Veb-sayt | www.issa.az |
![]() |
Ünvan | AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Məmməd Rahim küç., 5 | |
Tel. | (+994 12) 5383240 | |
Faks | ||
Elektron poçtu | ||
Direktor | AMEA-nın müxbir üzvi Əlövsət Gülüş oğlu Quliyev
Aqrar elmlər üzrə elmlər doktoru, professor Xidməti tel.: (+994 12) 5383131 Mobil tel.: (+994 50) 2107136 E-poçt: elovset_q@mail.ru |
|
Direktor müavinləri | Elmi işlər üzrə
Qoşqar Məhərrəm oğlu Məmmədov Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xidməti tel.: (+994 12) 5390534 Mobil tel.: (+994 77) 3737225 E-poçt: direktor-m@tai.science.az, Ümumi işlər üzrə Həsənov Afiz İdris oğlu Xidməti tel.: (+994 12) 5389280, 5370710 Mob. tel.: (+994 55) 9197358 E-poçt: uidm@tai.science.az |
|
Elmi katib | Svetlana Mahmud qızı Eyyubova
Aqrar elmlər üzrə fəlsəfə doktoru Tel.: (+994 12) 5370710 Mob. tel.: (+994 50) 7780454 E-poçt: svetlana.m.eyyubova@gmail.com |
|
Yaranma tarixi | Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır. İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər: prof. V.R.Smirnov-Loqinov, akad.S .M.Hüseynov, V.R.Volobuyev, EA-nın müxbir üzvü M.M.Salayev,akademik Q.Ş.Məmmədov. İnstitutda bir neçə elmi məktəb yaradılmışdır: akad. H.Ə.Əliyev - torpaqların coğrafiyası, ekologiyası; V.R.Volobuyev - torpaqların meliorasiyası və energetikası; C.M.Hüseynov- aqrokimya; M.M.Salayev - torpaqların genezisi, diaqnostikası; Akademik Q.Ş.Məmmədovun rəhbərliyi altında elmi istiqamətlər - torpaqların aqroekologiyası və ekoloji monitorinqi sahələrində mühüm nəticələr əldə edilmişdir. Akademik M.R.Babayev tərəfindən antropogen torpaq əmələgəlmə prosesinin elmi-nəzəri əsasları işlənilmişdir. | |
Əsas fəaliyyət istiqamətləri | • Torpaqların genezisi, Beynəlxalq standartlara uyğun müasir nomenklaturası, təsnifatı, suvarılan torpaqlara antropogen təsirin nəzəri əsaslarının işlənməsi və torpaqların deqradasiyası;
• Torpaq proseslərinin idarə olunmasının elmi əsasları; • Azərbaycanda Dövlət torpaq kadastrının elmi əsaslarla aparılması, torpaqların ekoloji münbitlik modelləri əsasında rayonlaşdırılması və respublikada keçirilən torpaq islahatının elmi təhlili; • Respublikada neftlə və texnogen çirklənmiş torpaqların rekultivasiya üsullarının işlənib hazırlanması • Torpaqların mineraloji tərkibinin, bioloji fəallığının, humusluq vəziyyətinin tədqiqi və münbitliyin bər¬pasının ekoloji və aqrokimyəvi əsasları; • Aqrokimyanın ekoloji problemləri; • Torpaqların aqrofiziki, optik və istilik xassələri bankının tərtibi; • Respublika torpaqları üçün avtomatlaşdırılmış informasiya sisteminin yaradılması, aqroekoloji sistemin əsas göstəricilərinin müqayisəli təhlili və Azərbaycan torpaqlarının elektron xəritələrinin tərtibi; • Respublika torpaqlarının meliorativ səciyyəsi, duzluluq dərəcəsi və kənd təsərrüfatı bitkilərinin məh¬suldarlığı arasında əlaqənin tədqiqi. • Torpaq proseslərinin idarə olunmasının elmi əsasları; • Torpaqların eroziyadan mühafizəsi, pozulmuş torpaqların münbitliyinin bərpası və torpaqların səmərəli istifadəsinin elmi əsasları; • Suvarmada suya qənayət edən texniki sistemlərin yaradılması, istehsalatda tətbiqi, elmi-tədqiqat, təcrübi konstruktor, layihə- axtarış, texnoloji sınaq işlərinin həyata keçirilməsi; • Eroziyanın və onun inkişaf etmə intensivliyinin öyrənilməsi əsasında hər bir torpaq-bitki sistemi üçün elmi cəhətdən əsaslandırılmış torpaqdan istifadə təlimatlarının işlənməsi; |
|
Əsas elmi nəticələr | Azərbaycanın Ceyrançöl və Qobustan massivi təbii senozlarında torpaqların ekoloji qiymətləndirilməsi aparılmış və 1:100 000 miqyasında xəritə-sxemi hazırlanmışdır.
Relyefin plastikası və kompüter texnologiyası əsasında Abşeronda müəyyənləşdirilmiş 7 tip üzrə torpaq örtüyü strukturlarının ekoloji qiymətləndirmə xəritəsi (Miqyas 1:100000) hazırlanmışdır (akad. Q.Ş.Məmmədov, V.H.Həsənov). Lənkəran torpaqlarında aparılmış çoxillik fundamental tədqiqatlar nəticəsində torpaqların ekoloji qiymətləndiril-məsinin yeni konsepsiyası irəli sürülmüş, torpaqların aqroekoloji əsasda bonitirovkasının aparılmasının yeni yanaşma üsulları əsaslandırılmış, münbitlik göstəriciləri üzərində ekoloji monitorinqin təşkili proqramı işlənilmişdir. Respublikada ilk dəfə olaraq “Azərbaycanın Torpaq Atlası” hazırlanıb çap olunmuşdur. (akad.Q.Ş.Məmmədov və baş.) Azərbaycanda torpaq ehtiyatlarından səmərəli istifadənin sosial iqtisadi və ekoloji əsasları işlənilmişdir. Torpaq-kadastr rayonları üzrə torpaqların bonitirovkasının metodiki əsasları və torpaqların ekoloji münbitlik modeli parametrlərinin təkmilləşdirilməsi və dəqiqləşdirilməsi aparılmışdır. “Azərbaycan Respublikasının Ekoloji Atlası” üç dildə, Azərbaycan, rus, ingilis dillərində nəşr edilmişdir. Xüsusi tematik məzmununun 11 bölmədən ibarət olmaqla Atlasda 1:500000 miqyasında 110-dan artıq xəritə verilmişdir (akad. Q.Ş.Məmmədov, M.Y.Xəlilov, S.Z.Məmmədova, 2009) Azərbaycanın aqroekoloji problemlərinin elmi-nəzəri və metodoloji aspektləri araşdırılmışdır. Ekoloji - energetik qiymətləndirmə əsasında qış otlaq torpaqlarının yaxşılaşdırılması və müqayisəli qiymətləndiril-məsi aparılmışdır. Energetik və mikroelement göstəriciləri ekoloji şkalalar üzrə nəzərə alınaraq yarımsəhra landşaft kom-plekslərinin bonitet balı müəyyənləşdiril¬mişdir (akad. Q.Ş.Məmmədov, S.Z.Məmmədova, A.B.Cəfərov, A.F.Həsənova). Torpaq münbitliyinin yüksəldilməsi, bitkilərin qida mad- dələri balansının və rejiminin idarə olunmasının ekoloji əsasları, regional gübrələmə sisteminin və torpaqların ağır metallarla çirklənmə səviyyəsi müəyyənləşdirilmişdir. Qış otlaq torpaqlarınını və landşaft komplekslərinin bitki heyvan tələbatı nəzərə alınaraq differensial səviyyədə ekoloji-energetik qiymətləndirilməsi müəyyən edilmişdir. Azərbaycan çay vadilərinin allüvial-hidromorf torpaqlarının morfogenetik diaqnostikası,təsnifatı müəyyən edilmiş və xəritələşdirilmişdir. Respublikada üzvi tullantıların vermikompostlaşdırılması ( Eisenia Foetida soxulcanları vasitəsi ilə işlənməsi) nəticəsində yeni üzvi-mineral gübrə alınmış və onun müxtəlif aqrosenizlarda ( tərəvəz,taxıl,yem bitkiləri altında ) mineral gübrələr fonunda səmərəli norma və verilmə üsulları işlənib hazırlanmışdır. Torpaqların ekoloji monitorinqi əsasında münbitlik parametrlərinin optimallaşdırılması ,snozların təbii vəziyyətinin saxlanılması və məhsuldarlığının artırılması yolları işlənilmişdir. İlk dəfə olaraq Azərbaycanın “Torpaq üzvi karbon xəritəsi” hazırlanmış və müvafiq dünya xəritəsinə inteqrasiya edilmişdir. |
|
İşçilərinin ümumi sayı | 294 | |
Struktur bölmələri |
|
|
Elmi şura
- sədr - katib - üzvləri |
Əlövsət Gülüş oğlu Quliyev Svetlana Mahmud qızı Eyyubova Məmmədov Qoşqar Məhərrəm oğlu Axundova Əminə Bağır qızı Babayev Məhərrəm Pirverdi oğlu Cəfərov Əli Həsənov Vilayət Həsən oğlu Hüseynova Sultan Məhərrəm qızı İsmayılov Amin İsmayıl oğlu Məmmədov Qərib Şamil oğlu Məmmədova Sara Zilfi Mehdiyev Hüseyn Cəlal oğlu Mustafayev Mustafa Qılman oğlu Məmmədov Məmməd İsa oğlu Paşayev Rəhim Ərşad oğlu Səmədov Pirverdi Əhməd oğlu Mustafayev Fərid Mustafa oğlu Süleymanov Niyazi Ramiz oğlu Nadir Nadirov Məmmədov Zaman Rəşid oğlu Məmmədova Mirvari Nürəddin qızı Əliyev Zakir Hüseyn oğlu |
|
Gənc alimlər və mütəxəssislər şurası
- sədr - katib - üzvləri |
Fərid Mustafa oğlu Mustafayev Nigar Zeydulla qızı Mehdiyeva |
|
Dissertasiya şurası
- sədr - sədr müavini - elmi katib - üzvləri |
Əlövsət Gülüş oğlu Quliyev Eyvaz Mülki oğlu Eyvazov Azad Məmmədqulu oğlu Kərimov Ağayev Nizami Adil oğlu Aslanov Hamlet Qurbanəli oğlu Aslanov Həsənəli Əsəd oğlu
Babayev Məhərrəm Pirverdi oğlu Əhmədov Əli Rəcəb oğlu Gərayzadə Akif Paşa oğlu
Gülalıyev Çingiz Gülalı oğlu Həsənov Sabir Tehran oğlu Xəlilov Telman Abdul Həmid oğlu
İsmayılov Amin İsmayıl oğlu İsmayılov Nəriman Məmməd oğlu Məmmədov Qərib Şamil oğlu Məmmədova Sara Zülfi qızı Mustafayev Mustafa Qılman oğlu Rüstəmov Yasin İsmayıl oğlu Sadıqova Nərminə Abel qızı |
|
Həmkarlar təşkilatı
- sədr - sədr müavini - katib - büro üzvləri |
Məmmədov Məmməd İsa oğlu Əhmədova Solmaz Mahmud qızı |
|
İctimaiyyətlə əlaqələrə məsul şəxs | Zərifə Fərhad qızı Feyzullayeva | |
Elmlər doktorları | ||
Fəlsəfə doktorları |