Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Bioinformatika laboratoriyası

Bioinformatika laboratoriyası
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri İlham Əyyub oğlu Şahmuradov 
AMEA-nın müxbir üzvü 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Eukariot və prokariot genlərinin ekspressiyasının tənzimlənmə mexanizmlərinin araşdırlması üzrə bioinformatik analiz vasitələrinin - məlumat bazaları və metodların yaradılması.

Eukariot genomlarının təşkili, ekspressiyası və təkamülünün xüsusiyyətlərinin tədqiqi.

Müxtəlif ali bitkilətdə plastid və mitoxondridən nüvəyə DNT (gen) transferi fenomeninin tədqiqi.

Əsas elmi nəticələri Birləşmiş Krallığın London Universitetinin Royal Hollovey kollecinin, Səudiyə Ərəbistanının Kral Abdulla adına İnformasiya və Texnologiya Universitetinin, ABŞ-ın Softberry bioinformatika şirkətinin və Pakistanın COMSATS İnformasiya Texnologiyası İnstitutunun əməkdaşları ilə birgə bir sıra bioinformatik analiz vasitələri yaradılmışdır: bitkilərin RNT polimeraza II (Pol II) promotorları üzrə PlantProm verilənlər bazası, bitkilərin Pol II promotorlarının axtarışı üzrə TSSP-TCM və TSSPlant kompyuter proqramları, eukariotların ortoloji gen cütlərində Pol II promotorlarının axtarışı üzrə PromH və PromHP kompyuter proqramları, Escherichia coli bakteriyasında və sianobakteriyalarda müxtəlif sigma siniflərinə mənsub promotrlarının axtarışı üzrə bTSSfinder kompyuter proqramları. Bir sıra ali bitkilərin nüvə genomlarında plastid və mitoxondri mənşəli çoxsaylı DNT ardıcıllıqları aşkar edilmiş və onların mümkün funksional və təkamül rolu aydınlaşdırılmışdır. Kəsəkotu (Arabidopsis thaliana) və düyü (Oryza sativa, japonica) bitkilərinin nüvə genomlarında transkripsiya ilə induksiya oluna bilən gen lokusları – potensial ximer genlər aşkar edilmişdir. TSSPlant kompyuter proqramının vasitəsi ilə bir sıra ali bitkilərin nüvə genomlarının, həmçinin və həmin xəritələrin analizi əsasında belə bir fərziyyə irəli sürülmüşdür ki, həm ali bitkilərdə, həm də bakteriyalarda eyni bir DNT nahiyəsinin alternativ promotorlardan transkripsiya olunması geniş yayılmış bir fenomendir.