Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Biofizika İnstitutunun elmlər doktorları

Qasımov Kərim Quli oğlu

 

Anadan olduğu yer Azərbaycan Respublikası, Saatlı rayonu   
Təvəllüdü 30.11.1958
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan (indiki Bakı) Dövlət Universiteti, Biologiya fakültəsi 
Elmi dərəcəsi Biologiya üzrə elmlər doktoru 
Elmi rütbəsi  
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



2406.02

Biokimya

Qarğıdalı cücərtilərində 3`,5`-cAMP fosfodiesterazanın fəallığının qırmızı işıq və kalmodulinlə tənzimlənməsi 

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



2415.01

Molekulyar biologiya

Eukariotlarda siqnallarin ötürülməsinin molekulyar-genetik xüsusiyyətləri: G-zülallar və jointless-1 transkripsiya faktoru
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

48

 

36

 

21 

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı

 
Əsas elmi nailiyyətləri

1. Ali bitkilərdə hüceyrə siqnal sistemlərinin təşkili və genetik nəzarəti aşağıdakıları göstərir:

Tsiklik nükleotidlərin (cAMP və cGMP) fermentləri, tsiklazlar və fosfodiesterazlar fitoxromla udulan monoxromatik qırmızı (660 nm) və uzaq-qırmızı (730 nm) işığın təsirinə güclü reaksiya verirlər. Hidroliz olunmayan GTP analoqu - Gpp(NH)p qırmızı ışıqla şüalandırılmış qarğıdalı və sorqo cücərtilərində cAMP mübadilə fermentlərinin fəaliyyətinə təsir göstərir. Halbuki, şüalandırılmamış cücərtilərdə fermentlər Gpp(NH)p təsirinə reaksiya vermir. 

2. Rekombinant zülallardan istifadə edərək quanin nükleotidlərin mübadiləsində GPR motif zülalların rolunun tədqiqi  aşkr etdi:

Bütün GPR motifli zülalları yalnız Gαi sinif G-zülallarla (Gαi1, Gαo, Gαt) qarşılıqlı əlaqəyə girirlər;
GPR-motif zülalları Gαi1 ilə eyni qarşılıqlı təsiri aşağıdakı afinlik ardıcıllığı ilə nümayiş etdirirlər: Gαi1GDP Gαi1GDPAlF4-Gαi1GTP S;
GiαGDP ilə birləşən zaman, GPR zülallar Gβγ ilə rəqabət girir. GPR zülallar GDPnin ayrılmasına maneə olur və GDP/GTP mübadiləsinin maneə olmaqla onlar G zülalların GPCR fəallaşmasına ingibirləşdirirlər. 

3. Rhodopsin reseptoru və transducin G-zülaldan istifadə edən hüceyrə siqnallarının ötürülməsinin molekulyar mexanizmlərinin tədqiqi aşağıdakı xüsusiyyətləri aşkar etdi:

Gαt C2, C3 və C4 hüceyrədaxili ilgəklərlə əlaqəyə girir. C2 ilgəyində R147, F148 və nisbətən aşağı dərəcədə C140, K141 qalıqları, eləcə də C3 ilgəyindəki T229, V230, S240 və T242, T243, Q244 qalıqları Gαt ilə əlaqədə iştirak edən qalıqlardır. R*/Gαt əlaqəsi üçün ilgəklərin transmembran spirala yaxın rayonları mərkəzi rayonlarından daha vacibdir.C4 ilgəyində N310, K311, F313 və M317 amin turşusu qalıqları Gαt fəallaşması üçün əhəmiyyət kəsb edir, belə ki, N310 və K311 qalqları post-translyasiya bükülməsi üçün, F313 və M317qalıqları isə Gαt ilə qarşılıqlı təsir üçün vacibdir. 

4. İnkişaf zamanı bitki diferensiyasiyasının transkripsiya səviyyəsində tənzimlənməsi nümunəsi kimi, tomat bitkilərində çiçək və yarpaq saplağında düşmə zonasının formalaşmasında MADS domenli transkripsiyası faktoru - JOINTLESS1 öyrənildi. 

Mutant və ximer tomat bitkilərindən alınan siqnalların analizi göstərir ki, apikal meristemdə hüceyrələrin və toxumaların differensasiyasının proqramlaşdırılması və koordinasiyası hüceyrənin bölünməsini koordinasiya edən üçüncü (L3) qatda və orqanları əmələ gəlməsinə differensasiya edən birinci (L1) və ikinci (L2) qatlarda baş verir. 

5. Ətraf mühitin abiotik stresslərinə bitki reaksiyalarının transkripsiya səviyyəsində tənzimlənməsi kimi WRKY superailəsi üzvlərinin yuxarı duz qatılığı və su çatışmazlığı kimi abiotik stresslərə qarşı bitkilərin cavab reaksiyalarında rolu araşdırılmışdır. Tomat bitkisinin WRKY33 transkripsiya faktoru, su çatışmazlığı və yüksək duz qatıığı kimi abiotik stressə qarşı tolerantlığı tənzimləyən əsas faktordur.

Elmi əsərlərinin adları

1. К.Г. Гасымов, Л.А. Наджафова Ген SlWRKY способствует толерантности растений тоиата к солевому и водному стрессам. Физиология Растений и Генетика, 2014, Т. 46, сс. 385-394

2. Gasimov K.G. GTP-binding proteins are potential messengers for photosygnal transduction in high plants. Proceedings of the 15th International Congress on Photosynthesis, Advanced Topics in Science and Technology in China. Press and Springer, 2013, pp. 331-334.

3. Gasimov K.G. Two Splice forms of JOINTLESS-1 are involved in abscission zone formation in tomato plants. Applied and Computational Mathematics, 2010, v. 9, pp. 50-55.

4. Natochin M, Gasimov KG, Moussaif M, Artemyev NO. Rhodopsin determinants for transducin activation: a gain-of-function approach. Journal Biol. Chem. 2003, V. 278(39), pp. 37574-81.

5. M. Natochin, K.G. Gasimov, and N.O. Artemyev, A GPR-Protein Interaction Surface of Giα: Implications for the Mechanism of GDP-Release Inhibition. Biochemistry, 2002, 41, 258-265.

6. M. Natochin, K.G. Gasimov, and N.O. Artemyev: Inhibition of GDP/GTP Exchange on G Subunits by Proteins Containing G-Protein Regulatory Motifs. Biochemistry, 2001, 40, 5322-5328.

7. Gasimov KG. Participation of multiple forms of light regulated Adenylyl Cyclase from S.Bicolor seedlings in plant photosygnal transduction chain. Proc. of Azerbaijan Nat. Acad., Biological Sciences, 2002, v. 57 (5-6), pp 253-263.

8. Fedenko E.P., Gasumov K.G., S.R. Agamalova Light-dependent response of cAMP phosphodiesterase to gibberellins. BIOLOGY BULLETIN-Russian Academy of Sciences C/C of Izvestiia-RAN Seriia Biologicheskaia, 1999, 26, 508-510

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti

2011-2015 illər Bakı Dövlət Universuitetinin biologiya fakültəsi

2014-2016 Lənkəran Dövlət Universiteti 
Digər fəaliyyəti   
Təltif və mükafatları  
Əsas iş yeri və ünvanı AMEA Biofizika İnstitutu, Z.Xəlilov küçəısi, 117, Bakı ş., AZ1141 
Vəzifəsi

Elmi işlər üzrə direktor müavini;

Hüceyrənin molekulyar biokimyası laboratoriyasının müdiri 
Xidməti tel. (+994 12) 4326808  
Mobil tel. (+994 55) 4722258 
Ev tel. (+994 12) 5706208 
Faks  
Elektron poçtu karim.gasimov@science.azgasimovk@yahoo.com