Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  9 saylı şöbə

9 saylı şöbə
Tel. (+994 12) 5398719,

(+994 12) 5399016

Faks  
Elektron poçtu depart9@iit.science.az,

tofig@iit.science.az

Struktur bölmənin rəhbəri Kazımov Tofiq Həsənağa oğlu

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri 

1. Biometrik texnologiyaların elmi-nəzəri problemlərinin tədqiq edilməsi;

2. Proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması;

3. İnformasiya təhlükəsizliyinin təmin olunması.

Əsas elmi nəticələri

• Fotoportretlər əsasında insan sifətinin tanınması metodları və identifikasiya sistemləri üzrə mövcud problemlər araşdırılmış, onların müqayisəli təhlili aparılmışdır. İnsan sifətində olan antropometrik nöqtələr seçilmiş və onların əsasında yeni həndəsi xarakteristikalar sistemi təklif edilmişdir;

• Həndəsi xarakteristikaların inam intervallarını müxtəlif üsullarla müəyyən olunması üçün alqoritmlər işlənmiş və onların müqayisəsi aparılmışdır;

• Həndəsi xarakteristikaların əhəmiyyətlilik dərəcəsini göstərən əmsalın hesablanması üçün yeni metod təklif olunmuşdur;

• Təsvirlər əsasında İnsanın irqi-etnik mənsubiyyətini müəyyən etmək üçün metod və alqoritmlər işlənmişdir;

• Proqram təminatının məhsuldarlığının artırılması üçün metod və alqoritmlər işlənilmisdir;

• Proqramlaşdırma dillərinin effektivliyinin qiymətləndirilməsi üçün müəyyən edilmiş kriteriyalar əsasında alqoritm işlənilmişdir;

• İnformasiyanın emalı üçün insanlar, texnologiya və proseslərin qarşılıqlı əlaqəsi araşdırılmışdır. Texnoloji proseslərin növləri və proqram təminatının işlənilməsi prosesinin modelləri təhlil edilmişdir;

• Soft compüting texnologiyaları əsasında proqram təminatının səmərəliliyinin artırılması üçün metod və modellərin işlənilmişdir;

• Soft Computing texnologiyaları əsasında proqram təminatının səmərələliyinin artırılması metodları araşdırılmışdır. Soft Computing-ə aid komponentlər təhlil olunmuş, onların proqram təminatında istifadə edilməsi, üstün cəhətləri və problemləri araşdırılmış və tövsiyələr verilmişdir; • TOPSİS metodundan istifadə etməklə proqram təminatının səmərələliyinin artırılması və idarəolunmasının optimallaşdırılması üçün alqoritm işlənilmişdir;

• Biomimetika texnologiyaları araşdırılmış, onun problemləri öyrənilmiş və tövsiyələr verilmişdir;

• Proqram təminatının optimallaşdırılması üçün qarışqa alqoritmi tətbiq edilmişdir;

• Proqram təminatını işləyən komandanın işinin səmərəliliyinin qiymətləndirilmə metrikası işlənilmişdir. Proqram təminatının etibarlılığının artırılması üçün mövcud soft-compüting metodları təhlil edilmişdir;

• Proqram kodunun mürəkkəbliyinin müəyyən edilməsi üçün metod işlənilir.Proqram təminatının sınaq metodları araşdırılmışdır.İntellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması   metodları işlənilmişdir;

• Verilənlərin sanitarizasiyasının məqsəd və vəzifələri, tətbiq sahələri, perspektivləri, mövcud üsulları, bəzi elmi-nəzəri və aktual problemləri araşdırılmışdır. Bu problemin həlli ilə bağlı müvafiq tövsiyə və təkliflər irəli sürülmüşdür;

• İnternet şəbəkəsində uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ziyanlı informasiyanın qarşısının alınması üçün konseptual model təklif olunmuşdur;

• İnternetdə uşaq və yeniyetmələrin uyğun olmayan şəkillərdən qorunması məqsədilə şəkillərin sanitarizasiyanı həyata keçirən yeni metod işlənmişdir.