Tel. | (+994 50) 6752710,
(+994 12) 5108591 |
|
Faks | (+994 12) 5107442 | |
Elektron poçtu | laboratory_9@kqki.science.az | |
Struktur bölmənin rəhbəri |
Nizami Allahverdi oğlu Zeynalov Kimya elmləri doktoru |
|
İşçilərin ümumi sayı | 17 | |
Əsas fəaliyyət istiqamətləri | Sintetik və təbii polimer matrisaları əsasında keçid metalların nanokompozitlərinin alınması, onların katalitik, sorbsiya xassələrinin və bioloji fəallığının tədqiqi | |
Əsas elmi nəticələri | Kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının yeni prinsipi işlənib hazırlanmışdır. Həmin prinsipdən istifadə etməklə fosforil, karboksil, piridin, amin və imin funksional qrupları olan yüksək sorbsiya və katalitik xassələrə malik yeni nəsl polimer sorbentlər və katalizatorlar alınmışdır. Bu sorbentlər və katalizatorlar müxtəlif sorbsiya proseslərində, eləcə də bir sıra karbohidrogenlərin oksidləşməsi və hidrogenləşməsi reaksiyalarında yüksək aktivlik və selektivlik nümayiş etdirmişlər. Polivinilpiridin, polimetakril turşusu, polimetakrilamid və digər makroliqandlar kauçuk əsaslı polimerlərə calaq olunmuş və onların əsasında metal tərkibli gel-immobilizə olunmuş katalitik sistemlər sintez edilmişdir. Gel-immobilizə olunmuş katalizatorların aşağı molekullu olefinlərin dimerləşməsi və sodimerləşməsi reaksiyalarında yüksək aktivliyə, selektivliyə və stabilliyə malik olması müəyyən edilmişdir. Bioloji aktiv birləşmələrin (BAB) daşınması üçün suda yaxşı şişə bilən sintetik və təbii polimerlər əsasında hidrogellər alınmışdır. BAB-ın polimer daşıyıcılarda immobilizə olunması onların farmakoloji xassələrini yaxşılaşdırır, təsir müddətini və aktivliyini artırır, toksikliyini azaldır, zədələnmiş orqanlara təsir qüvvəsini çoxaldır və hətta saxlanılma zamanı stabilliyini artırır. Poli-N-vinilpirrolidon, poli-N-vinilpirrolidonun Cu(II), Co(II), Ni(II) ionları ilə komplekslərinə və arabinoqalaktanın poli-N-vinilpirrolidonla calaq edilmiş sopolimerinə tripsinin immobilizə olunması tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, tripsinin immobilizə oluması üçün alınmış polimer gellər, davamlılıq və aktivliyi saxlamaqla yanaşı, həm də uzun müddətli daşıma imkanına malikdirlər. |