Feyziyev Yaşar Mirzə oğlu

 

Anadan olduğu yer Azərbaycan   
Təvəllüdü 09.02.1960 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti 
Elmi dərəcəsi Biologiya elmləri doktoru 
Elmi rütbəsi  
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



2406.01

Biofizika

İkinci fotosistemdə xinon təbiətli elektron akseptorlarının reduksiyası zamanı yüklərin rekombinasiyası
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



2406.01

Biofizika

İkinci fotosistemdə suyun katalitik oksidləşmə reaksiyaları zamanı  elektronların daşınması  
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

69

 

53

 

26 

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı

 
Əsas elmi nailiyyətləri Elmi fəaliyyəti fotosintez hadisəsinin öyrənilməsinə yönəlmişdir. Apardığım tədqiqatlarda əsas diqqət fotosintetik reaksiya mərkəzlərində struktura-funksiya əlaqəsi, elektron daşınması, ikinci fotosistemdə (FSII) suyun fotosintetik yolla oksidləşməsi və molekulyar oksigenin ayrılmasının mexanizmi, biomimetik FSII və süni fotosintez, bioenerji, bitki stresi kimi sahələrə verilmişdir. Elmi tədqiqatlarım SSRI EA Fotosintez və Torpaqşünaslıq, AMEA Botanika institutlarında, Isveçdə Lund, Yaponiyada Kwansey Qakuin universitetlərində, Fiziki və Kimyəvi Tədqiqatlar institutunun (RIKEN) Fotodinamik Tədqiqatlar Mərkəzində (Sendai) aparılmışdır. Apardığım tədqiqatlaın əsas nəticələri aşagıdakılardır:

1) İkinci fotosistemdə xlorofilin dəyişən fluoressensiyasının təbiəti tədqiq edilmişdir. Bu məqsədlə FSII reaksiya mərkəzlərində elektrik yüklərinin yaranması və rekombinasiyasına plastoxinon (QA) elektron akseptorunun təsiri (xlorofil fluoressensiyasının temperatur və xarici maqnit sahəsinə cavab reaksiyasının tədqiqi ilə) öyrənilmiş və müəyyən edilmişdir ki, plastoxinonun ikielektronlu reduksiya olunmuş (QA2–) halında FSII-nin reaksiya mərkəzlərində yüklərin yaranması plastoxinonun birelektronlu reduksiya olunmush (QA–) halından fərqli olaraq yüksək kvant çıxışı ilə baş verir. Bu tədqiqat xlorofilin dəyişən fluoressensiyasının FSII-nin reaksiya mərkəzində ilkin fotoreaksiya zamanı əmələ gəlmiş elektrik yüklərinin (P680+- oksidləşmiş xlorofil və Ph–-reduksiya olunmuş feofitin) rekombinasiyası nəticəsində həyacanlaşmış xlorofil molekulundan (P680*) şüalanan lüminessensiya (rekombinasiya lüminessensiyası) olması hipotezini təsdiq etməyə imkan vermişdir. Tədqiqatlarda ikin fotokimyəvi reaksiya nəticəsində reaksiya mərkəzində əmələ gəlmiş [P680+Ph–] radikal cütünün enerji səviyyəsi ilə xlorofilin sinqlet həyacanlaşma səviyyəsi (P680*) arasında enerji baryerinin 0.11-0.13 eV olduğu müəyyən edilmişdir.

2) İkinci fotosistemdə plastoxinon akseptorunun ikielektronlu reduksiya olunmuş halında mikrosaniyə diapozonunda gecikən işıq şüalanmasının xarici maqnit sahəsinin təsirinə həssas və aktivləşmə enerjisi 0.5-0.6 eV olan yeni komponenti aşkar edilmişdir. Göstərilmişdir ki, gecikən şüalanmanın bu komponentinin yaranmasına səbəb xlorofil molekulunun triplet həyacanlaşmış (TP680) səviyyəsinin [P680+Ph–]T↔ [P680+Ph–]S səviyyəsindən keçməklə, xlorofilin əsas (P680) səviyyəsinə qayıdışı zamanı işıq kvantının buraxılmasıdır.

3) Bikarbonat ionlarının ikinci fotosistemdə rolu tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki:

a) bikarbonatın təsir yeri ikinci fotosistemin elektron akseptor tərəfidir;

b) bikarbonat fotosistem II ilə qarşılıqlı təsirdə olaraq plastoxinon mənşəli elektron akseptorları QA və QB arasında elektron daşınma sürətini aşağı salır;

c) ikinci fotosistemin elektron donor tərəfində (suyun oksidləşdiyi tərəfdə) gedən reaksiyalar üçün bikarbonat bilavasitə zəruri deyildir;

d) ikinci fotosistemin elektron akseptor tərəfinki funksional reaksiyaların tənzimlənməsi üçün zəruri olmaqla, bikarbonat bütövlükdə su-plastoxinol oksidoreduktazanın - suyun oksidləşməsi və oksigenin ayrılmasına gətirən katalitik reaksiyaların tənzimlənməsində də iştirak edir.

4) Suyun fotosintetik oksidləşdiyi katalitik reaksiyalar tədqiq edilərək mühitin pH dəyşmələrinin ikinci fotosistemdə S pillələri arasında keçidlərə təsiri, kriogen temperaturlarda işıgın təsiri ilə baş verən molekulyar reaksiyalar, sitoxrom b559 və S2, S3-pillələri arasında elektron mübadiləsi və s. öyrənilmişdir:

a) Müəyyən edilmişdir ki, pH-ın aşağı qiymətlərində (turş mühitdə) ikinci fotosistemin katalitik S-tsiklinin S0-S1, S2-S3 və S3-S0 keçidləri inhibirləşir. Göstərilmişdir ki, bu suyun oksidləşdiyi katalitik saytdan ayrılan protonların daşınma yolundakı amintrurşu qalıqlarının protonlaşması nəticəsində tirozin (YZ) elektron daşıyıcısının redoks potensialının artıb P680•+/P680 redoks cütünün potensialı ilə müqayisə olunan qiymətə çatması və reaksiya mərkəzi tərəfindən oksidləşə bilməməsi, sonda isə uyğun S-pilləsini oksidləşdirə bilməməsi ilə əlaqədardır.

b) Müəyyən edilmişdir ki, lümen pH-nın artması fotosistem II-nin katalitik S-tsiklinin S3-[S4]-S0 keçidlərini inhibirləşdirir (pK~8,0). Göstərilmişdir ki, bu qələvi mühitdə tirozin (YZ) elektron daşıyıcısının redoks potensialının azalaraq yüksək potensiallı S3 pilləsinin potensialı ilə müqayisə edilə bilən qiymətə çatması ilə əlaqədardır. Lakin tirozinin gələvi mühitdə malik olduğu redoks potensial aşağı potensiallı S0 və S1 pillələrini oksidləşdirmək üçün kifayətdir. Göstərilmişdir ki, S3-[S4]-S0 mərhələsindən fərqli olaraq S2-S3 keçidinin pH-ın daha yüksək qiymətlərində inhibirləşməsi (pK~9,4), S2 pilləsinin potensialının pH-asılı olduğu halda mümkündür.

c) Alınmış təcrübi nəticələr və onların nəzəri təhlili əsasında göstərilmişdir ki, fotosistem II tərəfindən suyun oksidləşməsi metal-radikal mexanizmi əsasında baş verir ki, bu da həmin prosesdə Mn4CaO5 klasterinin, tirozin YZ radikalının (YZ•), tirozinlə hidrogen rabitəsində olan D1-His190 və digər aminturşuların iştirakını tələb etməklə, protonun (və elektronun) Mn4CaO5 klasteri ilə rabitədə olan su molekulundan, oksidləşdiyi zaman öz protonunu D1-His190 vasitəsi ilə lümenə ötürmüş tirozinə (YZ•) daşınmasını nəzərdə tutur.

d) Müəyyən edilmişdir ki, intakt sistemdə lümen pH-nın azalması zamanı, və ya Ca2+-kofaktorunun itirmiş sistemdə, S2-S3 keçidində qapanmış katalitik S-tsiklinin fəaliyyəti Ca2+-kofaktorunu itirmiş fotosistem II-də lümen aşağı pH qiymətlərində yenidən bərpa olunur. Bu isə Ca2+-kofaktorunun suyun oksidləşdiyi katalitik saytın komponenti kimi proton balansının və eləcə də proton axınınını tənzimlənməsində vacıb funksiya yerinə yetirdiyini nəzərdə tutur.

e) Göstərilmişdir ki, fizioloji şəraitdə, lümen mühitinin pH-ı müəyyən reaksiyaların gedişinə təsir etməklə (öz əksini S-tsiklinin bəzi kecidlərində tapmışdır) suyun oksidləşdiyi katalitik saytda elektron daşınmasını idarə edə bilər. Bu öz növbəsində, reaksiya mərkəzində baş verən reaksiyaların ifrat doyması zamanı elektron daşınmasını məhdudlaşdırmaqla, ikinci fotosistemi zədələnmədən qorumaq baxımından çox əhəmiyyətlidir.

f) Müəyyən edilmişdir ki, fotosistem II-də kriogen (5-10 K) temperaturlarda işıqla induksiya olunan "Split S1", "Split S3" və "Split S0" kimi siqnalların yaranmasında tirozin YZ• radikalı da iştirak edir ki, bu da öz növbəsində yenə də suyun katalitik oksidləşmə reaksiyalarında birgə elektron-proton daşınmasının vacibliyini təsdiq edir. İşıqla induksiyalanan “Split” siqnalın müşahidə olunmaması, tirozinin iştirakı ilə gedən katalitik reaksiyalarda S2 pilləsində proton axınının kəsildiyini göstərir.

g) Müəyyən edilmişdir ki, tirozin YD ilə birgə Cyt b559 da fotosistem II-nin katalitik S-tsiklinin oksidləşmiş (S2 və S3) pillələrinə elektron verərək onları reduksiya edə bilər. Göstərilmişdir ki, S3 pilləsinin reduksiyası tirozin YD və Cyt b559 arasında birincinin redoks halı ilə müəyyən olunan rəqabət əsasında getdiyi halda, S2 pilləsinin reduksiyasında Cyt b559 üstün elektron donoru olub həmin pilləyə həm birbaşa, həm də FSII-nin suyun oksidləşdiyi katalitik saytda elektron daşınmasında iştirak edən başqa komponentləri (P680, YD, YZ и Car/D2-ChlZ) ilə tarazlıq reaksiyası vasitəsi ilə elektron verə bilər.

Elmi əsərlərinin adları 1. Orujova T.Y., Bayramov S.M., Gurbanova U.A., Babayev H.G., Aliyeva M.N., Guliyev N.M., and Feyziyev Y.M. (2017) Diurnal temperature-related variations in photosynthetic enzyme activities of two C4 species of Chenopodiaceae grown in natural environment. Photosynthetica (accepted).

2. İsmayılova E.Ə., Cümşüdlü K.T., Təlai C.M., Feyziyev Y.M. (2017) Fluoressensiya metodunun tətbiqi ilə bəzi buğda genotiplərinə duz stresinin təsirinin öyrənilməsi. Əkinçilik ET institutunun əsərləri.

3. İbrahimova Ü.F., Qaragözov T.H., Feyziyev Y.M. (2015) Duz stresinin Triticum aestivum L. və Triticum durum Desf. genotiplərində fizioloji proseslərə təsiri. AMEA-nın Xəbərləri: Biologiya və tibb elmləri, 70 (3), 26-33

4. Babayev H.G., Mehvaliyeva U.A., Aliyeva M.N., Guliyev N.M., Feyziyev Y.M. (2015) NADP-malate dehydrogenase isoforms of wheat leaves under drought: their localisation, and some physicochemical and kinetic properties. Journal of stress physiology and biochemistry, v.11 (3), 13-25.

5. Cümşüdlü K.T., İsmayılova E.Ə., Feyziyev Y.M. (2015) Duz stresinin buğda genotiplərinin yarpaqlarında fotosintetik elektron daşınmasına təsiri. AMEA Botanika institutunun elmi əsərləri, XXXV c., 155-160

6. Мовсумова Ф.Г., Бабаев Г.Г., Зейналова М.Г., Фейзиев Я.М. (1914)

7. Таксономический состав семейства Chenopodiaceae Vent. во флоре Абшерона и его экологический анализ. AMEA Xəbərləri, Biol. və tibb elmləri, 69(1), 27-35

8. Babayev H., Mehvaliyeva U., Aliyeva M., Feyziyev Y., and Guliyev N. (2014) The study of NAD-malic enzyme in Amaranthus cruentus L. under drought. Plant Physiology and Biochemistry, V.81: 84-89.

9. Quliyev N.M., Babayev H.Q., Mehvalıyeva U.Ə., Əliyeva M.N., Feyziyev Y.M. (2014) Quraqliğin amarant yarpaqlarinida qaz mübadiləsi parametrlərinə və dekarboksilləşdirici malatdehidrogenazalara təsiri. AMEA Məruzələri, LXX (1), 46-50.

10. Feyziyev Y., Deák Z., Styring S., Bernát G. (2013) Electron transfer from Cyt b559 and tyrosine-D to the S2 and S3 states of the water oxidizing complex in photosystem II at cryogenic temperatures. Journal of Bioenergetics and Biomembranes., 45: 111-120.

11. Yashar Feyziyev (2008) Photosystem II function and bicarbonate. In J.F. Allen, E. Gantt, J.H. Golbeck (Eds.) Photosynthesis. Energy from the Sun: 14th International Congress on photosynthesis, 399-402, Springer.

12. Kaisa G. V. Hevelius, Ji-Hu Su, Yashar Feyziyev, Fikret Mamedov, and Stenbjorn Styring (2006) Spectral resolution of the Split EPR signals induced by illumination at 5K from the S1-, S3- and S0-states in Photosystem II. Biochemistry, Vol. 45, p.9279-9290.

13. Fryxelius, J., Eilers, G., Feyziyev, Y., Magnuson, A., Sun, L., and Lomoth, R. (2005) Synthesis and redox properties of a [meso-tris (4-nitrophenyl) corrolato] Mn(III) complex. Journal of Porphyrins and Phthalocyanines, Vol. 9, p. 379-386.

14. Sigfridsson, K. G. V., Su, J.-H., Feyziyev, Y., Mamedov, F., and Styring, S. (2005) Quantification of the light induced YZ•-split EPR-signals from Photosystem II in the S0- and S1-states and the pH-dependence of “Split S1”. In: “Photosynthesis: Fundamental Aspects to Global Perspectives”, A. van der Est and D. Bruce (Eds.). Proceedings of the 13th International Congress of Photosyntesis, p. 1071-1073. Montreal, Canada.

15. Su, J.-H., Sigfridsson, K. G. V., Feyziyev, Y., and Styring, S. (2005) Flash-number dependent oscillation of Split EPR signals from OEC in PSII induced by illumination at 5 K. In: “Photosynthesis: Fundamental Aspects to Global Perspectives”, A. van der Est and D. Bruce (Eds.). Proceedings of the 13th International Congress of Photosyntesis, p. 404-406. Montreal, Canada.

16. Feyziyev, Y., Mizusawa, N., Ishii, A., and Ono, T.-a. (2005) Characterization of Ser-substitution mutants in the D1 protein Arg 64, 323 and 334 in cyanobacterium Synechocystis sp. PCC 6803. In: “Photosynthesis: Fundamental Aspects to Global Perspectives”, A. van der Est and D. Bruce (Eds.). Proceedings of the 13th International Congress of Photosyntesis, p. 392-394. Montreal, Canada.

17. Sigfridsson, K. G. V., Su, J.-H., Feyziyev, Y., and Styring, S. (2005) The spectral resolution of the “Split S1” and “SplitS0” EPR signals from photosystem II induced by illumination at 5K. In: “Photosynthesis: Fundamental Aspects to Global Perspectives”, A. van der Est and D. Bruce (Eds.). Proceedings of the 13th International Congress of Photosyntesis, p. 386-388. Montreal, Canada.

18. Morvaridi, S. F., Feyziyev, Y., and Styring, S. (2005) Effect of temperature on the miss-factor in the S-cycle determined by EPR. In: “Photosynthesis: Fundamental Aspects to Global Perspectives”, A. van der Est and D. Bruce (Eds.). Proceedings of the 13th International Congress of Photosyntesis, p. 359-361. Montreal, Canada.

19. Pan, J., Xu, J., Benkö, G., Feyziyev, Y., Styring, S., Sun, L., Åkermark, B., Polívka, T., and Sundström, V. (2004) Stepwise charge separation from a ruthenium-tyrosine complex to a nanocrystalline TiO2 film. The Journal of Physical Chemistry (B), Vol. 108, p.12904-12910.

20. Kropacheva, T.N., Feikema, W.O., Mamedov, F., Feyziyev, Y., Styring, S. and Hoff, A.J. (2003) Spin conversion of cytochrome b559 in photosystem II induced by exogenous high potential quinone. Chemical Physics, Vol. 294, p. 471-482.

21. Feyziyev, Y., Van Rotterdam, B.J., Bernat, G., and Styring, S. (2003) Electron transfer from cytochrome b559 and tyrosineD to the S2 and S3 states of the water oxidizing complex in photosystem II. Chemical Physics, Vol. 294, p.415-431.

22. Styring, S., Feyziyev, Y., Mamedov, F., Hillier, W. and Babcock, G.T. (2003) pH dependence of the donor side reactions in Ca2+-depleted photosystem II. Biochemistry, Vol. 42, p. 6185-6192.

23. Feyziyev Y. (2002) Formate binding sites of plant photosystem 2. Proceedings of Azerbaijan National Academy of Sciences: Biological Sciences, No 1-6, p.222-233.

24. Bernat, G., Morvaridi, F., Feyziyev, Y. and Styring, S. (2002) pH-dependence of the four individual transitions in the catalytic S-cycle during photosynthetic oxygen evolution. Biochemistry, Vol. 41, p. 5830-5843.

25. Styring, S., Feyziyev, Y., Mamedov, F., Babcock, G.T. and Hillier, W. (2001) The pH dependence of the donor side reactions in Ca2+-depleted photosystem II: A role for Ca in the proton expulsion pathway? In: PS2001. Proceedings of 12th International Congress on Photosynthesis. Sydney, Australia, S13-017.

26. Morvaridy, F., Feyziyev, Y., Bernat, G., Geijer, P., Mamedov, F. and Styring, S. (2001) pH-dependent oxidation of Cytochrome b559 is different in the different S-states. In: PS2001. Proceedings of 12th International Congress on Photosynthesis. Sydney, Australia, S13-010.

27. Bernat, G., Morvaridi, F., Feyziyev, Y. and Styring, S. (2001) pH-dependence of the four steps in the S-cycle in photosystem II. In: PS2001. Proceedings of 12th International Congress on Photosynthesis. Sydney, Australia, S10-016.

28. Feyziev, Ya.M., Yoneda, D., Yoshii, T., Katsuta, N., Kawamori, A. And Watanabe, Y. (2000) Formate-induced inhibition of the water-oxidizing complex of photosystem II studied by EPR. Biochemistry, Vol. 39, p. 3848-3855.

29. Feyziev, Ya.M., Yoneda, D. and Kawamori, A. (1998) Bicarbonate stimulated binding of manganese to photosystem 2. In: ”Photosynthesis: Mechanism and Effects”, G.Garab (Ed.). Proceedings of the XIth international Congress on Photosynthesis, Vol. II, p. 1197-1200. August 17-22, Budapest, Hungary.

30. Ivashikina N.V. and Feyziev Ya.M. (1998) Regulation of nitrate uptake in maize seedlings by accompanying cations. Plant Science, 131, 25-34.

31. Allakhverdiev, S.I., Feyziev, Ya.M., Ahmed, A., Hayashi, H., Aliev, J.A., Klimov, V.V., Murata, N. and Carpentier, R. (1996) Stabilization of oxygen evolution and primary electron transport reactions in photosystem II with glycinbetaine and sucrose. Journ. Photochem, Photobiol., B:Biology, Vol. 34, p. 149-157.

32. Klimov, V.V., Allakhverdiev, S.I., Baranov, S.V. and Feyziev, Ya.M. (1995) Effect of bicarbonate and formate on photosystem II activities. Photosynthesis Research, Vol. 46, p. 219-225.

33. Klimov, V.V., Allakhverdiev, S.I., Feyziev, Ya.M. and Baranov, S.V. (1995) Bicarbonate requirement for the donor side of photosystem 2. FEBS Lett. Vol. 363, p. 251-255.

34. Kozlov, Yu.N., Kazakova, A.A., Feyziev, Ya.M., Allakhverdiyev, S.I. and Klimov, V.V. (1995) Electrochemical oxidation and reduction of ANT-2p in relation to its inactivating effect on photosystem II activity. Biochemistry (Russia), Vol. 60, p. 976-980.

35. Klevanik, A.V., Feyziev, Ya.M., Renger, G. And Klimov, V.V.(1994) Millisecond delayed luminescence of chlorophyll in photosystem II at low redox potentials. 2. Magnetic field effect. Biological Membranes (Russia), Vol. 11, p. 148-160.

36. Klimov, V.V., Feyziev, Ya.M., Allakhverdiev, S.I. and Klevanik, A.V. (1994) Millisecond delayed luminescence of chlorophyll in photosystem II at low redox potentials. 1. Conditions of revealing, lifetime and activation energy. Biological Membranes (Russia), Vol. 11, p. 140-147.

37. Allakhverdiev, S.I., Komenda, J., Feyziev, Y.M., Nedbal, L. and Klimov, V.V. (1993) Photoinactivation of isolated D1/D2/Cytochrome b-559 complex under aerobic and anaerobic conditions. Photosynthetica, Vol. 28, p. 281-288.

38. Klevanik, A.V., Feyziev, Ya.M., Nikithishena, O.V., Shuvalov, V.A.and Klimov, V.V. (1992) On the nature of the anomalous temperature dependence of the nanosecond recombination fluorescence of D1-D2-Cyt.b-559 reaction center complexes. Biological Membranes (Russia), Vol. 9, p. 915-925.

39. Allakhverdiev, S.I., Mal’tsev, S.V., Feyziev, Ya.M. and Klimov, V.V. (1992) Increase of thermostability of photochemical reactions of photosystem II after complete removal of manganese and extrinsic proteins. Biological Membranes (Russia), Vol. 9, p. 12-18.

40. Klevanik, A.V., Feyziev, Ya.M., Allakhverdiev, S.I. and Klimov, V.V. (1991) The origin of photosystem II variable fluorescence of higher plants. Biological Membranes (Russia), Vol. 8, p. 1053-1065.

41. Feyziev, Ya.M., Allakhverdiev, S.I., Klevanik, A.V. and Klimov, V.V. (1991) Temperature dependence of the variable fluorescence of photosystem II under aerobic and reducing conditions. In: ”Plant Metabolism Regulation” (Eds. E.Karanov and V.Alexieva) Proceedings of the International Vth Youth Simposium, p. 59-62. October 8-13, Sofia, Bulgaria.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  Fotosintez tədqiqatları üzrə beynəlxalq cəmiyyət
Pedaqoji fəaliyyəti AMEA, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistr təhsili alan tələbələr üçün “Biomolekulyar spektroskopiya” kursu 
Digər fəaliyyəti   
Təltif və mükafatları  
Əsas iş yeri və ünvanı AMEA Molekulyar Biologiya və Biotexnologiyalar Institutu, Mətbuat prospekti, 2A, AZ1073
Vəzifəsi Fotobioenergetika laboratoriyasının müdiri 
Xidməti tel. (+994 12) 5105921 
Mobil tel. (+994 50) 4096847 
Ev tel.  
Faks (+994 12) 5102433 
Elektron poçtu ya_feyziyev@yahoo.com