Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Həqiqi üzvlər

Əliyev Seyfəddin Vəli oğlu
Anadan olduğu yer Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu  
Təvəllüdü 30.05.1930 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Elmi dərəcəsi Biologiya üzrə elmlər doktoru 
Elmi rütbəsi Professor
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 

2413.01

Entomologiya

Azərbaycanın gəmirici sovkaları (Lepidoptera, Agrotinae)

Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı



2401.01

Zoologiya

Azərbaycanın sovkaları (Lepidoptera, Noctuidae)

Müxbir üzv seçilməsi:

- tarix

- ixtisasın adı


30.07.2001

zoologiya

Həqiqi üzv seçilməsi: 

 - tarix

 - ixtisasın adı


26.04.2007

zoologiya
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 164
Xaricdə çıxmış elmi əsərlərinin sayı 40 
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 3
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı

8

3

Əsas elmi nailiyyətləri Azərbaycanda 724 sovka növünün və 84 formanın yayıldığını aşkar etmişdir. Bunlardan 445 növ Azərbaycanın sovka faunası üçün, 67 növü isə keçmiş SSRİ ərazisi üçün yeni olmuşdur. Bu növlərdən 33-ü Azərbaycanın, 34 növü isə Qafqazın endemikidir. 3 növ elm üçün yenidir. İlk dəfə olaraq bu növlərin Azərbaycanda təbii rayonlar, şaquli qurşaqlar, zonalar, biotoplar, ekoloji qruplar üzrə yayılmasını, formalaşmasını, zoocoğrafi analizini, qida əlaqələrini vermiş, zərərli növlərin bioloji xüsusiyyətlərini öyrənmiş və onlara qarşı bioloji mübarizənin elmi əsaslarını işləyib hazırlamışdır. İlk dəfə olaraq 61 növ sovkanın kənd təsərrüfatı bitkilərinə zərər verməsini müəyyənləşdirmişdir. Pambığın qorxulu zərərvericisi olan pambıq sovkasını tələf edən 21 növ parazit, 12 növ yırtıcı cücü aşkar etmiş, onların pambıq sahələrində say meyarı və rolunu müəyyənləşdirmişdir ki, bu tədqiqatların nəticəsi inteqrasiya mübarizə metodu kimi təsərrüfatlarda tətbiq olunmuşdur. Bu sovkanın pambıqçılıq rayonlarında yayılma dərəcəsini əks etdirən, həmçinin texniki və bostan bitkilərinin kompleks zərərvericilərinə həsr olunan xəritələr tərtib olunmuşdur. Azərbaycanın Qırmızı Kitabı üçün 52 nadir və nəsli kəsilməkdə olan  kəpənək növü haqda məlumat tərtib etmişdir. “Bilik” cəmiyyəti və Zoologiya İnstitutu tərəfindən 45 rayonda təşkil olunmuş elmi-istehsalat konfranslarında müxtəlif mövzularda məruzələr etmişdir ki, o bu fəaliyyətinə görə keçmiş İttifaqın və Azərbaycanın “Bilik” cəmiyyətləri tərəfindən dəfələrlə təşəkkür, tərifnamə və qiymətli mükafatlara layiq görülmüşdür. O, təsərrüfatlara yaxından kömək göstərmək və yerlərdə pambıq sovkasına qarşı mübarizəni təşkil etmək üçün Nazirlər Soveti tərəfindən bir neçə il Tərtər, İmişli, Beyləqan, Saatlı, Bərdə və Şərur rayonlarına 25-30 gün müddətinə təhkim olunmuşdur. Bakıdan Gürcüstan sərhədlərinə qədər uzanan neft kəməri boyunca onun ətraf ərazilərində yayılan müxtəlif qrup cücülərin icmalı tərtib olunub İngiltərənin  BP şirkətinə təqdim edilmişdir. Orta məktəbin 7-8-ci siniflləri üçün zoologiya dərsliyinin müəlliflərindən biri,  10 cildlik “Azərbaycan Ensiklopediyası”nda entomologiyaya aid 30 məqalənin müəllifi. “Azərbaycanın heyvanlar aləmi” monoqrafiyasının 2-ci cildinin əsas tərtibatçısı və burada cücülərin bir neçə fəsilə və dəstələri haqda yazılmış məqalələrin və Azərbaycan dilinin izahlı lüğətinin 4-cü cildində verilmiş zoologiya və entomologiya terminlərinin müəllifidir. V.A.Dogelin universitetlər üçün yazdığı 55 çap vərəqi həcmində olan “Onurğasızlar zoologiyası” dərsliyini Azərbaycan dilinə tərcümə edən müəlliflərdən biridir. O, 3 monoqrafiyanın, təsərrüfat işçilərinə kömək məqsədilə yazılmış 4 kitabın, 3 elmi-kütləvi kitabçanın müəllifidir. Ali məktəblər üçün çapdan çıxan 9 dərsliyin, 2 dərs vəsaitinin, 7 monoqrafiyanın və 4 kitabın redaktorudur. O, televiziyada 2 il zoologiya dərslərinin tədrisi verilişini aparmış, “İnsan və ətraf mühit”, radioda “Dəyirmi masa arxasında”  verilişlərində dəfələrlə çıxışlar etmişdir. “Elm və həyat” jurnalında, rayon və mərkəzi qəzetlərdə elmi tədqiqat işləri haqqında 20-dən çox məqaləsi çap olunmuşdur. 2011-2015-ci illərdə radionun “Azərbaycan təbiəti”  bölməsində 15 dəfə müxtəlif mövzularda çıxışlar etmişdir.
Elmi əsərlərinin adları 1.Azərbaycanın zərərli sovkaları. Azərb.EA nəşriyyatı, Bakı, 1964, 78 səh.

2. “Düşmənlərin düşmənləri, yaxud bizim dostlarımız”. Monoqrafiya, Qızıl şərq mətbəəsi. Bakı, 1995, 127 səh.

3.Совки (Lepidoptera, Noctuidae) Азербайджана. Монография, Изд-во «Элм», Баку, 1984, 227 стр.

4.Dünyada analoqu olmayan şeirlə yazılmış “Cücülər aləmi poeziyada”, Ağrıdağ nəşr, 2000-ci il, 80 səh.

5.Cücülərlə qidalanan bitkilər, mikroorqanizmlər, onurğasız və onurğalı heyvanlar. Monoqrafiya, “Ziya” NPM nəşr., 2011, 253 səh.

6.Pulcuqluqanadlılar (Kəpənəklər). “Azərbaycanın Qırmızı Kitabı”, VII bölüm, Bakı, 2013, səh.84-189.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1. 1992-1994-cü illərdə “Elm və həyat” jurnalının redaksiya heyətinin üzvü

2. «Azərbaycan Entomoloji Cəmiyyətinin» üzvü

3. “Azərbaycan Zooloqlar” cəmiyyətinin üzvü

4. AMEA Aqrar Elmlər Bölməsinin büro üzvü

5. AMEA nəzdində yaradılmış “Azərbaycanın təbii və mədəni irsinin qorunması” problemi üzrə birləşmiş elmi şuranın üzvü

6. Elmi Şuranın, müdafiə şurasının və redaksiya heyətinin üzvü

Pedaqoji fəaliyyəti 1. Naxçıvan MR 4 saylı axşam fəhlə gənclər məktəbində biologiya və kimya müəllimi.

2. Bakı Dövlət Universitetinin Biologiya fakültəsində entomologiya fənnindən dərs demişdir.

Digər fəaliyyəti S.V. Əliyev Zaqatala, İsmayıllı, Saatlı rayonlarında və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Qoruğunda 3 il müqavilə yolu ilə tədqiqat işləri aparmış və tədqiqatlar haqda geniş hesabat vermişdir.
Təltif və mükafatları 1. “Əmək veteran” medalı (1986-cı il).

2. “Əmək veteranı” xatirə nişanı (1989-cu il).

3. IX beşilliyin zərbəçisi nişanı və mükafatına layiq görülmüşdür (1976-cı il).

4. Beynəlxalq Corc Soros təqaüdünə və diplomuna layiq görülmüşdür (1992-ci il).

5. Respublikada entomologiya elminin inkişafında çoxillik fədakar əməyinə görə AMEA Rəyasət Heyəti tərəfindən Fəxri fərmanlarla təltif olunmuşdur (2000, 2005, 2010, 2015).

İş yeri və ünvanı AMEA Zoologiya institutu, AZ1073, Bakı şəh., A.Abbaszadə küç., keçid 1128, məhəllə 504
Vəzifəsi Cücülərin fauna və sistematikası laboratoriyasının müdiri, Entomologiya şöbəsinin rəhbəri
Xidməti tel. (+994 12) 5397482 
Mobil tel. (+994 50) 5516667 
Ev tel. (+994 12) 4326942 
Faks (+994 12) 5397353
Elektron poçtu seyfaddin@zoology.science.az