Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu

 

Ünvan AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 76 
Tel. (+994 36) 5450671 
Faks  
Elektron poçtu  
Direktor

Səfərli Hacıfəxrəddin Yəhya oğlu

(+994 36) 5450671

(+994 50) 3536875

hacifexreddin@yahoo.com.tr 

Elmi katib

Asəf Yunis oğlu Orucov

tarix üzrə fəlsəfə doktoru, dosent

Xidmət tel: (+994 36) 5453477

Mobil tel: (+994 50) 7162124

Elektron poçtu: aseforucov@yahoo.com.tr

Yaranma tarixi  7 avqust 2002-ci il 
Əsas fəaliyyət istiqamətləri Vətən tarixi, Arxeologiya, Etnoqrafiya və Epiqrafika, Qafqaz tarixi 
Əsas elmi nəticələr
  1. Naxçıvan ərazisində mövcud olan epiqrafiк abidələr sistemli şəкildə tədqiq olunaraq, 600-dən artıq kitabə qeydə alınmışdır. Kitabələrin mətnləri oxunaraq Azərbaycan dilinə tərcümə edilmiş, onlar Azərbaycan tarixinin mənbəyi kimi öyrənilmişdir. Tədqiq olunan kitabələrin böyük əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Bu abidələrin təqdim etdiyi məlumatlar əsasında orta əsrlər zamanı Naxçıvanda fəaliyyət göstərən sufiliklə bağlı mərkəzlərlə əlaqədar tədqiqatlar aparılmış, bir neçə xanəgahın və onların rəhbər şeyxlərinin fəaliyyəti öyrənilmişdir. Naxçıvanın orta əsrlər dövrü tarixinin və epiqrafik abidələrinin tədqiqi istiqamətində işlər davam etdirilməkdədir. Eyni zamanda Naxçıvanda mövcud olan daş üzərində işləmə mərkəzlərinin (Darıdağ, Tivi, Kırna və s.) faliyyəti tədqiqata cəlb olunmuşdur. Məlum olmuşdur ki, Naxçıvan bölgəsində indiyədək qalan müxtəlif xatirə abidələri, o cümlədən daş qoç fiqurları, sənduqələr və s. bu mərkəzlərdə yerli ustalar tərəfindən hazırlanmışdır. Ərazidə indiyədək qalan orta əsrlər dövrünə aid xatirə abidələri üzərindəki təsvirlər tarix-mədəniyyət abidələri kimi tədqiq edilərək elmi dövriyyəyə buraxılmışdır. Həmçinin orta əsrlər dövründə Naxçıvanda inkişaf etmiş sənətkarlıq sahələri araşdırılmışdır. Digər istiqamətdə Naxçıvanın XIII-XVIII əsrlər dövründə siyasi vəziyyəti, iqtisadi həyatı, tarixi coğrafiyası və əhalisi tədqiqata cəlb edilmişdir. Tədqiqatlar göstərmişdir ki, monqol hücumları, Hülakilər və Səfəvilər dövründə Naxçıvan ərazisi baş vermiş müharibələr nəticəsində zərər çəksə də, burada inkişaf da olmuş, şəhərlər, sənətkarlıq, ticarət və mədəniyyət inkişaf etmişdir. Həmin vaxt Naxçıvan bölgəsinin əhalisi əsasən azərbaycanlılardan ibarət olmuşdur.
  2. “Naxçıvan MSSR-nin təşkili” (XX əsrin əvvəlləri), Azərbaycan dövlətçilik tarixində Naxçıvanın yeri mövzusu ilə əlaqədar tədqiqatlar aparmışdır. Mövzu müstəqilliyin verdiyi imkanlardan istifadə olunaraq tədqiq olunmuş, təhlillər aparılmış, uğurlu nəticələr əldə olunmuşdur.
  3. Həmçinin şöbədə Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi, qonşu xanlıqlar və dövlətlərlə münasibətləri, ordu quruculuğu, kəngərlilərdə mülkiyyət məsələsi, XIX-XX əsrlərdə Naxçıvanda yaşamış Naxçıvan xanları nəslindən olan şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə əlaqədar araşdırmalar aparılmışdır. Naxçıvanın XIX əsr tarixi rus mənbələri əsasında araşdırılmış, dövrün sosial-siyasi və iqtisadi həyatı, Naxçıvanda kollektivləşmə və onun nəticələri məsələləri öyrənilmişdir. Е.ə. VI-I minilliklərdə Naxçıvanda mеydana gələn qədim mеtallurgiya və mеtalişləmə sənətinin yеrli xammal mənbələri əsasında mеydana gəlib inkişaf еtdiyi müəyyən еdilmiş; Naxçıvanın qədim mədəniyyətlərinin dövrləşdirilməsi ilə bağlı problеmlərin tədqiq еdilərək Erkən və Orta Tunc dövrü abidələri üçün yеni dövrləşdirmə vеrilmiş; Naxçıvanın Erkən Tunc dövrü mədəniyyətinin vətəni olduğu müəyyən edilmiş; Naxçıvanın qədim mədəniyyətlərinin Ön Asiya və Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı münasibətlərinin tədqiq еdilərək müəyyənləşdirilmişdir ki, Orta Tunc dövrü Boyalı qablar mədəniyyəti Cənubi Qafqazın digər ölkələrinə Naxçıvandan yayılmışdır; Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti tədqiq еdilmiş, Naxçıvnda mеydana gələn qədim mədəniyyətlərin, o cümlədən qədim sənət əsərlərinin Azərbaycan xalqının еtnoqrfiyası və folkloru ilə sıx bağlı olduğu müəyyən еdilmişdir. Gəmiqaya təsvirlərinin böyük bir qisminin sеmantik məzmunu açılmış; Naxçıvanın arxеoloji abidələri toplu halında nəşr еtdirilmişdir. Naxçıvan ərazisində mindən artıq arxeoloji abidə aşkar edilmiş və pasportlaşdırılmışdır. Son illərin araşdırmaları zamanı Neolit və Eneolit mədəniyyətinə aid yeni abidələr aşkar edilmiş, Erkən Dəmir dövründə Şərurda Urartulara qarşı mübarizə aparan qədim dövlətin olduğu müəyyən edilmiş, Göyçə gölü hövzəsinin Naxçıvanda yaşayan tayfaların nəzarətində olduğu müəyyən edilmişdir.
  4. Antik və Orta əsrlər arxeologiyası şöbəsində Naxçıvan Muxtar Respublikasının ərazisindəki Antik və Orta əsrlər dövrünə aid arxeoloji abidələrin tədqiqi istiqamətində işlər aparılmışdır. Gilançay vadisindəki Orta əsrlər dövrünə aid arxeoloji abidələrin xarakteristikasını vermək, onların yayılma arealını öyrənmək qarşıya məqsəd qoyulmiş, Gəmiqaya ətrafinda kəşfiyyat xarakterli tədqiqatlar aparılmış, Xaraba-Gilan abidələr kompleksində aparılan arxeoloji qazıntılarda iştirak edilmişdir. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində Gəmiqaya ətrafında bir neçə yeni arxeoloji abidə qaydə alınaraq pasportlaşdırılmış və öyrənilmişdir. Müəyyən olunmuşdur ki, Antik və Orta əsrlər dövründə Gilançay vadisi insanların sıx yaşadığı ərazilərdən olmuşdur. Bu ərazidə yaşamış insanlar əkinçiliklə, maldarlıqla, müxtəlif sənətkarlıq sahələri ilə məşğul olmuş, qonşu tayfalarla iqtisadi-mədəni əlaqələr yaratmışlar.
  5. Arxeoloji xidmət şöbəsində təşkil edilən arxeoloji ekspedisiyaların işində, onların hesabatlarının müzakirəsində, qəbulunda və sənədləşdirilməsində iştirak edilmiş, şöbəyə daxil olan arxeoloji materialların qeydiyyatı aparılmış, sistemləşdirilmiş, mühafizə və təbliğ edilmişdir. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda yaradılmış arxeoloji ekspedisiyanın tərkibində Fransa Milli Araşdırmalar Mərkəzinin nümayəndələri ilə birlikdə Babək rayonunda yerləşən I Kültəpə abidəsində müştərək tədqiqatlar aparılmışdır. Buradan üzə çıxarılan dairəvi tikili qalıqlarının, ocaq tiplərinin, sümükdən və müxtəlif daş növlərindən hazırlanmış əmək alətlərinin və keramika məmulatının Cənubi Qafqaz və Yaxın Şərq paralelləri ilə müqayisəli təhlili əsasında Naxçıvanın Son Neolit mədəniyyətinin özünəməxsus xüsusiyyətləri tədqiq edilmiş, Naxçıvanın Neolit keramikasının ornamental xüsusiyyətləri işlənərək elmi dövriyyəyə buraxılmışdır. 2017-ci ilin iyul-avqust aylarında AMEA Naxçıvan Bölməsində V.Baxşəliyevin rəhbərliyi ilə təşkil edilmiş ekspedisiyanın tərkibində Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılmış və buradan aşkar edilən Erkən Eneolit dövrü keramikasının bir qisminin qrafik təsvirləri hazırlanmışdır. Arxeoloji xidmət şöbəsinin elmi-inventar kitabı tərtib edilmişdir. İnstitutun nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya muzeyinin elmi ekspozisiyasının yenidən qurulması istiqamətində işlər aparılmış, ekspozisiyanın inventarlarının miqdarının dəqiqləşdirilməsi, təmizlənməsi, həmçinin muzeyə yeni daxil olan materialların sənədləşdirilməsi həyata keçirilmişdir.
  6. Etnoqrafiya şöbəsində Azərbaycan türklərinin etnik tarixi, etnogenetik əlaqələri, qədim inamlar sistemi, Dünya Tufanı və Nuh peyğəmbər, Türk Ata məsələsi, Dörd çay nəzəriyyəsi və s. bu kimi problemlər yeni baxışlar əsasında tədqiq olunmuşdur. Xalq təqvimi, təsərrüfat və sənətkarlıq sahələri ilə bağlı adətlər, inanclar və mərasimlər hərtərəfli təhlil edilmiş, öyrənilmişdir.
  7. Ermənistan-Azərbaycan münaqişəsinin pərdə arxasının təhlili, Cənubi Qafqazin təhlükəsizlik problemlərini, etnik-milli münaqişələrin ortaya çıxmasında geosiyasi maraqları, Naxçıvanın regional və beynəlxalq siyasətdə yerinin araşdırılması, ermənilərin Azərbaycana, xüsusilə də Naxçıvana qarşı mifoloji, dini, siyasi iddialarının, basilica olaraq “din strategiyası”nın əsas istiqamətlərinin təhlili və tədqiqi. Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri geosiyasi maraqlar və sivilizasiyaların toqquşması kontekstində araşdırılmış, Naxçıvana qarşı iddiaların əsassızlığı tutarlı faktlar əsasında təkzib edilmiş, eyni zamanda bu münaqişə dünyanın aparıcı dövlətlərinin siyasi münasibətləriçərçivəsində ələ alınmış, erməni iddialarına rəvac verən dini, siyasi amillər tədqiq edilmiş, ermənilərin Naxçıvanla bağlı iddialarının beynəlxalq müstəvidə yeri təhlil olunmuşdur. Yerli və xarici arxiv və ədəbiyyat materialalrı əsasında böyük güclərin də dəstəyi ilə ermənilərin törətdikləri soyqırımı cinayətləri araşdırılmşdır.
İşçilərinin ümumi sayı 24
Struktur bölmələri Qədim və orta əsrlər tarixi şöbəsi
Yeni və ən yeni tarix şöbəsi
Qədim dövr arxeologiyası şöbəsi
Antik və orta əsrlər arxeologiyası şöbəsi
Arxeoloji xidmət şöbəsi
Etnoqrafiya şöbəsi
Qafqaz tarixi şöbəsi  

Elmi şura

-       sədr

-       katib

-       üzvləri

 

Səfərli Hacıfəxrəddin Yəhya oğlu


Baxşəliyev Vəli Baxşəli oğlu

Şıxəliyev Emin Arif oğlu

Orucov Asəf Yunis oğlu

Xəlilov Toğrul Fərman oğlu 

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri
 

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

 

İsmayıl Muxtar oğlu Hacıyev

Hacıfəxrəddin Yəhya oğlu Səfərli

Emin  Arif oğlu  Şıxəliyev

Vəli Baxşəli oğlu Baxşəliyev

Fəxrəddin Adil oğlu Cəfərov

Nazim Hidayət oğlu  Əhmədov

Vəli Hüseyn oğlu Əliyev

Gəncəli Məmməd oğlu Gəncəliyev

Ramiz Kamal oğlu İsgəndərov

Qüdrət Seyfulla oğlu İsmayılzadə

Əli Xudu oğlu Nuriyev

Ağarza Ağahəsən oğlu Rüstəmov

Abbas Qadir oğlu Seyidov

Oqtay Balaqədeş oğlu Sultanov

Zəhmət Əbülfəz oğlu Şahverdiyev

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri
 
İctimaiyyətlə əlaqələrə məsul şəxs  
Elmlər doktorları 
Fəlsəfə doktorları