Məmmədyarov Məhərrəm Əli oğlu

Anadan olduğu yer Naxçıvan MR,Culfa şəh.,Yaycı   
Təvəllüdü 17.10.1924 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi Kimya elmləri doktoru 
Elmi rütbəsi Akademik, professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 




Formaldehid aşılamanın texnologiyası

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

082

“Neft kimyası və neftkimyəvi sintez”

C2 -C4 olefinlərinin kontaktın qaynar layında yüksək temperaturlu xlorlaşması reaksiyasının tədqiqi və alınmış xlorolefinlərin bəzi çevrilmələri
Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


30.06.1989
“Neft kimyası və neft emalı”
Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


2001
“Neft kimyası və neft emalı”
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 320
Xaricdə çıxmış elmi əsərlərinin sayı 75
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 35 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 57
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


21

Əsas elmi nailiyyətləri Vinilxloridin etilenin yüksək temperaturda katalizatorun qaynar layında xlorlaşması ilə alınması prosesinin texnologiyasının işlənib hazırlanması

Dien sintezi üsulu ilə perxlortsiklik karbohidrogenlərin sintezi və tədqiqi

Müasir və perspektiv texnikanın tələblərinə cavab verən yeni efir tipli sintetik sürtkü yağlarının alınması texnologiyasının işlənib hazırlanması

Azərbaycanda ilk dəfə olaraq neft mikrobiologiyası sahəsində tədqiqatların təşkili və rəhbərliyi

Xüsusi növ mikroorqanizmlərdən istifadə etməklə neft quyularının məhsuldarlığının artırılmasının yeni üsulu işlənib hazırlanmış və sənaye miqyasında sınaqdan keçirilmişdir.

Elmi əsərlərinin adları 1. Формальдегидное дубление М., Гизлегпром. – 1957. – 160 с.

2. Винилхлорид . Баку: Азернешр, – 1964. – 128 с.

3. Микробиологические методы воздействия на нефтяной пласт. Баку. – 1985. – 56 с.

4. Химия синтетических масел . Л., Химия. – 1988. – 238с.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  
Pedaqoji fəaliyyəti 1967-1969-cu illərdə Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutu

1975-1978-ci illərdə Naxçıvan Pedaqoji İnstitutu

Digər fəaliyyəti 1975-1980-cı illərdə “Zərif üzvi kimya” üzrə SSRİ EA-nın Elmi şurasının üzvü, 1975-1980-ci illərdə Naxçıvan MR üzrə “Bilik” cəmiyyətinin sədri,

Ümumittifaq “Bilik” cəmiyyətinin təftiş komissiyasının üzvü, Respublika “Bilik” cəmiyyətinin kimya və biologiya elmlərinin təbliği şöbəsinin sədr müavini, 

1992-1993-cü illərdə Neft Kimya ixtisası üzrə namizədlik və doktorluq elmi dərəcələrinin verilməsi üzrə Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu nəzdindəki İxtisaslaşdırılmış Şuranın sədri, 2004-cü ildən həmsədri

1973-1979-cu illərdə Naxçıvan Elmi Mərkəzinin sədri

1980-2000-ci illərdə AMEA Mikrobiologiya İnstitutunun direktoru

2000-ci ildən Bakı Dövlət Universitetinin kimya fakültəsində bakalavr hazırlığı üzrə imtahan komissiyasının sədridir.

Təltif və mükafatları 1. I dərəcəli Böyük Vətən Müharibəsi Ordeni

2. 1980-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı

3. 1995-ci ildə Y.H.Məmmədəliyev adına medal

4. 2005-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni

5. 2006-cı ildə elm və texnika sahəsində əldə etdiyi nailiyyətlərə görə İslam Ölkələri İqtisadi İnkişaf təşkilatının «OGS» qızıl medalı və diplom

6. 2009-ci ildə Əməkdar Elm Xadimi fəxri adı

7. 2014-cü ildə Y.H.Məmmədəliyev adına mükafat

8. 2014-cü ildə “Şərəf” Ordeni

İş yeri və ünvanı AMEA–nın Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu, Xocalı pr., 30 
Vəzifəsi “Sintetik yağlar” laboratoriyasının müdiri
Xidməti tel. (+994 12) 4965360
Mobil tel.  
Ev tel. (+994 12) 4404605 
Faks  
Elektron poçtu maqeram-mamedyarov@rambler.ru