Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Genomun quruluşu və ekspressiyası laboratoriyası

Genomun quruluşu və ekspressiyası laboratoriyası
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Ələmdar Çərkəz oğlu Məmmədov 
biologiya üzrə fəlsəfə doktoru, dosent
İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  Buğda genotiplərinin duzadavamlılıq potensialının molekulyar markerlərlə qiymətləndirilməsi; İNRA  Elmi Mərkəzi (Fransa) ilə birgə meyv-tərəvəz bitkilərini yoluxduran  ̕̕̕̕´Candidadus Phytoplasma solani̕  növünün STOLBUR-2 izolyatının genomunun sekvensi. Duz stresi şəraitində bərk buğda genotiplərində şəkərlərin, fenollu birləşmələrin, hidrogen peroksid və malon dialdehidin müqayisəli tədqiqi. Stresin təsirindən bitki genomunda yaranan tsiklobutan pirimidin dimerin və 6-4 fotoməhsulun (6-4PP) immunofermet metodu ilə təyini. 
Əsas elmi nəticələri Bitkilərdən xloroplast DNT ayrılmasının modifikasiya edilmiş, yeni effektiv metodu hazırlanıb. Cicer arietinum bitkisinin xl. DNT genom kitabxanası yaradılıb, psbA geni kitabxanada Sauzern blot vasitəsilə lokalizə olunub. Cicer arietinum, Pisum sativum və Glycine max. bitkilərinin xl.DNT-nin restriksiya fraqmentləri əsasında növlərarası polimorfizm müəyyən edilib. Cicer arietinum genom kitabxanasından pCA2 və pCA4 klonları qismən sekvens olunmuş (2032 c.n.), nukleotid və aminturşu ardıcıllıqları birləpəli və ikiləpəli bitkilərin xloroplast genomunun nukleotid ardıcıllıqları ilə müqayisə nəticəsində tRNTAsn və psaI genin tam, petA, cemA, 4.5Srrn və accD genlərinin qismən sekvens olunduğu müəyyənləşdirilmişdir. pBR322 plazmidi əsasında konstruksiya olunmuş aralıq pAZ1n2 və pAZ2n2 vektorlar vasitəsilə Km-kanamisinə davamlıq geni tütün bitkisinə transfer olunaraq Km-davamlı transgen tütün bitkisi alınmışdır. Halofil D.salina yaşıl yosun 0.5M -3.5M NaCl qatılığında kultivasiyası zamanı hüceyrədə zülalın ümumi miqdarı xeyli artır, molekulyar kütləsi 95.5, 85, 28, 23.5 kDa olan zülalların miqdarı azalır, molekulyar kütləsi 150, 89, 77.5, 63, 40, 34.5, 29.5, 24 kDa zülallar daha aktiv sintez olunur və duzla induksiya olunan 63 kDa zülal ayrılıb və onun karboanhidraza aktivliyi olması, karboanhidraza fermentinin həllolan və membranla birləşmiş formalarının iştirakı göstərilmişdir. Yabanı buğda otları (Triticeae tribes) Thinopyrum bessarabicum (Eb), Thinopyrum ponticum (Ee) və Secale montanum (R) genomlar üçün bir neçə CAPS (amplifikasiya olunmuş polimorfik ardıcıllıqların kəsilməsi) markerlər işlənib hazırlanmışdır ki, bu üç genomun təkamülünü aydınlaşdırmağa imkan verir. Eb genoma malik Thinopyrum bessarabicum yabanı buğdayotu növünün 3Eb və 6Eb xromosomları üçün spesifik yeni RAPD praymerlər seçilmişdir. 3Eb xromosomu üçün OPAY05270, OPAZ04950 və OPAZ041000 və 6Eb xromosomu üçün isə OPAY05420 və OPAZ111200 RAPD markerlər aşkar olunmuşdur. Duz stresinin buğda genotiplərinin məhsuldarlığına və məhsulun struktur elementlərinə mənfi təsiri, məhsulun nisbi azalması yumşaq buğda genotipləri Qiymətli2/17-35%, Nurlu-99-37%, Əzəmətli-95-39%, bərk buğda genotipləri Qaraqılçıq 2-57% və Bərəkətli-95- 33% müəyyən olunmuşdur. Duzadavamlılıqla ilişikli olan müxtəlif molekulyar markerlərlə (RAPD,SSR) Genbankda toplanmış bərk və yumşaq buğda genotiplərinin genetik potensialının qiymətləndirilməsi aparılır.