Veb-sayt | www.genres.az | ![]() |
Ünvan | AZ1106, Bakı ş., Azadlıq pr. 155 | |
Tel. |
(+994 12) 5629171 (+994 12) 5628625 |
|
Faks |
(+994 12) 4499221 (+994 12) 5619182 |
|
Elektron poçtu | akparov@yahoo.com, agri@genres.az | |
Direktor | AMEA-nın müxbir üzvü Əkpərov Zeynal İba oğlu
Xidməti tel.: (+994 12) 5629171 Mobil tel.: (+994 50) 6114740 Faks: (+994 12) 4499221 E-poçt: akparov@yahoo.com, dir@genres.science.az |
|
Direktor müavinləri | Elmi işlər üzrə Abbasov Mehrac Əli oğlu Biologiya üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 5629805 Mobil tel.: (+994 50) 5327819 Faks: (+994 12) 4499221 E-poçt: mehraj_genetic@yahoo.com Ümumi işlər üzrə Əsədov Valeh Əli oğlu Xidməti tel .: (+994 12) 5629541 Mobil tel .: (+994 50) 7030132 |
|
Elmi katib | Şərifova Səidə Sədaqət qızı
Mob. tel: (+994 50) 4108205 E-poçt: saidasharifzade@yahoo.com |
|
Yaranma tarixi | Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı qərarı ilə 30 yanvar 2003-cü ildə Genetika və Seleksiya Ehtiyatları İnstitutunun bazasında Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatları İnstitutu yaradılmışdır. | |
Əsas fəaliyyət istiqamətləri | İnstitutun əsas elmi istiqamətləri mədəni bitkilərin və onların yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin, növlərin, aborigen sort və formaların, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin inventarlaşdırılaraq pasportlaşdırılması, toplanması, introduksiyası, bərpası, çoxaldılması, beynəlxalq deskriptorlar əsasında qiymətləndirilməsi, ex situ və in situ şəraitində mühafizəsi ilə bağlı elmi problemlərin araşdırılması və mühafizə işinin təşkili, davamlı, yüksək məhsuldar, keyfiyyətli nümunələrin aşkar edilərək seleksiya işinə cəlb edilməsi üzrə elmi tədqiqatların aparılmasından, yeni sort və cinslərin yaradılmasından və müvafiq sahələrdə ölkə institutlarının fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir. | |
Əsas elmi nəticələr | 1. Azərbaycanın 20 botaniki-coğrafi bölgəsindən mədəni bitkilərin və onların yabanı əcdadlarının 400 növünə aid 7000-nə yaxın bitki nümunəsinin toxumları toplanılmış, pasportlaşdırılmış, abiotik və biotik stress amillərə davamlılığı qiymətləndirilmiş, onların ex-situ və in-situ şəraitdə saxlanılması təmin edilmiş və bitki genetik ehtiyatları üzrə Milli Məlumat Bazası yaradılmışdır. 2. Dənli taxıl və paxlalı bitki nümunələrinin genbankda uzunmüddətli saxlanması nəticəsində itirilən cücərmə qabiliyyətini və irsi tamlığını ozon-hava qarışığı ilə bərpa etməyin mümkün olduğu, ozonlaşdırmanın becərilən bitkilərin inkişafına, əldə edilən məhsulun keyfiyyətinin yüksəldilməsinə və ekoloji təmiz saxlanmasına stimullaşdırıcı təsir göstərdiyi müəyyənedilmişdir. 3. Yeni tip şaxəli sünbüllü buğda formalarının alınması ilə uzaq hibridləşmənin genetik müxtəlifliyin zənginləşdirilməsindəki rolu eksperimental olaraq sübuta yetirilmişdir. 4. İlk dəfə olaraq, Azərbaycan mənşəli yumşaq buğda növmüxtəlifliklərində (T. aestivum v. erythrospermum, T. aestivum v. albidum, T. aestivum v. meridionale, T. aestivum v. lutescens) və sortlarında (Əkinçi 84, Günəşli, Mirbəşir 128) sarı və qonur pasa davamlılığı təmin edən Yr18/Lr34 genləri və gövdə pasının əsas davamlılıq geni (Sr31) aşkar edilmişdir. 5. Tetraploid buğda növlərində, o cümlədən, bərk buğda sort və nümunələrində, onların hibridlərindən alınmış F2 hibrid nəsil dənlərində ehtiyat zülaların sintezinə nəzarət edən və 1A, 1B, 6A və 6B homoloji xromosomların qısa çiynində lokallaşan qliadinkodlaşdıran Gli 1A, Gli 1B, Gli 6A və Gli 6B lokusların 50-dən çox allel komponentlər blokları və 1A və 1B homoloji xromosomlarının uzun çiynində yerləşən qlüteninkodlaşdıran Gul 1A və Gul 1B lokusların iki allel komponentlər blokları identifikasiya edilmişdir. 6. Müəyyən edilmişdir ki, bitkilərin stres amillərə davamlılığı hüceyrə genetik sistemlərinin yenidən qurulması və bunun nəticəsində bəzi genlərin ekspresiyasının sürətlənməsi hesabına baş verir. Quraqlıq və duzluluq streslərinə tolerant bitki genotiplərinin hüceyrə nüvəsində, stres amillərin təsirindən DNT fraksiyaları, xüsusilə də euxromatın DNT-sinin miqdarı artır və uyğun olaraq RNT sintezi də intensivləşir. Bu da genetik aparatın fizioloji labilliyinin və funksional fəallığının yüksəldiyini göstərir. 7. Azərbaycanda ilk dəfə olaraq, paxlalı bitkilərin mədəni və yabanı növlərində paxla yarpaq qıvrılması, çuğundur qərbi sarılıq, noxud xlorotik alçaqboyluluq, paxla nekrotik sarılıq və toxumla yayılan göy noxud mozaika virusları aşkar edilərək onların nukleotid ardıcıllığı müəyyən edilmişdir. Noxud, mərcimək və paxla nümunələrindən yeni ayzolitlər (noxud-HQ180352; mərcimək-HQ180353; noxud-HQ199306; noxud-180354; noxud-199305; mərcimək-GQ351600; paxla-GQ371215) hazırlanaraq beynəlxalq genbankda qeydiyyatdan keçirilmişdir. 8. Azərbaycanın yerli yabanı üzüm nümunələrində Cənubi Qafqaza aid dörd müxtəlif haplotip qrupunda (AAA, ATT, GTA və ATA) 3-nün aşkar edilməsi ilə respublikamızın bu bitkinin əsas mənşə və mədəniləşdirilmə mərkəzlərindən biri olması bir daha sübut edilmişdir. 54 ədəd yerli, aborigen üzüm sortu müasir ampeloqrafiya metodları ilə təsvir edilərək beynəlxalq “Qafqaz və Şimali Qara Dəniz Bölgəsinin Ampeloqrafiyası” (“VITIS” nəşriyyatı, Almaniya, 2012, 485 s.) kitabında nəşr edilmişdir. 9. Azərbaycan florasının ali bitkiləri və onların yabanı əcdadlarının müasir florogenetik və ekoloji – botaniki metodlarla təhlili nəticəsində 928 növün (51 fəsilə və 242 cins üzrə) “Azərbaycan florasının” yeni nəşrinə daxil edilməsi müəyyən edilmiş və əsaslandırılmışdır. Bu tədqiqatların yekunu olaraq, 3 cildli “Azərbaycanın ali bitkiləri” (Elm, 2005 - 2008) və “Azərbaycan florasının konspekti” (Elm, 2011) monoqrafiyaları nəşr edilmişdir. |
|
İşçilərinin ümumi sayı | 323 | |
Struktur bölmələri |
|
|
Elmi şura - sədr - katib - üzvləri |
Əkpərov Zeynal İba oğlu Şəfizadə Solmaz İdris qızı Əminov Naib Xaliq oğlu Abbasov Mehrac Əli oğlu Əliyev Ramiz Tağı oğlu Əsgərov Aydın Musa oğlu Şıxlinski Hacı Məmmədtağı oğlu Əzimova Qənirə Abbasqulu qızı Bayramova Dilşad Bayram qızı Qasımov Qədir Qasım oğlu Sadıqov Hamlet Bəykişi oğlu Həsənov Sabir Ramazan oğlu Məmmədov Afiq Tofiq oğlu Məmmədova Sevinc Əmir qızı Əliyeva Aybəniz Cavad qızı Musayev Mirzə Kamal oğlu Məmmədov Ruhəngiz Bəxtiyar qızı Eldarov Məhəmməd Eldar oğlu Şərifova Səidə Sədaqət qızı |
|
Gənc alimlər və mütəxəssislər şurası - sədr - katib - üzvləri |
Eldarov Məhəmməd Eldar oğlu Qədiməliyeva Gülər Əkbər qızı Güvəndiyev Vahid Musa oğlu Hacıyev Elçin Saday oğlu Əzizxanlı Xaribül Məmmədxan qızı Babayeva Sevda Maşalla qızı Salayeva Samirə Cəfər qızı Şərifova Səidə Sədaqət qızı Mürsəlova Cəmalə Məhəmməd qızı İsayev Bəhruz Hənifə oğlu Rüstəmova Vəfa Nuşirəvan qızı Piriyev Sübhan Səfər oğlu Səidova Səbinə Vahid qızı İsgəndərov Şükür Fəxrəddin oğlu Qasımova Fəridə Nadir qızı |
|
Həmkarlar təşkilatı - sədr - sədr müavini - katib - büro üzvləri |
Sadıqov Hamlet Bəykişi oğlu Kərimov Əkbər Yaşar oğlu Quliyeva Günel Şahin qızı Kərimov Əkbər Yaşar oğlu Abışova Xəyalə Şahbala qızı Hacıyeva Aynurə Firdovsi qızı Mehdiyeva Səbinə Pərvin qızı Şərifova Səidə Sədaqət qızı Babayeva Sevda Maşalla qızı Quliyeva Günel Şahin qızı Məmmədova Ruhəngiz Bəxtiyar qızı |
|
Elmlər doktorları | ||
Fəlsəfə doktorları |