Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsi

Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsi
Tel. (+994 12) 3238933 
Faks  
Elektron poçtu vagif.haciyev@imm.az
Struktur bölmənin rəhbəri Fizika-riyaziyyat elmləri doktoru, professor Hacıyev Vaqif Camal oglu
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri  Elastik, özlü-elastik və elastik-plastik konstruksiya elementlərinin möhkəmlik, dayanıqlıq və rəqsi hərəkətlərinin tədqiqi.
Əsas elmi nəticələri Başlanğıc gərginlikli elastik plastik konstruksiya elementlərinin dayanıqlıq nəzəriyyəsi qurulmuşdur. Əsas əlaqələr və diferensial tənliklər çıxarılmış və həll metodları qurulmuşdur.

Dartılmaya və sıxılmaya müxtəlif müqavimət göstərən materiallardan hazırlanmış tir, lövhə və qabıqların dayanıqlığı tam öyrənilmişdir.

Elastik-plastik lövhələrin mürəkkəb yükləmədə dayanıqlıq nəzəriyyəsi tədqiq edilmiş və konkret məsələlər həll olunmuşdur.

Qeyri bircins ortotrop lövhə və qabıqların dayanıqlığı və rəqsi hərəkət məsələləri, xarici müqaviməti nəzərə almaqla həll olunmuşdur.

Tirlər ortotrop dairəvi membranlar, açıq və qapalı profilli mütləq çevik olan fırlanma örtüklərinin oxa nəzərən simmetrik böyük (vahid və daha böyük tərtibdə) deformasiyadan sonrakı qalınlığa və orta səthin formasına nəzərən müxtəlif tərs məsələləri tədqiq edilmiş və bunlardan bir çoxlarının parametrik şəkildə analitik həlləri alınmışdır.

Bütöv mühit mexanikası çərçivəsində, özlü-elastik cisim və konstruksiya elementlərinin (çubuq, lövhə, örtük) sərbəst, məcburi, parametrik və avto rəqslər üçün dayanıqlıq flatter, divergensiya həll metodları ümumiləşdirilmişdir.

Plastik materialdan hazırlanmış qabıq və lövhələrin optimallaşdırma məsələləri üçün nəzəriyyə qurulmuş, praktiki əhəmiyyətli məsələlər həll edilmişdir.

Düzbucaqlı prizmalarda və silindrlərdə qeyri-stasionar dalğaların yayılması prosesinin tədqiqi.