuzzy recurrent neural network. Soft Computing – A Fusion of Foundations, Volume 12, Number 2, 2008, pp. 183-190, Springer.
  11. Aliev R.A. Modeling and stability analysis in fuzzy economics. Applied and Computational Mathematics, 2008, v. 7, No. 1, pp. 31-53.
  12. R.A. Aliev, B.G. Guirimov, B. Fazlollahi, R.R. Aliev. Evolutionary Algorithm-Based Learning of Fuzzy Neural Networks Part 2: Recurrent Fuzzy Neural Networks. Fuzzy Sets and Systems, Volume 160, Issue 17, 2009, pp. 2553-2566, Elsevier. 
  13. R.A. Aliev, W. Pedrycz. Logic-Oriented Neural Networks for Fuzzy Neurocomputing. Neurocomputing, Volume 73, Issues 1-3, 2009, pp. 10-23, Elsevier. 
  14. R.A. Aliev, W. Pedrycz. Fundamentals of a Fuzzy Logic Based Generalized Theory of Stability. IEEE Transactions on Systems, Man, and Cybernetics, Part B: Cybernetics, v. 39, Issue 4, 2009, pp. 971-988.
  15. R.A. Aliev, B.F. Aliyev, L.A. Gardashova. Selection of an Optimal Treatment Method for Acute Periodontitis Disease. Journal of Medical Systems, 36(2), pp. 639-646, 2012 
  16. R.A. Aliev, A. Tserkovny. Systemic approach to fuzzy logic formalization for approximate reasoning. Information Sciences 181(6), 2011, Elsevier, pp. 1045-1059. 
  17. R.A. Aliev, W. Pedrycz, B.G. Guirimov, R.R. Aliev, Umit Ilhan, M. Babagil, S.Mammadli. Type-2 fuzzy neural networks with fuzzy clustering and differential evolution optimization. Information Sciences 181(9), 2011, Elsevier, pp. 1591-1608 
  18. Aliev R.A., Pedrycz W., Fazlollahi B., Huseynov O.H., Alizadeh A.V., Guirimov B.G. (2011). Fuzzy Logic-Based Generalized Decision Theory with Imperfect Information. Information Sciences, 189,  pp. 18-42.
  19. Aliev R.A., Pedrycz W., Huseynov O.H. (2012) Decision theory with imprecise probabilities. International Journal of Information Technology and Decision Making, 11(02), 271-306.
  20. Aliev, R. A., Pedrycz, W., Huseynov, O. H. (2013). Behavioral Decision Making with Combined States under Imperfect Information. International Journal of Information Technology & Decision Making, Volume 12, Issue 03, 2013 
  21. Aliev, R. A., Pedrycz, W., Alizadeh, A.V., Huseynov, O. H. (2013). Fuzzy optimality based decision making under imperfect information without utility. Fuzzy Optimization and Decision Making,  Volume 12, Issue 4,  pp 357-372. 
  22. Aliev R.A. at all. Decision Making with Second-order imprecise probabilites, International Journal of Intelligent Systems, V.29, pp.137-160, 2014.
  23. Rafik A. Aliev, Akif V. Alizadeh, Oleg H. Huseynov, K. I. Jabbarova. Z-Number-Based Linear Programming. Int. J. Intell. Syst. 30(5): 563-589 (2015)
  24. Rafik A. Aliev, Akif V. Alizadeh, Oleg H. Huseynov. The arithmetic of discrete Z-numbers. Inf. Sci. 290: 134-155 (2015)
  25. R. Aliev and K. Memmedova, “Application of Z-number based modeling in psychological research,” Comput. Intell. Neurosci., vol. 2015, 2015,Art. no. 760403.
  26. Rafik A. Aliev, Witold Pedrycz, Vladik Kreinovich, Oleg H. Huseynov. The general theory of decisions. Inf. Sci. 327: 125-148 (2016)
  27. Aliev, R. A.; Huseynov, O. H.; Zeinalova, L. M. The arithmetic of continuous Z-numbers. Information Sciences   Vol. 373 pp. 441-460, 2016 
  28. R. A. Aliev, O. H. Huseynov, R. Serdaroglu. Ranking of Z-Numbers and Its Application in Decision Making. International Journal of Information Technology & Decision Making, 2016
  29. R. A. Aliev, O. H. Huseynov, L.M. Zeinalova. The Arithmetic of Continuous Z-Numbers. Information Sciences, 373, 2016, pp.  441–460
  30. Rafik A. Aliev, Witold Pedrycz, Oleg H. Huseynov, Serife Z. Eyupoglu. Approximate Reasoning on a Basis of Z-number valued If-Then Rules. IEEE Transactions on Fuzzy Systems, 2016, Volume: PP, Issue: 99), DOI: 10.1109/TFUZZ.2016.2612303
  31. R.A. Aliev, Approximate Arithmetic Operations of U-numbers. 12th International Conference on Application of Fuzzy Systems and Soft Computing, ICAFS 2016, 29-30 August 2016, Vienna, Austria, Procedia Computer Science Open Access Journal, Volume 102, 2016, Pages 59–66
  32. R.A. Aliev, Toward a Theory of Approximate Arithmetic of U-numbers. 12th International Conference on Application of Fuzzy Systems and Soft Computing, ICAFS 2016, 29-30 August 2016, Vienna, Austria, Procedia Computer Science Open Access Journal, Volume 102, 2016, Pages 6
  33. R. A. Aliev, O. H. Huseynov, and R. X. Zulfugarova. Z-Distance Based IF-THEN Rules. The Scientific World Journal, Volume 2016 (2016), Article ID 1673537, 9 pages, http://dx.doi.org/10.1155/2016/1673537
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü “Zadə irsi və Süni intellekt” Assosiasiyasının prezidenti.

R.Ə.Əliyevin sədrliyi ilə  aşağıdakı beynəlxalq elmi konfranslar keçirilmişdir:

Qeyri-səlis sistemlərin tətbiqi və Soft kompütinq üzrə beynəlxalq konfrans (ICAFS-1994-2014).

Sənayenin avtomatlaşdırılması üçün intellektual sistemlər üzrə ümumi dünya konfransı, 2000-2014.

Sistem təhlilində, qərar qəbuletmədə və idarəetmədə  sözlə hesablama və Soft kompütinq üzrə beynəlxalq konfrans (ICSCCW-2001-2015).

R.Ə.Əliyev "Bilgi" (Knowledge) və “İntellektual idarəetmə və qərarların qəbul edilməsi sistemləri”( Intelligent Control and Decision Making Systems) jurnallarının  baş redaktoru, “İnformasiya Elmləri”(Information Sciences) jurnalının  redaktor müavini, “İnformasiya texnologiyası və qərar qəbuletmə” (International Journal of Information Technology and Decision Making) və “IEEE Sistemlər” (İEEE Systems)  beynəlxalq jurnallarının Məsləhət Şurasının üzvü, “Hesablama intellektinin təkmilləşdirilməsi və intellektual informatika ” ( Journal of Advanced Computational Intelligence and Intelligent Informatics (Japan)) jurnalının,  “İntellektual avtomatlaşdırma və Soft kompütinq” beynəlxalq jurnalının (International Journal of Intelligent Automation and Soft Computing) və başqa jurnalların redaksiya heyətinin üzvüdür.

O Corciya Dövlət Universitetinin (Atlanta) professoru (1998), Təbriz Universitetinin (İran) professoru (1992), Zigen Universitetinin (Almaniya), Yaxın Doğu Unuversitetlərinin (Kipr) professoru seçilmişdir.

Rusiyanın Soft Kompütinq və Qeyri-səlis məntiq Assosiasiyasının  üzvüdür.

Elektrik və elektronika mühəndisliyi institutunun (Institute of Electrical and Electronics Engineers)IEEE-nin üzvüdür.

Şimali Amerika qeyri-səlis informasiyanın emalı cəmiyyətinin (North American Fuzzy Information Processing Society) NAFIPS-in üzvüdür. 

Beynəlxalq Qeyri-səlis Sistemlər Assosiasiyasının fəxri üzvüdür.

Pedaqoji fəaliyyəti 1964-2014-cü il  professor, kafedra müdiri, rektor
Digər fəaliyyəti 1. Fəlsəfə və elmlər doktorlarının hazırlanması.
2. Konfransların təşkili və konfranslarda iştirakı işləri.
Təltif və mükafatları 1. Elm sahəsində Azərbaycan Lenin komsomolu mükafatı laureatı.

2. Elm və Texnika üzrə SSRİ Dövlət mükafatı.

3. ABŞ, Fulbrayt mükafatı.

4. Elmdə Ömürlük Nailiyyət Ödülü laureatı, ABŞ

İş yeri və ünvanı Azərbaycan Dövlət Neft Akademiyası, AZ1010, Bakı şəhəri, Azadlıq prospekti 20 
Vəzifəsi MBA, BBA proqramının (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Azərbaycan) və Corciya Dövlət Universiteti (ABŞ) birgə proqramı) direktoru 
Xidməti tel. (+994 12) 4984509
Mobil tel . (+994 50) 5471041 
Ev tel. (+994 12) 4920906 
Faks (+994 12) 4984509 
Elektron poçtu

r_aliev@hotmail.com

raliev@asoa.edu.az