İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi

Ünvan AZ1073, Bakı ş., Hüseyn Cavid prospekti, 115
Tel. (+994 12) 5103516
Faks (+994 12) 4975381 
Elektron poçtu pr@science.az 
İdarənin rəhbəri Zülfüqar İslam oğlu Fərzəliyev
Xidməti tel.: (+994 12) 5103516
Mob. tel.: (+994 50) 2140234
E-poçt: azerimad@rambler.ru
İdarə rəhbərinin müavini Ülviyyə Hüseynbala qızı Rzayeva
Xidməti tel.: (+994 12) 5392472
Mob. tel.: (+994 50) 5644047
E-poçt: ulviyya_rza@science.az,
              ulviyya2010@gmail.com 
İdarənin şöbələri

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Elektron informasiya şöbəsi 

Mətbuat orqanları şöbəsi 

ElmTV” İnternet-televiziyası şöbəsi

Elmi nailiyyətlərin təbliği şöbəsi

İdarənin  fəaliyyət istiqamətləri • Akademiyanın vahid informasiya siyasətini həyata keçirmək;

• AMEA-nın fəaliyyətini Azərbaycan və dünya elmi ictimaiyyətinə çatdırmaq;

• Akademiyada aparılan islahatlar, elmi tədqiqatlar, əldə olunan nailiyyətlər, keçirilən müxtəlif səpkili tədbirlər və s. haqqında məlumatların ictimaiyyətə və KİV-ə operativ və sistemli şəkildə ötürülməsini təmin etmək;

• Elmin kütləvi təbliği və populyarlaşdırılmasını təşkil etmək;

• AMEA-nın institut və təşkilatlarının alim və mütəxəssislərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaratmaq;

• Gənc nəslin elmə marağını artırmaq məqsədilə məktəbəqədər, orta və ali təhsil müəssisələrində olimpiada, müsabiqə və təşviqat xarakterli tədbirlərin təşkilində iştirak etmək;

• Dövlət və qeyri-dövlət qurumlarının informasiya siyasətini həyata keçirən struktur vahidləri ilə qarşılıqlı əməkdaşlıq etmək;

• AMEA-nın müvafiq struktur vahidləri ilə birgə akademiya prezidentinin və digər rəhbər vəzifəli şəxslərinin mətbuat konfranslarını və brifinqlərini təşkil etmək;

• AMEA-nın elmi müəssisə və təşkilatlarının KİV ilə əlaqələrinin qurulmasını təmin etmək;

• AMEA-nın elmi fəaliyyətinin KİV-də kütləvi təbliği məqsədilə media nümayəndələri üçün mətbuat konfransları, “dəyirmi masa”lar, görüşlər, müsahibələr və s. təşkil etmək;

• AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr üzrə struktur bölmələr və məsul şəxslərlə əməkdaşlıq etmək, bu sahədə onların işini əlaqələndirmək, tövsiyə və təlimatlar vermək;

• AMEA-nın elmi müəssisə və təşkilatlarının elektron infromasiya resurslarının monitorinqini aparmaq;

• AMEA-nın fəaliyyəti ilə bağlı elmi-populyar üslubda məqalələr, o cümlədən reportajlar, videoçarxlar hazırlamaq, sənədli filmlərin çəkilişi və bu materialların yayılmasını təşkil etmək;

• Elmin populyarlaşdırılması və kütləvi təbliği məqsədilə reklam və PR-kampaniyalar təşkil etmək;

• İdarənin mətbu orqanlarının redaksiyalarının tematik planlarını hazırlamaq və həyata keçirmək;

• KİV-dən daxil olmuş informasiya sorğuları, məktublar və s. cavablandırılmasını təmin etmək;

• Cəmiyyətdə elmin nüfuzunu, kütləvi təbliğinin səmərəliliyini artırmaq üçün təkliflər hazırlamaq, bu işdə yaxından iştirak etmək.