Tel. | (+994 12) 5390151 | |
Faks | (+994 12) 5392826 | |
Elektron poçtu | lab1.1@isi.az | |
Struktur bölmənin rəhbəri | t.e.d., prof., akademik Əliyev Telman Abbas oğlu | |
İşçilərin ümumi sayı | 16 | |
Əsas fəaliyyət istiqamətləri | İstehsalat sahələrinin səmərəli, suboptimal və optimal rejimlərdə işləməsini təmin edən müxtəlif təyinatlı və səviyyəli yeni nəsil "intellektual, hibrid, robast nəzarət, diaqnostika, proqnozlaşdırma və idareətmə sistemlərinin" yaradılmasının nəzəri əsaslarının işlənilməsi. | |
Əsas elmi nəticələri | Siqnalların robast analizi texnologiyaları və nəzəriyyəsi yaradılmışdır;
Stoxastik proseslər üçün identifikasiyanın, tanınmanın və diaqnostikanın adekvatlığını təmin etməyə imkan verən nəzəriyyə və texnologiyaları yaradılmışdır; Siqnalların küylərinin faydalı informasiya daşıyıcıları kimi analizi texnologiyası və nəzəriyyəsi yaradılmışdır; Texniki obyektlərdə "qəzaların gizli dövrünü monitorinq etməyə imkan verən noise texnologiyalarının və sistemlərinin" yaradılmasının nəzəri əsaslarını təklif etmişdir; Göstərilən nəticələr əsasında qəzaların yaranmalarının gizli dövrünün noise monitorinqi və proqnozlaşdırılması texnologiyaları və sistemləri yaradılmış və kompressor stansiyalarında, neftqazçıxarma və neftkimya obyektlərində tətbiq edilmişdir. Onların aviasiyada, dəniz dərinlik platformalarında, elektrik stansiyalarında, tikintidə, seysmikada, tibbdə istifadəsinin effektliyi göstərilmişdir. |