Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

Reproqrafiya şöbəsi
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Sərdar Cabarov
İşçilərin ümumi sayı 12
Əsas fəaliyyət istiqamətləri 

2020-ci ildən fəaliyyətə başlayıb. Reproqrafiya şöbəsi Mərkəzi Elmi Kitabxananın fondlarında qorunub saxlanılan Azərbaycanın bədii, elmi, fəlsəfi kitablarını, o cümlədən klassik ədəbiyyat nümunələrini, müəlliflər tərəfindən verilən kitab nüsxələrini, qəzet, jurnal məqalələrini müxtəlif tipli skan aparatları vasitəsilə elektron formata salıb, daha sonra xüsusi proqram vasitəsilə konvertasiya edib, PDF formatda elektron bazaya daxil edib oxucuların istifadəsinə verilməsi işini görür.

Reproqrafiya şöbəsi universitetlər, akademik tədqiqat institutları və s. elm qurumlarında mövcud olan fiziki və elektron elmi materialların bir bazada cəmləşməsini və istifadəyə verilməsini təmin edir.

Azərbaycan Respublikasının əlamətdar günlərinə həsr olunmuş görkəmli şəxsiyyətlərin, klassiklərin yubileyləri münasibətilə onların həyat və yaradıcılığını əks etdirən məlumatların hazırlayır və virtual sərgiyə təqdim edir.