Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu

 

Veb-sayt www.igaz.az   
Ünvan Bakı ş., H.Cavid  pr. 115 
Tel. (+994 12) 5382900 
Faks (+994 12) 5396966  
Elektron poçtu

institut@geography.science.az,

cografiya_inst@mail.ru

Direktor Akademik Ramiz Mahmud oğlu Məmmədov

Xidməti tel.: (+994 12) 5382900

Mobil tel.: (+994 50) 3167358

Faks: (+994 12) 5396966

E-poçt: ramiz.mamedov@geo.ab.az

Direktor müavinləri Elmi işlər üzrə

Məhərrəm Səməd oğlu Həsənov

Coğrafiya üzrə fəlsəfə doktoru

Ümumi işlər üzrə

Anar İmran oğlu Osmanlı

İqtisadiyyat üzrə fəlsəfə doktoru

Xidməti tel.: (+994 12) 5393348

Elmi katib Zərnurə Ənvər qızı Həmidova

Coğrafiya üzrə fəlsəfə doktoru

Xidməti tel.: (+994 12) 5393321

Yaranma tarixi  1937-ci ildə SSRİ EA Azərbaycan filialının tərkibində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin «Respublikanın təbii ehtiyatlarının öyrənilməsi və rayonlaşdırması haqqında» 1925-ci il tarixdə verdiyi qərar əsasında coğrafiya sektoru yaranmışdır və bununla da keçmiş SSRİ və dünya elmi miqyasında özünəməxsus yeri оlan Azərbaycan coğrafiya məktəbinin əsası qоyulmuşdur.

1945-ci il may ayının 1-də həmin sektor əsasında Azərbaycan EA Coğrafiya İnstitutu yaradılmışdır.

Azəbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.1994-cü il tarixli, 30 saylı qərarı ilə AMEA-nın Coğrafiya İnstitutuna akademik Həsən Əliyevin adı verilmidir.

Əsas fəaliyyət istiqamətləri Соğrafiya İnstitutu öz elmi fəaliyyətini əsasən iki mühüm elmi problem üzərində qurmuşdur:

1. Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları; təbii ehtiyatların və onların ekосоğrafi xüsusiyyətlərinin tədqiqi; istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-соğrafi problemləri; respublikanın konstruktiv və regional problemləri; səhralaşma prosesləri.

2. Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillər və ekоlоji şəraitin tədqiqi.

Bu iki kompleks problemin həlli üçün institutun elmi fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: соğrafi təbəqənin dayanıqlığı, formalaşması və dəyişkənliyi qanunauyğunluqlarının və inkişafının regional miqyasda kompleks öyrənilməsi; keçmiş geоlоji dövrlərin təbii şəraitlərinin bərpa edilməsi; ərazinin geоmоrfоlоji quruluşunun resurs əmələgətiriсi bir amil kimi qiymətləndirilməsi; landşaftın təkamülü; iqlimin mənşəyi və prоqnоzlaşdırılması; səhralaşmaya qarşı mübarizə üsulları; təbii ehtiyatlardan səmərəli istifadə olunması; qlоbal və antrоpоgen amillərin təsiri altında təbii mühitin dəyişməsinin regional prоqnоzlaşdırılması; Azərbaycanda əhalinin məskunlaşması və istehsalın ərazi təşkili; Xəzər dənizinin hidrоmeteоrоlоji şəraiti, ekосоğrafi problemləri.

Əsas elmi nəticələr İndiki Ermənistan ərazisində XX əsrin birinci yarısına qədər mövcud olmuş və toponomik genosidə məruz qalmış 5000-dən artıq coğrafi adın izahlı tədqiqi əsasında həmin ərazinin tarixən Azərbaycan xalqına məxsus olması elmi-hüquqi əsaslarla sübut edilmişdir.

Azərbaycan ərazisində Abşeron, Türkan və Bakı əsrlərində mövcud olmuş iqlimin kəmiyyət ölçüləri bərpa edilmiş və göstərilən vaxt ərzində iqlimdə soyuqlaşma və quraqlaşma meylinin artması müəyyən edilmişdir.

İqlimin çoxillik dəyişmələrinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, son yüz ildə Azərbaycanda havanın temperaturu təxminən 1,0C artmış, iri şəhərlər istisna olmaqla, atmosfer yağıntıları 7-8% azalmışdır.

Azərbaycanda sel fəlakətinin güclənməsi müəyyən edilmiş, sellərin bal sistemi ilə qiymətləndirilməsinin yeni şkalası tərtib edilmiş, fəlakətli sellərin nəticələrinə qarşı mübarizə tədbirləri irəli sürülmüşdür.

Aerokosmik şəkillərin deşifrlənməsi əsasında Azərbaycanın Xəzərətrafı regionunun səhralaşmasının səbəbləri və müasir vəziyyəti müəyyənləşdirilmiş, onun proqnozu verilmiş və səhralaşmaya qarşı mübarizə tədbirləri hazırlanmışdır.

Azərbaycanın su anbarlarının lillənməsi və sahillərin dinamikasının intensivliyi və proqnozu verilmiş, Mingəçevir su anbarının istismar müddəti ilə sahillərin dinamikası arasında korrelyasiya əlaqəsi olduğu aşkar edilmişdir.

Azərbaycanın Konstruktiv Coğrafiyası monoqrafik əsəri yazılmış və 3 cilddə nəşr olunmuşdur.

Torpaq islahatı ilə əlaqədar olaraq Azərbaycanın təbii kənd təsərrüfatı rayonlaşdırılmasının yeni metodikası və sistemi işlənib hazırlanmış, 1:50000 miqyasında iki yeni rayonlaşdırılma xəritələri tərtib edilmişdir.

Dəniz atmosfer sistemi arasındakı qarşılıqlı mübadilənin parametrləşdirilməsi üçün atmosferin dənizə yaxın qatının qeyri-stasionar modeli yaradılmışdır.

Xəzər dənizi səviyyəsinin tərəddüdü ilə günəş aktivliyi arasındakı əlaqə müəyyənləşdirilmiş, səviyyənin gələcək dəyişməsi üçün yarımempirik düstur alınmış və onun birinci yaxınlaşmada proqnozu verilmişdir.

Xəzər dənizində çirkləndiricilərin yayılmasının komleks fiziki-coğrafi modeli yaradılmışdır.

Bu müddətdə Coğrafiya İnstitutunda aşağıdakı atlas və xəritələr hazırlanmışdır:

Azərbaycan Respublikasının Aqroiqlim Atlası-124 xəritə

Azərbaycan Respublikasının təbii şəraiti və ehtiyatları Atlası-300 xəritə

Xəzər dənizinin kompleks hidrometeoroloji atlası-274 xəritə

Avroasiya şelflərinin Mezozoy və Kaynozoyda paleocoğrafi xəritələr Atlası-129

Azərbaycan Respublikasının landşaft-geokimyəvi xəritəsi (miqyas 1:500 000).

Azərbaycan ərazisi üçün Pleystosen xəritələri (miqyas 1: 50 000)

Ermənistan Respublikası ərazisində mövcud olmuş Azərbaycan mənşəli adların tarixi-coğrafi xəritəsi (1 : 250 000)

Naxçıvan MR-da inkişaf etmiş morfostruktur və morfoskulpturların morfoloji və morfometrik xüsusiyyətləri nəzərə alınmaqla ərazi ekogeomorfoloji gərginlik dərəcəsinə görə qiymətləndirilmiş, onun əsasında ekogeomorfoloji rayonlaşdırma aparılmış və iri miqyaslı müvafiq xəritələr tərtib edilmişdir.

Azərbaycan ərazisi daxilində müasir landşaft komplekslərinin inkişafı və transformasiyası meylləri ekodiaqnostik prinsiplər əsasında aşkarlanaraq, onların deqradasiya dərəcələri müəyyənləşdirilmiş, təbii resurs potensialları qiymətləndirilmiş və nəticədə tamami ilə yeni elmi - nəzəri və metodiki əsasında, iri miqyaslı (M 1:250000), rəqamsal “Azərbaycanın landşaft xəritəsi” tərtib olunmuşdur.

Böyük Qafqazın Azərbaycan hissəsi daxilində ekogeomorfoloji gərginliyə təsir edən hər bir təbii-dağıdıcı proseslər təhlükəlilik dərəcələrinə görə təsnif edilərək qruplaşdırılmış, onların sinergetik təsir potensialları qiymətləndirilməklə ilk dəfə olaraq aparıcı amilə görə ərazinin ekogeomorfoloji rayonlaşdırılması aparılmış, hər bir ekogeomorfoloji vahidlə hakim landşaft kompleksləri arasında daxili differensiasiya əlaqələri müəyyən edilmişdir.

Azərbaycanın 30-dan artıq meteoroloji stansiyasının məlumatları təhlil edilməsi nəticəsində respublika ərazisində havanın temperaturunun 0,2-0,9o arasında artması, atmosfer yağıntılarının isə 15-84 mm azalması müəyyən edilmişdir. Bu isə vegetasiya dövrünün təqribən 12 gün artmasına səbəb olmuşdur.

Xəzər dənizinin 1:750 000 miqyaslı batometrik xəritəsi ArcGIS mühitində rəqəmsal xəritəyə çevrilərək və dərinlik paylanması verilənləri işlənərək Xəzər dənizinin dibinin 3D relyef modeli hazırlanmışdır. Bu model daha kiçik miqyaslı xəritələr rəqəmsallaşdırılaraq həssaslığın daha da artırıla biləcəyi şəkildə qurulmuşdur.

Abşeron yarımadası geokomplekslərində Na, Ca, S, Cl, Sn, B, Mo, Pb, Tb, Pd kimi elementlərin daha səciyyəvi olduğu müəyyən edilmişdir. Na, Ca, S, Cl ərazi üçün tipomorf olub, landşaftda geokimyəvi cəhətdən daha mütəhərrikdirlər. Neftlə çirklənmiş landşaftlarda S, Cl, Ag, İn, Pl, Mo, Sn və s. mikroelementlərin izafi və Cr, Ba, Ti, Mn-ın isə mənfi anomaliyaları aşkar edilmişdir. Bu tədqiqatlar nəticəsində diaqnostik yükdaşıyan iri miqyaslı rəqəmsal Abşeron yarımadasının landşaft və landşaft-geokimyəvi xəritələri tərtib olunmuşdur.

CİS mühitində kompleks yanaşma metodu ilə geosistemlərin struktur genetik komponentləri tədqiq olunmuş, landşaftların təbii resurs potensialı müəyyən edilmiş, landşaft-ekoloji karkas və müvafiq iri miqyaslı xəritə tərtib edilmişdir.

İnsanların malyariya xəstəliyinə yoluxma riskini qiymətləndirmək üçün tərtib olunmuş şkala əsasında ölkə ərazisinin iqlim - malyarioloji rayonlaşdırılması aparılmış və nəticədə 5 vilayət, 6 yarımvilayət və 39 rayon ayrılmışdır.

Böyük Qafqazın şimal-şərq yamacının dağ-meşə və dağ-çəmən geosistemlərində fitokütlə ehtiyatının yerüstü hissəsi, onun bioloji dövrana qoşulma şəraiti, həcm və kütlə ölçüləri hesablanmış, sürüşmələrin xüsusi ilə də çox böyük Urva sürüşməsinin əmələgəlməsində antropogen təsirlərin rolu öyrənilmiş, təbii-coğrafi mühit elementlərinin ekoloji gərginliyə məruz qalma dərəcəsi müəyyənləşdirilərək onların optimallaşdırılma yolları göstərilmişdir. Ərazinin 3D formatda iri miqyaslı (1: 200 000) mənimsənilmə (ekoloji gərginlik) və yamacların meyillik xəritələri tərtib edilmişdir.

Dəniz dalğalarının spektral-energetik xarakteristikalarını parıltıların ölçülərinin paylanma qanununa görə təyin etməyə imkan verən əlaqə tapılmışdır. Bu əlaqənin mikrodalğa diapazonunda tətbiqi iri və az meylli təhlükəli okean dalğalarını kosmik metodlarla aşkar etməyə imkan verir.

Böyük Baki ərazisi relyefinin ArcGİS proqram paketinin alətləri (Hydrology, Statial, Analyst, 3D Analyst və s) vasitəsi ilə irimiqyaslı rəqəmsal morfometrik xəritələri tərtib edilmişdir (meyl bucaqları, yamacların baxarlığı, üfüqi və şaquli parçalanma və s.). Onların təhlili nəticəsində potensial geomorfoloji təhlükəli ərazilər müəyyən edilmişdir.

Mövcud sürüşmə sahələrinin potensial təhlükəli ocaqlarla müqayisəli təhlili nəticəsində proqnostik əhəmiyyətli nəticələr əldə edilmişdir. Müəyyən edilmişdir ki, son 20-25 il ərzində əsasən antropogen pressinq nəticəsində sürüşmə sahələri 12-13%, sürüşmə materiallarının həcmi isə 15-20% artmışdır. “Bakı amfiteatrında” sürüşmə prosesinin zaman və məkan dinamikasını əks etdirən blok-diaqram tərtib edilmişdir.

Geostasionar peyklərdən əldə edilən təsvirlərdə günəş parıltılarının parlaqlığının paylanmasından dəniz (okean) üzərində külək sürətinin paylanmasını tapmağa imkan verən metod işlənmiş və bu metod Meteosat 9 peyk təsvirinə tətbiq edilərək adekvatlığı test edilmişdir.

İşçilərinin ümumi sayı 207 
Struktur bölmələri  

Elmi şura

-       sədr

-       katib

-       üzvləri

 

Məmmədov Ramiz Mahmud oğlu

Həsənov Məhərrəm Səməd oğlu

Həmidova Zərnurə Ənvər qızı

Qardaşov Rauf Hacı oğlu

Eminov Zakir Namiq oğlu

Xəlilov Mahmud Yusif oğlu

Qaşqay Rəna Bəyim Mir Tağı qızı

Tağıyeva Yelena Nikolayevna

Haqverdiyev Habil Tağı oğlu

Xəlilov Hüseyn Ağamalı oğlu

Abduyev Məhəmməd Abdu oğlu

Rəhimov Xəyyam Şakir oğlu

Əyyubov Nizami Hacı oğlu

İsmayılov Mirnuh Cavad oğlu

Əliyev Ənvər Abbas oğlu

Quliyev İsmayıl Əhliman oğlu

Paşayev Nəriman Əziz oğlu

Yunusov Müseyib İdris oğlu

İmrani Zaur Tahir oğlu

Allahverdiyev Zabit Sabir oğlu

Ələkbərova Samirə Oqtay qızı

Tağıyeva Umayra Rauf qızı

Osmanlı Anar İmran oğlu

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri

 

Ələkbərova Samirə Oqtay qızı

Abuşova Samirə Nəsib qızı

Osmanov Anar İmran oğlu

Həmidova Zərnurə Ənvər qızı

İmrani Zaur Tahir oğlu

Cəfərova Natəvan Ramiz qızı

Ağakişiyeva Günəş Rafiq qızı

Kərimov Rövşən Nəriman oğlu

Əhmədova Lalə Akif qızı

Hüseynova Xədcəxanım Teymur qızı

Hacıyeva Gülnar Nuru qızı

Süleymanov Məhəmməd Rasim oğlu

Qasımov Zaur Aydın oğlu 

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

 

Məmmədov Ramiz Mahmud oğlu

Həsənov Tapdıq Güləhməd oğlu 

Həsənov Məhərrəm Səməd oğlu (elmi katib)     

Abduyev Məhəmməd Abdu oğlu 

Babaxanov Neron Aslan oğlu      

Eminov Zakir Soltan oğlu             

Əliyev Əmir Soltan oğlu               

Ələkbərov Adışirin Balaşirin oğlu

Xəlilov Hüseyn Ağamalı oğlu     

Xəlilov Mahmud Yusif oğlu      

Qardaşov Rauf Hacı oğlu          

Qaşqay Rəna Mirtağı qızı         

Səfərov Səid Həsən oğlu            

Qocamanov Məqsəd Hüseyn oğlu 

Qurbanzadə Ağazeynal Alı oğlu 

Mahmudov Rza Nadir oğlu               

Tağıyeva Yelena Nikolayevna

Tatarayev Telman Məhəmməd oğlu 

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

Habil Tağı oğlu Haqverdiyev

Etibar Sənan oğlu Bədəlov

Alidə Ramiz qızı Aslanova

Zabit Sabir oğlu Allahverdiyev

Rəisə Lələ qızı İsayeva

Elxan Şərif oğlu Məmmədbəyov

Rəfail Seyfal oğlu Abdullayev

Afaq Firudin qızı Məmmədova

Gülxar Ayaz qızı Rzayeva

Lalə Akif qızı Əhmədova

Zaur Tahir oğlu İmrani

Səidə Asif qızı Mürsəlova

İctimaiyyətlə əlaqələrə məsul şəxs Rzazadə Xanım Mütəllib qızı 
Elmlər doktorları
Fəlsəfə doktorları