Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Struktur bölmələri

Bitki sistematikası şöbəsi
Tel. (+994 50)  5710353
Faks  
Elektron poçtu

namiq-araz@mail.ru

Struktur bölmənin rəhbəri Abbasov Namiq Kamal oğlu
İşçilərin ümumi sayı 10 
Əsas fəaliyyət istiqamətləri  Naxçıvan Muxtar Respublikasının bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları üzrə elmi tədqiqat işləri aparılması. 
Əsas elmi nəticələri

Naxçıvan Muxtar Respublikasının florası və bitki örtüyünün sistematik, bioekoloji, fitosenoloji, bitki eytiyatları, qorunma istiqamətlərində tədqiqatlar aparılmış, səmərəli və davamlı istifadə olunmasına dair təklif və tövsiyələr verilmişdir. Bitki örtüyünün formasiya və assosiasiya səviyyəsində təsnifatı verilmiş, Qаfqаz, Azərbaycan və Nахçıvаn Muxtar Respublikası flоrаlаrı üçün yeni sistematik vahidlər (7 fəsilə, 15 cins, 21 növ) müəyyən edilmiş, fitosenozlar təsvir edilmişdir.

Аrаzbоyu düzənliklərin flora biomüxtəlifliyinin müasir vəziyyəti öyrənilmiş və taksonomik spеktri hаzırlаnmışdır. Аrаzbоyu düzənliklərdə 119 fəsilə, 585 cinsə aid 1281 bitki növün formalaşdığı müəyyən edilmiş, Cənubi Qаfqаz, Azərbaycan və Nахçıvаn Muxtar Respublika flоrаlаrı üçün: 3 fəsilə 13 cins, 18 növ yeniaşkar olunmuşdur. Arazboyu düzənliklərin bioloji resurslarının ekoprotektiv əhəmiyyəti öyrənilmiş, prioritet sayılan bitkilərin ehtiyatı hesablanmışdır.

Naxçıvan Muxtar Respublikasında yayılan bəzi geofit bitkilərin bioekoloji xüsusiyyətləri, bitkilik tipində rolu, yüksəklik qurşaqlarına görə yayılması, nadir və faydalı xüsusiyyətləri öyrənilmiş, taksonomik tərkibi müəyyənləşdirilmişdir. Zanbaqkimilərə aid 34 növ, 3 variasiya, Süsənkimilərə aid 23 növ, 10 variasiya müəyyən edilmiş, 5 növ və 1 variasiya muxtar respublika üçün ilk dəfə verilmişdir. 13 formasiya, 26 assosasiyanın təsnifatı verilmiş və 21 növün yeni yayılma arealı göstərilmiş, 14 növ introduksiya edilmişdir.

Naxçıvan Muxtar Respublikasının yay otlaqları üçün Paxlalıkimilər fəsiləsinin 23 cinsdə cəmlənmiş 105 növü müəyyən edilmişdir. Paxlalı yem bitkilərinin indiyədək yay otlaqlarında yayılması göstərilməyən 10 növünün yeni yayılma sahələri aşkar edlmiş, onların yay otlaqları üçün yeni bitki fitosenozları təsvir 

olunmuşdur. Yay otlaqlarının subalp çəmən və alp çəmənlərində, alp xalılarında bitkiliyin müasir fitosenoloji təsnifatı verilmiş, 5 tip,

5 yarımtip, 27 formasiya sinfi, 64 formasiya və 86 assosiasiya müəyyən edilmişdir. 7 formasiya və 11 assosiasiya isə Naxçıvan Muxtar Respublika bitkiliyi üçün yeni göstərilmişdir.

Naxçıvan Muxtar Respublikasının bəzi sututarlarında göy-yaşıl yosunların 2 sinif, 3 yarımsinif, 4 sıra, 11 fəsilə, 6 yarımfəsilə və 18 cinsə daxil olan 61 növ, 65 növdaxili taksondan ibarət olduğu aşkar edilmişdir. 41 növ, 46 növdaxili takson göy-yaşıl yosun muxtar respublikanın, 16 növ isə Azərbaycan alqoflorası üçün ilk dəfə qeyd edilmişdir. 66 növ, 67 növdaxili takson yaşıl yosun Naxçıvan Muxtar Respublikanın, 42 növ və növdaxili takson isə Azərbaycan alqoflorası üçün ilk dəfə qeyd edilmişdir.

Naxçıvan Muxtar Respublikanın Şahbuz rayonundan 2 sinif, 7 sıra, 25 fəsilə, 57 cinsə aid olan 96 növ papaqlı göbələk müəyyənləşdirilmişdir ki, onlardan da 16 fəsilə, 45 cins və 87 növ Naxçıvan mikobiotası üçün, 4 cins 18 növ isə Azərbaycan mikobiotası ilk dəfə olaraq verilir. Muxtar Respublikada 2 sinif, 7 sıra, 26 fəsilə, 60 cinsə aid olan 98 papaqlı göbələk növü yayılmışdır. Müəyyən olunmuşdur ki, ərazidə papaqlı göbələklərin 46 yeməli, 30 yeməli olmayan və 6 zəhərli növü vardır.