Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  İnhibitor xassəli üzvi birləşmələr laboratoriyası

İnhibitor xassəli üzvi birləşmələr laboratoriyası
Tel. (+994 12) 5149651,

(+994 12) 5149612   

Faks (+994 12) 5149612 
Elektron poçtu aki05@mail.ru 
Struktur bölmənin rəhbəri Kazımov Vəli Mustafa oğlu

kimya üzrə fəlsəfə doktoru,dosent

İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri  Doymamış karbonil birləşmələr və asetofenonlar əsasında N, S – saxlayan yeni üzvi birləşmələrin sintezi, onların bioloji aktiv maddə və korroziya inhibitoru kimi tədqiqi.
Əsas elmi nəticələri

Fenolların, bisfenolların, merkaptofenolların, hidroksiasetofenonların və merkaptosirkə turşusunun yeni kükürdlü və azotlu törəmələri sintez edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində metalları korroziyadan mühafizə edən inhibitorlar və biosidlər işlənib hazırlanmış və tətbiqə tövsiyə edilmişdir.

ИК ИПГ – turş mühitdə metalların korroziyasının qarşısını alan inhibitordur. Orta Asiya və Neft daşlarında neft-qaz çıxarma sənayesində tətbiq olunmuşdur.

ИКЛаб-4 – neftqazçıxarmada istifadə olunan məhlulların struktur-mexaniki xassələrini tənzimləyən reagentdir, neftçıxarmada tətbiq üçün tövsiyə olunmuşdur.

АК-3 – su dövriyyəsi olan sistemdə duzçökmənin və bioörtülmənin qarşısını alır, “Nitron” İstehsalat Birliyində (Rusiya, Saratov ş.) sınaqdan keçirilmiş və tətbiq olunmuşdur.

Аминофен – yağlayıcı-soyuducu mayelərin (YSM) biozədələnməsinin qarşısını alır. Eyni zamanda dezinfektant və antiseptik kimi tibbdə, veterinariyada və neft-kimya sənayesində universal biosid kimi tətbiqə tövsiyə olunmuşdur.