Hacıyev Akif Cəfər oğlu

Hacıyev Akif Cəfər Xəndan oğlu 1937-ci il dekabrın 8-də Bakı şəhərində, görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. 1960-cı ildəAzərbaycan Dövlət Universitetini (indiki BDU) bitirmiş, 1964-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1982-ci ildə fizika-riya­ziyyat üzrə elm­lər doktoru (SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnsti­tutu, Moskva şəhəri) elmi də­rə­cəsini, 1985-ci ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçil­mişdir.

1960-1992-ci illərdə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutun­da kiçik elmi işçi, elmi katib, şöbə müdiri, Ankara Universitetinin dəvətli profes­soru (1992-1999), AMEA RMİ-nin şöbə müdiri (1999-2001), direktoru (2004-2013) olmuşdur. 2001-ci ildə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Böl­mə­si­nin aka­demik-katibi seçilmişdir. 2013-cü ildə AMEA-nın vitse-prezidenti seçilmiş və eyni zamanda, AMEA Fizika-Riya­ziyyat və Texnika Elmləri Bölməsi­nin akademik-katibi vəzifəsində fəaliyyə­ti­ni davam etdirmişdir. 1999-cu ildən Azərbaycan Milli Aviasiya Akademi­ya­sının Riyaziyyat və Mexanika kafed­ra­sı­nın müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komis­si­yasının riyaziyyat və mexanika üzrə ekspert şurasının sədri (2002-2005), 2010-cu ildən Azərbaycan Riyaziy­yat Cəmiyyətinin prezidenti ol­muşdur. O, AMEA RMİ-nin nəzdində Dok­torluq Dissertasiya şurasının sədri, “Transactions of NASA” (riyaziyyat və mexanika seriyası) və “Azerbaijan journal of Mathe­matics” jurnallarıının baş redaktoru, “Механика машин, мех­анизмов и мате­риалов” (Minsk ş. Belaru­siya) jurnalının redaksiya hey­ətinin üzvü olmuşdur. Beynəlxalq Mühəndislik Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyası­nın, Azərbaycan Mühənd­islik Akademiyasının və Azərbaycan Ekoenergetika Akade­mi­yasının həqiqi üzvü olmuşdur.

A.Hacıyev qeyri-məhdud oblastlarda bir və çoxdəyişənli funksiyaların xətti müsbət operatorları ardıcıllıqlar ilə çəkili fəzalarda yaxınlaşması nəzə­riyyəsini qurmuş, analitik funksiyalar fəzalarında xətti k-müsbət operator anlayışı ver­miş və bu operatorların müxtəlif oblastlarda analitik funksiya­la­rın yaxınlaşma­sında mühüm rolunu göstərmişdir. O, çoxölçülü sinqulyar in­teqralların simvol­larının hamarlıq nəzəriyyəsini yaratmış, onun Furye mul­tiplikatorları nəzəriy­yə­sində tətbiqini öyrənmiş, çoxdəyişənli tam funksiya­ların indikator diaqram­ları vasitəsilə Bernşteyn tipli bərabərsizlikləri isbat etmişdir. Harmonik anali­zin mühüm operatorları sayılan Riss və Bessel po­tensiallarının kritik nöqtələr­də approksimativ xassələrini tədqiq etmişdir. Onlar üçün ikiçəkili bərabərsiz­liklər isbat etmişdir.

A.Hacıyev 100 dən çox elmi əsərin və 4 monoqrafiyanın müəllifidir. Rəh­bər­liyi altında riyaziyyat üzrə 27 fəlsəfə və 1 elmlər doktoru hazırlan­mışdır.

“Rəşadətli əməyə görə” medalı (1981), “Əmək veteranı” medalı (1987), “Şöhrət” ordeni (2004) ilə təltif olunmuşdur. 2005-ci ildə Əməkdar elm xa­dimi, 2006-cı ildə Universal peace Federation and İnterrelations and İnter­national Fede­ration for World peace tərəfindən Ambassador for peace (sülh səfiri) adı verilmişdir.

Akademik Akif Hacıyev 2015-ci ildə Bakıda vəfat etmişdir. 

(1938-2015)