Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Enerjiqənaətedici radiasiya prosesləri

Enerjiqənaətedici radiasiya prosesləri
Tel. (+994 12) 5394113  
Faks (+994 12) 5394113  
Elektron poçtu imustafayev@mail.ru 
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü, professor Mustafayev İslam İsrafil oğlu 
İşçilərin ümumi sayı 14
Əsas fəaliyyət istiqamətləri  Radiasiya-kimyəvi üsullarla  ətraf mühit və enerji  problemlərinin həlli 
Əsas elmi nəticələri

Neft və neft fraksiyalarının qamma, neytron-qamma və sürətlənmiş elektronların təsiri altında radiasiya-termiki çevrilmələrində yüksəkmolekullu olefinlərin və qazların yaranması prosesinə temperaturun, udulan dozanın və doza gücünün, habelə reaksiya qabının forma  və materialının təsiri öyrənilmişdir.

Neft qalıqları, neft-bitum süxurları  və bərk üzvi yanacaqlardan hidrogenin və sintez qazın alınmasının kinetika və mexanizmi tədqiq olunmuş , parametrlərin optimal qiymətləri təyin olunmuşdur.

Neftin yağ, qətran və asfalten fraksiyalarının radiasiya-kimyəvi çevrilmələri tədqiq olunmuş, bu fraksiyaların ətraf mühitdə deqradasiyasının qanunauyğunluqları öyrənilmişdir.

Neftin politsiklik aromatik karbohidrogenlərinin ətraf mühit faktorlarının təsiri altında transformasiyası tədqiq olunmuşdur.

Neftin nəqlində yaranan tullantıların və neftli suların radiasiya-termiki yolla zərərsizləşdirilməsi üsulları işlənilmişdir.

Neft bitumlarından alınmış kompozit materialların radiasiya-kimyəvi çevrilmələri tədqiq olunmuş, onların radiasiya davamlılığının artırılması yolları göstərilmişdir.