Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Radiokimya və radioprotektorlar laboratoriyası

Radiokimya və radioprotektorlar laboratoriyası
Tel. (+994 12) 5384758
Faks (+994 12) 5398318  
Elektron poçtu xagani06@mail.ru
Struktur bölmənin rəhbəri Məmmədov Xəqani Fərzulla oğlu 
Kimya elmləri doktoru,dos.
İşçilərin ümumi sayı 19
Əsas fəaliyyət istiqamətləri 

1.Radioaktiv maddələrin və ksenobiotiklərin ətraf mühit obyektlərində paylanması, radioaktiv şüaların ətraf mühitə təsiri və ksenobiotiklərin və təbii toksinlərin radiolitik çevrilmələri ilə əlaqəli radioekoloji problemlər,  radiasiya təhlükəsizliyinin elmi əsasları.

2. Sulu məhlullarda, o cümlədən təbii radioaktiv izotopların iştirakı ilə gedən radiasiya-kimyəvi çevrilmələrin tədqiqi.

3. Radioizotoplarla çirklənmiş ətraf mühit obyektlərinin effektiv təmizlənmə üsullarının işlənib hazırlanması.

4. Aşağıfonlu ölçmələrdə və nüvə təbabətində istifadə edilən maddələrin ağır radionüklidlərdən yüksək tərtibdə təmizlənməsi üsullarının işlənməsi.

5. Radiasiya təhlükəsizliyinin elmi aspektləri, radioaktiv çirklənmə və ionlaşdırıcı şüaların  canlılara təsiri, bu təsirlərdən müdafiə üsullarının işlənməsi

6. Radiasiyaya qarşı orqanizmlərin davamlılığını artıran, şüa zədələnmələrində bərpaedici xassələr göstərən sintetik və təbii mənşəli  bioloji aktiv kompozisiyaların alınması, tədqiqi və tətbiqi imkanlarının araşdırılması

Əsas elmi nəticələri

1.Ölkəmizin bütün rayonları ərazilərində radioekoloji vəziyyəti xarakterizə edən əsas faktorlar (su mənbələrinin, torpaq və bitki örtüyünün mineral kimyəvi tərkibi,  həmçinin radionuklidlərlə, ksenobiotiklərlə, patogen mikroorqanizmlərin təbii toksinləri ilə çirklənmə), ətraf mühit obyektlərində aşkar olunmuş təbii radionuklidlərin miqdarı, paylanması və onların mövcud radioekoloji duruma təsiri tədqiq edilmişdir. Faydalı qazıntı yataqlarının istismarı, neft-qaz istehsalı proseslərindən, planetin periodik olaraq kosmik fəzanın radioaktiv toz buludlarından keçməsi zamanı və çirkləndirilmiş atmosfer havası cərəyanlarından torpaq səthinə çökmə prosesləri ilə ətraf mühitə yayılmış təbii radionüklidlərin su-miqrasiyası, translokasiyası və akkumulyasiyası, çirklənmiş local torpaq sahələrindən şüalanmanın ətraf ərazilərin ümumi radiasiya fonuna təsiri öyrənilmişdir. Bu lokal sahələrdə, həmçinin dağlarda və dağətəyi ərazilərdə təbii radionuklidlərin miqdarının nisbətən yüksək olması müəyyənləşdirilmişdir.  Təbii radionuklidlərin münbit torpaq örtüyünün, yeraltı və yerüstü su mənbələrinin tərkib komponentlərinə və xassələrinə təsirləri öyrənilmiş və analitik təhlili aparılmışdır.  Ölkəmizin əsas içməli su mənbələrində və qrunt sularında radionuklidlərin paylanmasının və miqdarının beynəlxalq normativlərin tələblərindən yüksək olmaması müəyyənləşdirilmişdir. Ölkədəki su mənbələrinin, torpaq və bitki örtüyünün mineral kimyəvi tərkibi, çaylarda, su hövzələrində, torpaq sahələrində və bitki örtüyündə radioaktiv elementlərin paylanması tədqiq edilmiş və nəticələr vahid kitabça-atlas şəklində dərc edilmişdir.

2. Sofora Japonica L., Juglans regia bitkilərindən rutin, kversetin, yuqlonun dəmir kompleksləri alınmış, şüalanmadan qoruyucu xassələrinin olması aşkarlanmışdır

3. Aparılmış tədqiqatlarla Achillea nobilis, Crocus sativus L., Calendula officinalis bitkiləri ekstraktlarının və onların polivinilpirrolidonla modifikasiya edilmiş formalarının radioprotektor xassələrinin olması müəyyən edilmiş və onların radioprofilaktik məqsədlərlə istifadə edilmələrinin mümkünlüyü tövsiyə edilmişdir.

4. Modifikasiya edilmiş Zəncirotu (Taraxacum officinale), pitraq (Arctium lappa l.) və  adi daziotu (Hypericum perforatum), gülümbahar (Calendula officinalis L.)  fitokompozisiyalarının şüalanmadan qoruyucu təsirləri öyrənilmişdir. 5.n-[(2-metil-5-aminofenil)-4-(3-piridil)-2 pirimidina-min]nin metilpiperazinometil benzoilamid törəmə- sinin və onun sink kompleksinin sintez üsulları işlənmiş, radioqoruyucu xassələri öyrənilmiş, bitkiçilikikdə tətbiqinin mümkünlüyü tövsiyə edilmişdir.