Genofond və Biomüxtəliflik şöbəsi

Tel. (051) 511 85 01  
Faks  
Elektron poçtu q.musa@mail.ru 

 

Struktur bölmənin rəhbəri Qəzənfər Musa oğlu Əliyev
biologiya üzrə fəlsəfə doktoru  
İşçilərin ümumi sayı 21 
Əsas fəaliyyət istiqamətləri   · Mədəni və yabanı meyvə, dərman və dekorativ bitkilərdən ibarət təcrübə sahəsində müntəzəm olaraq calaqaltı materialın yetişdirilməsi. · Regionun rayonlarına ekspedisiyaların təşkili, xalq seleksiyasına aid meyvə bitkiləri nümunələrinin aşkarlanması, məlumatların əldə edilməsi və təcrübə sahəsində məskunlaşdırılması. 
 · Genofond bağına köçürülmüş nümunələrə aqrotexniki qulluq göstərilməsi, vegetasiya müddəti ərzində fenoloji müşahidələrin aparılması. 
    Əldə edilmiş xalq seleksiyası nümunələrinin hər birinə aid məlumatları özündə əks etdirən kartoteka tərtib etmək, nümunələri pasportlaşdırmaq. 
 · Mədəni bitkilərin və onların yabanı əcdadlarının təbii biosenozlarda mühafizəsi, saxlanması və elmi – tədqiqata cəlb edilməsi. 
 · Nadir və nəsli kəsilməkdə olan bitki növləri və sortlarının səmərəli istifadəsi, onların genetik ehtiyatlarının bərpası və istifadəsinə dair tədbirlər görmək. 
· Yerli, ənənəvi aqroekosistemlərin bərpası məqsədilə tinglik təsərrüfatı təşkil etmək və tinglər yetişdirmək. 
· Meyvə bağlarının məhsuldarlığının intensivləşdirilməsi məqsədilə elmi – praktiki tədbirlər yerinə yetirmək. 
· Azərbaycanın Şimal – qərb bölgəsində yayılmış yabanı dərman bitkilərinin aşkarlanması, onların bio – ekoloji xüsusiyyətlərinin öyrənilməsi. 

 

Əsas elmi nəticələri Hazırda Şəki Regional Elmi Mərkəzin 6 ha – lıq Genofond bağında xalq seleksiyasına aid tumlu və çəyirdəkli təsərrüfat əhəmiyyətli meyvə bitkiləri sortları 113 ədəd alma, 125 ədəd armud, 205 ədəd heyva, 47 ədəd Qafqaz xurması, 70 ədəd yemişan, 15 ədəd göyəm, 6 ədəd Şərq xurması, 7 ədəd əzgil, 20 ədəd itburnu, 7 ədəd zoğal, 3 ədəd gilas, 5 ədəd nar, 3 ədəd ağ tut, 1 ədəd xar tut, 5 ədəd zirinc, qərzəkli bitkilərdən 18 ədəd qoz, 1 ədəd şabalıd bitkiləri məskunlaşdırılmışdır. 
Regional Elmi Mərkəzin həyətyanı sahəsində 0,6 ha ərazidə calaqaltı materialların müntəzəm olaraq hazırlanması məqsədilə alma, armud, zoğal, alça, qarağat, yemişan, əncir, əzgil, tut, şam bitkilərdən ibarət təcrübə sahəsi də mövcuddur. 
Əlavə olaraq Baş Şabalıd kəndi ətrafında mövcud olan 19,700 kv.metr sahəsi olan ekzotik, nadir və itməkdə olan relikt və endemik bitki və ağac sortları ilə zəngin bir ərazidə mühafizə və bərpa işləri yerinə yetirilir. 
Elmi – tədqiqat işlərinin nəticəsi olaraq əməkdaşlar tərəfindən respublikada nəşr edilən elmi jurnallarda 21 elmi məqalə, bir elmi – kütləvi kitabça nəşr edilmiş, 10 dərman bitkisinə dair bitkinin biologiyası, ekologiyası, kimyəvi tərkibi, becərilmə üsulları, yığılma qaydası,müalicəvi xassələri və istifadə üsullarına dair məlumatları özündə əks etdirən reklam prospektləri işlənib hazırlanmışdır.