Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

 

Veb-sayt

www.kqkiamea.az

 
Ünvan AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 113
Tel. (+994 12) 5399382

(+994 12) 5393871

(+994 12) 5397756

Faks (+994 12) 5108593
Elektron poçtu

kqki@kqki.science.azchem@science.az

Direktor Akademik Dilqəm Bəbir oğlu Tağıyev

Xidməti tel.: (+994 12) 4921556; (+994 12) 4927581; (+994 12) 5399382

Faks: (+994 12) 4921556 

E-poçt: director@kqki.science.az

Direktor müavinləri AMEA-nın müxbir üzvü Məhəmməd Baba oğlu Babanlı

Xidməti tel.: (+994 12) 5387756 

Mobil tel.: (+994 51) 8378621 

E-poçt: deputy_directors@kqki.science.az

Elmi katib Mina Kərim qızı Munşiyeva

Kimya üzrə elmlər doktoru

Xidməti tel.: (+994 12) 5108591

Mobil tel.: (+994 50 ) 5784587 

E-poçt: scientific_secretary@kqki.science.az

Yaranma tarixi  Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun tarixi  sələfi olan Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının nəzdində yaradılmışdır. 1965-ci ildə Kimya İnstitutunun adı dəyişdirilərək Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutu adlandırılmış və elə həmin ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən «Nəzəri problemlər şöbəsi» əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Prob¬lemləri İnstitutu təşkil olunmuşdur. 2002-ci ildə bu iki İnstitut birləşdirilərək onların bazasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan  MEA akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutu yaradılmışdır. Azər-baycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarına əsasən İnstitutun adı yenidən dəyişdirilmiş və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu adlandırılmışdır.
Əsas fəaliyyət istiqamətləri - katalizin fundamental əsaslarının inkişaf etdirilməsi;

- karbohidrogenlərin çevrilməsi, qaz kimyası və ətraf mühitin qorunması üçün səmərəli katalizatorların və adsorbentlərin işlənib hazırlanması;

- kimyəvi proseslərin kinetika və mexanizminin öyrənilməsi, modelləşdiril- məsi və optimallaşdırılması;

-müxtəlif təyinatlı funksional materialla¬rın, nanokompozitlərin, molekulyar maqnetiklərin və keçiricilərin sintezi;

-yerli mineral xammalın emalı və praktiki əhəmiyyətli qeyri-üzvi birləşmələrin alın-ması üçün səmərəli proseslərin yaradılması.

Əsas elmi nəticələr Azərbaycanın mineral xammalının (poli-metal filizlər, gillər, seolitlər və s.) kompleks emalının texnoloji sxemi işlənib hazırlanmışdır;

Müəyyən xassələrə malik (foto-, termo-elektrik, maqnit və tibbi-bioloji) yeni qeyri-üzvi birləşmələr və bərk məhlullar sintez edilmişdir;

Alifatik spirtlərin aldehidlərə, turşulara və mürəkkəb efirlərə birbaşa oksidləşdirici çevrilmə reaksiyaları üçün yüksək aktivliyə və selektivliyə malik seolit katalizatorlarının hazırlanmasının elmi əsasları yaradılmışdır.

Koherent-sinxronlaşdırılmış reaksiyalar nəzəriyyəsi yaradılmış və mürəkkəb reaksiyaların yeni kinetik təhlil üsulu təklif edilmişdir.

Katalaza və peroksidaza fermentlərinin əsas xarakterik funksiyalarını imitasiya edə bilən immobilizə olunmuş dəmirporfirin tərkibli biomimetik katalizatorlar əsasında biomimetik sensorlar işlənib hazırlanmışdır.

Metal yarımkeçirici örtüklərin və təbəqələrin elektrokimyəvi alınma üsulları işlənib hazırlanmış, müxtəlif səthlər üçün mühafizə vasitələri yaradılmışdır;

Kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsipləri işlənib hazırlanmışdır;

Xelat əmələ gətirən liqandlarla keçid metalların stabil nitroksil radikal tərkibli kompleksləri sintez edilmiş, onların molekulyar və kristallik quruluşu öyrənilmişdir.

“Koherent-sinxronlaşdirilmiş oksidləşmə reaksiyalari” şöbəsi

Problem

Katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsorbentlərin yaradılması.

Mühüm nəticə

İlk dəfə olaraq əsas işçi elementi dəmirporfirin biomimetik katalizatoru olan yarımkeçirici (Si) tərkibli katalaz tipli biomimetik elektrod hazırlanmışdır. Elektrodun yüksək aktivliyi və həssaslığı H202-in məhlulda 10-6 küt.%-ə qədər qatılığını təyin etməyə imkan verir və H2O2-in təsirinə qarşı davamlı olub təkrar istifadə üçün yararlıdır.

Oksidləşdirici heterogen kataliz” şöbəsi

Problem

Katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsorbentlərin yaradılması.

Mühüm nəticə

Krekinq və piroliz qazlarının emalı kompleksinin optimal layihələşdirilməsi misalında kimya-texnoloji sistemlərin modelləşdirilməsi və optimal layihələşdirilməsinin yeni metodu (optimal uzlaşdırılmış material və istilik axınlarının təyini) işlənib hazırlanmışdır.

“Nano- və elektrokataliz” şöbəsi

Problem

Katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsorbentlərin yaradılması

Mühüm nəticə

Doksorubisin antibiotikinin uzun müddətli bioloji aktivliyini saxlamaq məqsədilə onun immobilizasiyası üçün daşıyıcının tərkibində 14-18 nm ölçülü gümüş nanohissəcikləri olan poli-N-vinilpirrolidon və qummiarabik əsaslı nanobiokompozitlər sintez olunmuşdur.

“Qeyri-üzvi funksional materiallar” şöbəsi

Problem

Mineral və bərpa olunan xammal emalının fiziki-kimyəvi əsasları və yeni qeyri-üzvi funksional materialların sintezi.

Mühüm nəticə

ШХ15 poladı üzərində qarışıq Cr-Ti karbidləri formalaşdırılmış örtüyə molibdenin daxil edilməsi ilə poladın korroziyaya və eroziyaya dayanıqlığı əsaslı şəkildə yüksəldilmiş və onun pittinq əmələgətirmə potensialı 200 mV müsbət tərəfə sürüşdürülmüşdür. Termodiffuziya üsulu ilə işlənmiş bu tip poladlar sənayenin bir çox sahələrində, o cümlədən hərbi sənayedə də istifadə oluna bilər.

“Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyasi“ şöbəsi

Problem

Kimyəvi proseslərin texnologiyası və modelləşdirilməsi.

Mühüm nəticə

Pirokondensatın yüngül qətranından ilk dəfə olaraq yeni texnologiya ilə alkilləşmə prosesində xammal kimi istifadə edilə bilən, təmizliyi 98,5% olan benzolun alınma prosesi təklif olunur. Üsul texnoloji cəhətdən sadəliyi, hidrodealkilləşmə mərhələsini istisna etməyi, az enerji və metal tutumluğu, iqtisadi cəhətdən əlverişli olması ilə fərqlənir.

İşçilərinin ümumi sayı Ümumi işçilərin  sayı -495

elmi işçi-300,  o cümlədən 4 akademik, 5 müxbir üzv, 37 elmlər doktoru, 149 (kimya və texnika üzrə) fəlsəfə doktoru çalışır. 

Struktur bölmələri  

Elmi şura

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri

 

Tağıyev Dilqəm, direktor, akademik

Babanlı Məhəmməd, dir.müavini, müxbir üzv

Munşiyeva Mina, elmi katib, k.ü.e.d.

Ağadadaş Əliyev, akademik

Tofik Nağıyev, akademik

Arif Əfəndi, k.ü.e.d., prof.

Arif Heydərov, k.ü.e.d., prof.

Akif Əliyev, k.ü.e.d., b.e.i.

Asif Məmmədov, k.ü.e.d., prof.

Elza Salahova, k.ü.e.d., b.e.i.

Eldar Zeynalov, k.ü.e.d., prof.

Esmira Quluzadə, k.ü.f.d., b.e.i.

Əli Nuriyev, müxbir üzv, k.ü.e.d., prof.

Əli Yaqubov, k.ü.e.d., b.e.i.

Əjdər Məcidov, müxbir üzv,k.ü.e.d., prof.

Fikrət Sadıxov, t.ü.e.d., prof.

Faiq Məmmədov, k.ü.f.d., dos.

Gülməmməd Süleymanov, k.ü.e.d., prof.

İxtiyar Bəxtiyarlı, k.ü.e.d., prof.

İltifat Lətifov, k.ü.e.d.

İmir Əliyev, k.ü.e.d., prof.

Qüdrət Kəlbəliyev, müxbir üzv, t.ü.e.d., prof.

Mübariz Əhmədov, müxbir üzv, t.ü.e.d., prof.

Mirsəlim Əsədov, k.ü.e.d., prof.

Nəhməd Əli-zadə, k.ü.e.d., dos.

Nizami Zeynalov, k.ü.e.d., b.e.i.

Rəna Mirzəyeva, t.ü.f.d., b.e.i.

Sevinc Məmmədova

Sərdar Zeynalov, k.ü.e.d., prof.

Vaqif Əhmədov, k.ü.e.d., prof.

Vaqif Qasımov, k.ü.f.d., b.e.i.

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri

 

k.ü.f.d., a.e.i , dosent Faiq Məmmədov

k.e.i Ülvi Nəcəf-Quliyev

k.ü.f.d, a.e.i Ülviyyə Məmmədova

k.e.i. Səriyyə Ağaməmmədova

k.e.i. Zaur Abdulayev

k.ü.f.d, b.e.i Ülvi Məmmədov

e.i. Sevinc Osmanova

k.e.i. Vüsal Əhmədov

e.i. Nuranə Məlikova

k.ü.f.d, b.e.i Şamo Tapdıqov

k.ü.f.d, b.e.i Nuranə Abbasova

k.e.i. Elmir Babayev

k.e.i. Elvin Cabarov

k.e.i. Gülşən Nəhmətova        

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

 

akademik Tağıyev Dilqəm Bəbir oğlu

AMEA-nın müxbir üzvü Babanlı Məhəmməd Baba oğlu

k.f.d. Əliyeva Sevər Ələkbər qızı

k.e.d. Abbasov Səfa İslam oğlu

k.e.d. Ağahüseynova Minirə Məmmədəli qızı

k.e.d. Bəxtiyarlı İxtiyar Bəhrəm oğlu

akademik Əliyev Ağadadaş Mahmud oğlu

AMEA-nın müxbir üzvü Əhmədov Mübariz Məcid oğlu

k.e.d. Əhmədov Vaqif  Məlik oğlu

k.e.d. Əfəndi Arif Cavanşir oğlu

t.e.d. Həsənov Qəhrəman Söyün oğlu

k.e.d. İsmayılov Etibar Hümmət oğlu

AMEA-nın müxbir üzvü Kəlbəliyev Qüdrət İsfəndiyar

AMEA-nın müxbir üzvü Məcidov Əjdər Əkbər oğlu

t.e.d. Məmmədov Eldar Musa oğlu

AMEA-nın müxbir üzvü Nuriyev Əli Nəcəfqulu oğlu

k.e.d. Süleymanov Gülməmməd Ziyəddin oğlu

t.e.d. Sadıqov Fikrət  Məmməd oğlu

k.e.d. Sadıqov Fuad Mikayıl oğlu

t.e.d. Yusubov Fəxrəddin Vəli oğlu

k.e.d. Zeynalov Nizami Allahverdi oğlu

akademik Nağıyev Tofiq Murtuza oğlu

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

k.e.d., prof. Arif Əfəndi

k.e.d Elza Salahova

k.e.d. Dilbər Əjdərova

k.e.n., a.e.i Vaqif Qasımov

k.e.n., a.e.i. Aygün Rüstəmova

Könül Salmanova

İctimaiyyətlə əlaqələrə məsul şəxs Əsgərova Günel Məharət qızı
Elmlər doktorları 
Fəlsəfə doktorları