Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Qoşa ulduzlar və eruptiv proseslər şöbəsi

Qoşa ulduzlar və eruptiv proseslər şöbəsi
Tel. (+994 50) 7440051
Faks  
Elektron poçtu bayram_rustam@yahoo.com
Struktur bölmənin rəhbəri Bayram Nizam oğlu Rüstəmov
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri  Orta  və kiçik kütləli  cavan ulduzların və fəal nüvəli qalaktikaların (AQN) CCD fotometriyası və polyarimetriyası. Modern işıqqəbuledicilərinin. CCD matrislərin fotometrik müşahidələrdə istifadəsi  və rəqəmsal astronomik təsvirlərin işlənməsində müasir proqram paketlərinin tətbiqi. 
Əsas elmi nəticələri Zeiss -600 teleskopunda UBVRI Jonson və Rc Kuzins sistemli standart işıq süzgəclərinə malik fotometr quraşdırılıb və Apogee Alta Instruments firmasının U-47 CCD matrisi ilə təchiz olunub. Matrisa «Diffraction Limited» CCD firmasının MaxIm DL proqram təminatı yüklənmiş kompüterə qoşulub. Müşahidə prosesi və müşahidə materialının işlənməsi bütünlüklə MaxIm DL V4 tətbiqi proqram qovluğunun köməyi ilə həyata keçirilir. CCD fotometrin AMEA ŞAR-ın Zeiss -600 teleskopuna adaptasiyası həyata keçirilib.” Zeiss -600 + fotometr + CCD kamera” sistemində bias, dark, flat field kalibrovka təsvirlərinin alınması və müşahidə nəticələrinin işlənməsi metodikaları işlənib hazırlanmışdır. M 67 dağınıq ulduz topasının fotometrik CCD müşahidələri əsasında instrumental ulduz ölçülərindən standart beynəlxalq sistemə keçid əmsalları təyin olunmuşdur.

Fəal nüvəli qalaktikalar NGC 3516, NGC 4151-in və 3C 273-ün UBVR süzgəclərində parlaqlığının dəyişkən olması aşkar edilmişdir. Birinci tip Seyfert qlaktikası NGC 3516 –nın 1989-1994 ci illərdə aparılmış UBVR müşahidələrindən alınan nəticələr bu qalaktikanın nuvəsində “qara cuxur” olması ehtimalını gostərir.

ŞAR-ın 2-m teleskopunda alınmış spektrlərin analizi əsasında WW Vul ulduzunun spektrində Нα emissiya xəttinin profilindəki dəyişkənlik rejimində 2006 və 2007-2010 –cu illərdə fərq aşkar edilmişdir. Belə görünür ki, 2007-ci ildən başlayaraq akkretsiya diskinin fırlanması ilə yanaşı əlavə bir mexanizm də meydana çıxır ki, bu da Нα xəttinin formalaşdığı oblastda fiziki şəraitin tez dəyişməsinə gətirib çıxarır. Belə bir mexanizm, ulduzla onu əhatə edən mühitin arasındakı qarşılıqlı təsirin xarakterini müəyyən edən, ulduzətrafi akketsiya diskində və/və ya ulduzun səthində maqnit sahəsi ola bilər.