Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyası

İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyası
Tel. (994 12) 5387145
Faks (994 12) 5398318
Elektron poçtu farid-akhmedov@yandex.ru
Struktur bölmənin rəhbəri Fizika elmləri doktoru, dosent Əhmədov Fərid İbrahim oğlu
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Yüksək enerjiyə malık ionlaşdırıcı radiasiya şüalarının təsiri altında işləyə bilən yarımkeçirici heterostrukturların, Si əsasında selvari fotodiodların, selvari fototranzistorların, fotomüqavimətlərin tədqiqiı və xüsusiyyətlərinin öyrənilməsi. Bu strukturlar əsasında ionlaşdırıcı radiasiyanı qeyd edə bilən detector, spektrometrlərin və dozimetrlərin hazırlanması
Əsas elmi nəticələri

Selvari fotodiodların dərin, səthi pikselli və fototranzistorlu quruluşları hazırlanmış və uğurla sınaqdan keçirilmişdir. Bununla yanaşı selvari fotodiodlarda selvari prosesin baş verməsini və həcmi yüklər oblastının müqavimətinin, tutumun, ifrat gərginliyin selvari diodların parametrlərinə təsirini düzgün ifadə edən yeni iterativ model işlənmışdir. Müəyyən edilmişdir ki, gücləndirmə əmsalı həcmi yüklər oblastının müqavimətindən asılı olaraq 2 dəfəyə qədər dəyişə bilər. Bu müqavimət azaldıqca gücləndirmə əmsalı artır. Yeni model Laser companents və Zekotek firmasının fotodiodları ilə təcrübi olaraq yoxlanılmış və modelin doğruluğu təcrübi olaraq sübut edilmişdir.

Yeni hazırlanmış MSFD-3NM fotodiodların işləmə gərginliyi 17%, temperatur asılığı 34% qədər və qaranlıq cərəyanı 5 dəfə azaldılmışdır. Bununla yanaşı yeni fotodiodun gücləndirmə əmsalı 1.8 dəfə çox olmuşdur. Alınan nəticələr göstərmişdir ki, yeni hazırlanmış MSFD-3NM diodu əksər parametlərinə görə MSFD-3NK diodunu  üstələyir və  əksər təcrübələrdə uğurla tətbiq oluna bilər.