Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsi

Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsi
Tel. (+994 12) 5385974  
Faks  
Elektron poçtu pasayevneriman@mail.ru 
Struktur bölmənin rəhbəri Paşayev Nəriman Əziz oğlu 
Coğrafiya üzrə fəlsəfə doktoru, dosent
İşçilərin ümumi sayı 10 
Əsas fəaliyyət istiqamətləri  Şöbədə İqtisadi coğrafiyanın həm ümumi-sənaye, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrinin ərazi təşkili, həm də yeni və xüsusi-tibbi, turizm, cinayətkarlıq və siyasi coğrafiya, ölkəşünaslıq sahələri üzrə tədqiqatlar aparılır.
Əsas elmi nəticələri

Müstəqillik illərindən başlayaraq “Azərbaycanın təbii ehtiyat potensialının (TEP) respublika və regional səviyyədə təsərrüfat baxımından  qiymətləndirilməsi”, “Regionların iqtisadi və sosial-coğrafi inkişaf problemləri”, “Aqrar sənaye kompleksinin ərazi təşkili”, “Nəqliyyatın və kommunikasiya sisteminin, turizmin ərazi təşkili”, “Siyasi-coğrafi problemlərin həlli istiqamətləri” mövzuları üzrə tədqiqatlar aparılmışdır.

Azərbaycan Respublikasının təsərrüfat quruluşunu yeniləşdirmək və təkmilləşdirmək üçün ölkənin TEP-dən səmərəli istifadə yolları, regionların kompleks inkişaf sxemi müəyyənləşdirilmişdir.

Respublikanın təsərrüfat sisteminin problemlərini əks etdirən xəritə, sxem və modellər tərtib edilmiş və onun həlli istiqamətlərini müəyyənləşdirməyə kömək edən dəyərli monoqrafiyalar və əsərlər çap olunmuşdur.