Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Polimer və elektroaktiv materialların radiasiya fizikası laboratoriyası

Polimer və elektroaktiv materialların radiasiya fizikası laboratoriyası
Tel. (+994 12) 5383413  
Faks (+994 12) 5388318
Elektron poçtu

m.bayramov51@mail.ru

Struktur bölmənin rəhbəri f.ü.f.d.  Bayramov Məzahir Nəsrəddin oğlu
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri  Polimerlərlə (PE, PP, PVDF, PTFE, PETF, PVX və PVS və s.) nano- və mikro ölçülü hissəciklər (Cu2S, CdS, ZnS, Ag2S, Si, SiO2, TiO2, Fe3O4, ZrO, ZnO, pyezodoldurucu və s.) əsasında kompozitlərin alınması və onların elektrofiziki, elektroaktiv termolüminisent xassələrinin radiasiya və maqnit sahəsi ilə modifikasiyası.
Əsas elmi nəticələri

1. Polimerlər (PE, PP, PVDF, PTFE, PETF, PVX, PVS və epoksid qətranı və s.) və doldurucular (TiO2, ZnO, Fe2O3, Al2O3, nano-Al2O3, nano-SiO2, nano-ZrO2, CdS/ZnS-binar birləşməsi, pyezodoldurucu və s.) əsasında mikro- və nanokompozit materiallar alınmış və onların üstmolekulyar quruluşunda, elektrofiziki və aktiv xassələrində ionlaşdırıcı radiasiyanın təsiri ilə baş verən fiziki - kimyəvi proseslərin mexanizmi tədqiq edilmişdir. Polimer kompozitlərin mikroelektronikanın müxtəlif enerjitutumlu elementlərində, qaz sensorlarında elektroaktiv element qismində istifadə imkanları araşdırılmış, qənaətbəxş nəticələr əldə edilmişdir.

2. Laboratoriyada sintez olunmuş nanoölçülü maqnetit (nano-α-Fe3O4) ilə müxtəlif polimerlər (ASPE, PVDF, epoksid qətranı və uretan-alkid lakı) əsasında alınmış nanokompozitlərin İYT (ifrat yüksək tezlik) oblastında radioekranlayıcı və radiouducu materiallar qismində istifadə imkanları araşdırılmış, onların elektrofiziki xassələrinə (ε, tgδ və ρν) həm doldurucunun, həm də γ- radiasiyanın və sabit maqnit sahəsinin təsirinin ilkin nəticələri analiz edilmişdir. Məlum olmuşdur ki, təmiz kompozitlərlə müqayisədə müxtəlif kompozitlər əsasında formalaşmış laylı kompozit strukturlar İYT oblastda daha effektiv radiouducu xassələr nümayiş etdirir.

3. PE, PTFE, PETF, məsaməli PETF kimi polimer təbəqələrin həcmində orientasion dartılma üsulu ilə yaranmış məsamələrdə və suda şişirdilmiş PVS-də kimyəvi sorbsiya üsulu ilə müxtəlif tip nanohissəciklər (CdS, CuS, ZnS və s.) formalaşdırılaraq alınmış nanokompozitlərin elektrofiziki, optik, elektret və lüminessensiya xassələri öyrənilmiş, qamma radiasiyanın bu kompozitlərdə yaratdığı struktur dəyişikliklərinin onların digər xassələrinə təsiri mexanizmləri tədqiq edilmişdir.

4. Qamma şüalarla modifikasiya olunmuş polimer YSPE/SiO2 və YSPE/ZrO2 nanokompozitlərinin nanostrukturu və üstmolekulyar quruluşu kiçik-bucaqlı neytron (SANS) və rentgen (SAXS) səpilməsi metodları ilə öyrənilmişdir. Müəyyən edilmişdir ki, YSPE/ZrO2 nanokompozitlərində polimer-nanodoldurucu sərhəddində ~10±1 nm qalınlıqlı, matrisa ilə müqayisədə aşağı-sıxlıqlı fazalararası zona, YSPE/SiO2 nanokompozitlərində isə polimer-nanodoldurucu sərhəddində ~3±1 nm qalınlıqlı, kompozitin sıxlığına yaxın fazalararası lay formalaşır. Qamma radiasiyanın modifikasiyaedici dozası ətrafında (100-300kQr), hər iki nanokompozitin istismar xüsusiyyətlərində artım müşahidə edilmiş, bu artımın YSPE/SiO2 nanokompozitlərində daha yüksək olduğu təsbit edilmişdir.