Rüstəmov Musa İsmayıl oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad şəhəri 
Təvəllüdü 08.05.1930 
Bitirdiyi ali təhsil müəssisəsi M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-texnoloq
Elmi dərəcəsi Texnika elmləri doktoru 
Elmi rütbəsi professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-          ixtisas şifri

-          ixtisasın adı

-          mövzunun adı


05.17.07

“Yanacaq və qazın kimyəvi texnologiyası”

“Kontakt-katalitik heterogen proseslərin aparılması üçün kiçik dispersli materialların birbaşa axınının tətbiqi ilə yeni yüksək səmərəli sistemlərin işlənib hazırlanması”

Doktorluq dissertasiyasının mövzusu:

-          ixtisas şifri

-          ixtisasın adı

-          mövzunun adı



05.17.08

“Kimyəvi texnologiyanın proses və aparatları”

“Neft xammalının birbaşa axın reaktorlarında katalitik kreking prosesinin işlənib hazırlanması və tətbiqi”
Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


1980-ci il
Neft kimyası
Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


1989-cu il
Kimya
 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 658
Xaricdə çıxmış elmi əsərlərinin sayı 256
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 167 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 136
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


49

17

Əsas elmi nailiyyətləri M.İ.Rüstəmovun elmi tədqiqatlarının istiqaməti heterogen-katalitik proseslərinin texnologiyasını, neft emalı və neft kimya prosesləri üçün katalizatorların yaradılmasını, neft emalı məhsullarının keyfiyyətlərinin yüksəldilməsini əhatə edir. O, heterogen-katalitik prosesləri aparmaq üçün lift reaktorlarının hidrodinamikasını, kiçik ölçülü mikrosiferik katalizatorların, qaynar lay və lift reaktorlar sistemində kimyəvi proseslərin effektivliyini nəzəri cəhətdən tədqiq etmiş, mikrosferik katalizatorların axıcılıq indeksinin proseslərin effektivliyinə təsirini öyrənmişdir. Akademik M.Rüstəmov yüksək effektivli Q. 43-107 katalitik krekinq kompleksinin müəlliflərindən biridir. Bu proses  Bolqaristan, Rusiya, Ukraina, Latviya, və Azərbaycan neft emalı zavodlarında istismar olunur. Onun tədqiqatlarının bir qismi neft emalı məhsullarının keyfiyyətini yüksəltmək məqsədi ilə hidrokrekinq, hidroizomerləşmə, destruktiv izomerləşmə, seolit katalizatorları  iştirakinda  oksigenli əlavələrin alınması proseslərinin yaradılmasına həsr edilmişdir. Nəticədə tərkibində qurquşun olmayan, ekoloji cəhətdən təmiz Aİ-93-, Aİ-95 avtomobil benzinlərinin alınma texnologiyası təklif etmişdir. M.Rüstəmov Azərbaycanda hidrogen energetikası sahəsində tədqiqatların əsasını qoymuşdur. Onun tərəfindən   Azərbaycanda neft emalı qaz emalı və neft kimya sənayesinin inkişaf konsepsiyası yaradılmış və onun əsasında neft emalı zavodlarının 2010 ilə kimi kompleks modernizasiyasının tərkib hissəsi və sxemi hazırlanmışdır. M.Rüstəmov bir çox Beynəlxalq və Respublikada fəaliyyət göstərən elmi şuraların və assosiasiyaların üzvi olmuşdur, Beynəlxalq konfranslarda, Simpoziymlarda Azərbaycanı təmsil etmişdir.
Elmi əsərlərinin adları 1. Определение критической скорости образования кипящего слоя теплоносителя. ХТТМ - 1959. - № 8. - С. 65-67

2. Индекс текучести слоя мелкодисперсных материалов и его влияние на показатели процесса, проводимого в "кипящем" слое. АХЖ. - 1962. - № 6. - С. 53-61

3. Современное состояние и пути интенсификации процесса каталитического крекинга, монография, Азернешр, Баку, 1966.

4. О перспективах создания атомно-нефтеперерабатывающих комплексов. // Вопросы атомной науки и технологии, серия атомноводородная энергетика и технология. 1981, вып.2 (9).

5. Фотоиндуцированное выделение водорода из воды под действием видимого света в присутствии катализаторов. Химия и жизнь. - 1981. - № 9. - С. 7-8

6. Уголь будущих веков. Химия и жизнь.-1981. - № 12. - С. 8-12

7. "Почему именно водород?" . Химия и жизнь.-1981.-№ 12.-С. 16-19

8. Термодесорбция водорода с нанесенных никелевых катализаторов. Изв. АН СССР. Серия химическая.- 1981. - № 7.-С. 1468-1474

9. В поисках идеального топлива. Наука в СССР. 1982. - № 5

10. Фотосенсибилизированное оксидом вольфрама WО3 образование Н2 из водно-спиртовых растворов под действием видимого света. Журнал физической химии. – 1982. - № 7. – С. 315-319

11. Исследование корреляционной зависимости между активностью, селективностью и спектром кислотности катализатора крекинга в процессе его дезактивации коксовыми отложениями. Годишник на Софийский Университет. «Климент Охриджи». хим. фак. 1985.-Т. 79- С. 44-52.- Библиогр.: 12 назв.

12. Photocatalytic Hydrogeneration from water-organic Solutions Using Polytumgstates. Lit, Y. International Journal of Hydrogen Energy. 1988. vol. 13. № 08.-p. 533-538

13. Фотокаталитическая активация низших алканов в водных растворах полиоксокомпонентов вольфрама. // ДАН СССР, 1988, т 303, № 3.

14. Низкотемпературный процесс совместного превращения метанола с бензинами термического и каталитического крекинга. Материалы 6 нефтехимического Симпозиума Социалистических стран. Киев. 1990

15. Some peculiarities in regeneration of zeolietcontaining cracking catalysts by carbon dioxide. // React. Kinet. Catal. Lett. Vol. 48, N1, 1992.

16. Концепция Развития Нефтеперерабатывающей, Газоперерабатывающей и Нефтехимической промышленностей Азербайджана. // Процессы нефтепереработики и нефтехимии, N1, 2000.

17. Каталитические процессы получения высококачественных моторных топлив. Монография (I и II том), Баку "ЭЛМ" 2006.

18. Новая технология получения цеолитсодержащих катализаторов каталитического крекинга с регулируемой пористой структурой. Процессы нефтехимии и нефтепереработки, 2006, № 3, С. 22-29.

19. Диметиловый эфирновое экологически чистое топливо. АНХ, №8 стр,76-81

20. Экологические проблемы Земли и альтернативные источники энергии Баку, 2008

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1980-1991 ci illərdə Hidrogen energetikası üzrə Beynəlxalq assosiasiyanın, SSRİ EA Rəyasət Heyəti yanında Hidrogen energetikası komissiyasının bürosunun, SSRİ EA "Neft Kimyası" və "Kataliz" koordinasiya şuralarının, SSRİ Nazirlər Şurasının Elm və Texnika Komitəsi nəzdində "Kataliz və onun sənayedə tətbiqi" şurasının üzvü,  sosialist ölkələri Akademiyalarının Neft kimyası problemi üzrə katalitik krekinq və destruktiv izomerləşmə mövzusunun koordinatoru olmuşdur.
Pedaqoji fəaliyyəti Professor, Bakı Dövlət Universiteti 1999-2005. Professor- Azərbaycan Dövlət Neft Akademiyası 1993-1995
Digər fəaliyyəti “Neft Kimyası və Neft Emalı Prosesləri” jurnalının yaradıcısı və baş redaktoru, “Azərbayjan Kimya Jurnalının” redaksiya heyətinin üzvü, elmi dərəcələrin verilməsi üzrə İxtisaslaşmış Elmi Şuranın və NKPİ-nin Elmi Şurasının üzvüdür.
Təltif və mükafatları Azərbaycan  Respublikası  Dövlət Mükafatı Laureatı - 1982;Azərbaycan Əməkdar elm xadimi - 1979;

İqtisadi Əməkdaşlıq Təşkilatının "Elm və Texnoloji sahəsində mükafatı" - İstanbul 2002;

Azərbaycan Respublikasının "Şöhrət" ordeni - 2004
İş yeri və ünvanı AMEA Akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30 
Vəzifəsi Şöbə müdiri
Xidməti tel. (+994 12) 4903038
Mobil tel. (+994 50) 3557425 
Ev tel. (+994 12) 4906441 
Faks (+994 12) 4903520 
Elektron poçtu rustamovm@azdata.net;

rustamovm@hotmail.com