Tel. | (+994 12) 4548297 | |
Faks | (+994 12) 4540374 | |
Elektron poçtu | sadigovtofig@mail.ru | |
Struktur bölmənin rəhbəri | Sadıqov Tofiq Müzəffər oğlu Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent |
|
İşçilərin ümumi sayı | 10 | |
Əsas fəaliyyət istiqamətləri |
Laboratoriyanın əsas elmi fəaliyyəti bioloji ehtiyatların artırılması və fitoterapiyanın inkşafına istiqamətlənmişdir.-Ekoloji pressinq şəraitində əhalinin sağlamlığının qorunması üçün Azərbaycanın bitki ehtiyatlarının mobile-zasiyası: Dərman bitkilərinin introduksiyası; Azərbaycan florasından yeni növlərin, bioloji aktiv maddələrin qiymətli introdusentlərin seçimi dərman bitkilərinin xammal bazasının zənginləşmə perspektivlərinin öyrənilməsi; Dərman bitkilərinin morfoloji və biokimyəvi əlamətlərinin növ dəyişkənliyinin tədqiqatı; fitokimyəvi skrininqi, onların kompleks və səmərəli istifadə imkanlarının öyrənilməsi; Xüsusi mənşəli yeni vitamin və müalicəvi-profilaktik məh-sulların alınması və istifadəsi. |
|
Əsas elmi nəticələri |
Ekoloji pressinq şəraitində əhalinin sağlamlığının qorunması üçün Azərbaycan florsasında olan bitki ehtiyatlarının mobilizasiyası. Xüsusi mənşəli vitaminli və müalicəvi-profilaktik məhsulların alınması və istifadəsi istiqamətində mühüm elmi tədqiqat işləri aparılır. Azərbaycanda qədimdən müalicəvi, boyaq və kosmetik vasitələri ilə şöhrət tapmış xına, basma bitkilərinin arealı, botaniki xüsusiyyətləri, aqrotexnikası, sənayedə və xalq təsərrüfatında əhəmiyəti haqqında aparılan tədqiqatlar yekunlaşdırılmış “Azərbaycanda xına, basma bitkilərinin becərilmə texnologiyası və kosmetik tibbi müalicəvi əhəmiyyəti” kitabı dərc edilmişdir. Bakı, “Nurlan”, 2007, 206 səh. |