Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Naxçıvan Bölməsinin institut və təşkilatları

Batabat Astrofizika Rəsədxanası

 

Ünvan AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 35   
Tel. (+994 36) 5446985 
Faks  
Elektron poçtu atcc55@mail.ru 
Direktor

Qulu Əhməd oğlu Həziyev 

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
Direktor müavinləri  
Elmi katib  
Yaranma tarixi  Azərbaycan MEA Naxçıvan Bölməsinin yaradılması haqqında Ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamına əsasən Azərbaycan MEA Naxçıvan Bölməsinin tərkibində təşkil olunub.  
Əsas fəaliyyət istiqamətləri Səma cisimlərinin dinamikası və fizikası
Əsas elmi nəticələr

1.Günəşdəki irimiqyaslı maqnit sahələrində aşkar olunmuş kvaziikiillik dövrü rəqslər Günəşdəki maqnit sahələrinin qeyri-simmetrik xüsusiyyətləri ilə bağlıdır.

2. Günəş spikullarının dispersiyaya meyli dövrü olaraq dəyişir və bu dəyişmə spikulların fırlanma hərəkəti ilə bağlıdır.

3. Müəyyən edilmişdir ki, uzundövrlü kometlərin bir qrupunun mənbəyi Koyper-Ecevort qurşağı ola bilər.

4.Uzunperiodlu kometlərin perihelilərinin ən yüksək konsentrasiyası ekliptika müstəvisinə perpendikulyar müstəvi ətrafında mövcuddur.

5.Günəş sisteminin 55 a.v., 110 a.v., 80 a.v. və 170 a.v. məsafələrində ən azı dörd planet cisminin olması ehtimalı vardır.

6. Prosion ulduzunun yüksəkdispersiyalı rəqəmsal spektrində 120-yə qədər zəif və orta Fraunhofer xəttinin spektrofotometrik xüsusiyyətləri müəyyən edilmişdir.

7.Prosion ulduzunun atmosferində mikroturbulent hərəkət sürətinin (2.3±0.5) km/san olduğu təyin edilmişdir.

8. Göstərilmişdir ki, sınaq ulduzunun heliosentrik məsafəsi 50-100 astronomik vahidədək, kütləsi isə 1-5 Günəş kütləsi qədər dəyişdikdə, orbit parametrlərinin böhran qiymətində Günəş sistemi planetləri ya ulduzun peykinə çevrilər, ya da Günəş sistemi hüdudlarını tərk edər.

İşçilərinin ümumi sayı 22
Struktur bölmələri Səma cisimlərinin mövqe müşahidələri şöbəsi
Səma cisimlərinin fotometriyası şöbəsi 
Elmlər doktorları
Fəlsəfə doktorları