Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Günel Bağırova-Hüseynova
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

Azərbaycan dövlətçiliyi və Heydər Əliyev irsinin kitabxana fondlarında komplektləşdirilməsi Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, dövlətçilik tarixi, Azərbaycanın keçmişi və bu günü haqqında məlumat əldə etməyə imkan verir.

Uzun illər fəaliyyət göstərən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi – Azərbaycan dövlətçiliyinə dair ədəbiyyatın komplektləşdirilməsi, mühafizəsinin və istifadəsinin təşkili, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili, Azərbaycan dövlətçiliyi və Heydər Əliyev şəxsiyyəti ilə bağlı elmi-tədqiqat işlərinin informasiya təminatını təşkil edir, mövzu və şəxsi biblioqrafik göstəricilərin, çap kataloqlarının hazırlanması, elmi-kütləvi tədbirlərin təşkili və keçirilməsi fəaliyyətini nəzərdə tutur.

Son illərdə şöbənin təşkil etdiyi və uğurla həyata keçirdiyi ən mühüm layihələrdən biri – görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə dəstək məqsədilə təşkil etdiyi silsilə xarakterli Heydər Əliyev lektoriyalarının keçirilməsidir.

Qeyd etmək lazımdır ki, respublika kitabxanalarında – bu ilkə məhz Mərkəzi Elmi Kitabxana imza atıb. Şöbə AMEA-nın Rəyasət Heyəti, AMEA-nın bir sıra Elmi Tədqiqat İnstitutları, həmçinin şöbənin müvafiq profilinə uyğun digər istifadəçilərin də əyani və şifahi sorğularının cavablandırılması istiqamətində informasiya təminatını yüksək səviyyədə həyata keçirir.

Ümumiyyətlə, Azərbaycan dövlətçiliyi və Heydər Əliyev irsinə dair nəşrlərin kitabxana fondlarında toplanması, kitabxana fondlarının zənginləşdirilməsinə deyil, eyni zamanda Azərbaycanın dövlətçilik tarixinin və Heydər Əliyev irsinin gələcək nəsillərin istifadəsinə verilməsi üçün qorunub saxlanılmasına xidmət edir.