Tətbiqi dilçilik şöbəsi

Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri fıl.e.d. İsmayıl Məmmədov 
İşçilərin ümumi sayı 11 
Əsas fəaliyyət istiqamətləri  Şöbədə 1990-cı illərdə izahlı lüğətin birinci nəşrinin sözlüyü əsas götürülməklə yeni 3 cildlik «Azərbaycan dilinin izahlı lüğəti» (1997, 1999, 2000) hazırlanmışdır.
«Rusca-azərbaycanca lüğət», «Ərəb və fars sözləri lüğəti», «Azərbaycan dilinin qısa ixtisarlar lüğəti», «Azərbaycanca-farsca danışıq kitabı», «İzahlı coğrafiya lüğəti», «Azərbaycan şəxs adlarının izahlı lüğəti» və s. əsərlər tətbiqi dilçilik şöbəsinin nailiyyətlərindən sayıla bilər. 
Əsas elmi nəticələri Azərbaycan dilinin çeşidli (izahlı, orfoqrafiya, ikidilli və çoxdilli tərcümə, etimoloji, frazeoloji, orfofonik və s.) lüğətlərinin tərtibi prinsiplərinin və sözlüyünün hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələlərinin araşdırılması, ikidilli və çoxdilli (izahlı) terminoloji lüğətlərin tərtibi şöbənin əsas elmi-tədqiqat istiqamətidir. Bu sahədə mövcud olan kadr potensialının zəifliyinin tezliklə aradan qaldırılması da əsas məqsəd kimi qarşıda durur.