Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Fövqəladə hallarda idarəetmə laboratoriyası

Fövqəladə hallarda idarəetmə laboratoriyası
Tel. (+994 12) 5396948
Faks (+994 12) 5392826
Elektron poçtu  
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü Sadıqov Əminağa Bəhmən oğlu
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellərin, metodların və informasiya texnologiyalarının yaradılması.
Əsas elmi nəticələri

1.İlk dəfə olaraq fövqəladə halların səbəb-nəticə və məkan-zaman əlamətlərinə görə identifikasiyası və təsnifatı üçün riyazi metodologiya işlənmiş, təhlükəyə məruz qalmış regionun idarəetmə obyekti kimi riyzi təsviri verilmişdir;

2.Fövqəladə hallarda çevik idarəetmə məsələlərinin həlli üçün riyazi modellər, metodlar və yeni informasiya texnologiyaları işlənmişdir;

3.Potensial təhlükəli obyektlərin pasportlaşdırılması üçün verilənlər bazasının yaradılması texnologiyası işlənmişdir;

4.Qəzaya səbəb olan təsadüfi hallar arasında səbəb-nəticə əlaqələrini aşkar etmək, qəza risklərinin yaranmasını qiymətləndirmək və ani dəyişiklikləri olan prosesləri modelləşdirmək və beləliklə ekoloji təhlükəli odyektlərin təhlükəsizliyini maksimum təmin etmək üçün yeni metodologiya işlənmişdir;

5.Qəzaların monitorinqi üçün nproqnoz məsələlərinin həll alqoritmləri işlənmişdir;

6.Zaman sıralarının qabaqcadan klasterləşdirilməsi yolu ilə ən yaxın qonşu metodu ilə proqnozlaşdırmanın selektiv və hibrid növlərinin kombinə edilmiş modelləri işlənmişdir;

7.Hava və su mühitində çirkləndirici maddələrin yayılmasının riyazi modelləri işlənmişdir;

8.Fövqəladə halların inkişaf proseslərinin dağıdıcı təsirlərin təzahürünün və müdafiə tədbirlərinin yerinə yetirilməsinin alternativlərini əks etdirən yönəldilmiş multiqraf şəklində göstərilməsi;

9.Fövqəladə hallarda əsas idarəetmə məsələlərinin ifadə edilməsi və onların operativ idarəetmə konturlarının iyerarxik sistem şəklində dekompozisiyası;

10.Qeyri-müəyyənlik şəraitində su ehtiyatlarının idarə edilməsinin riyazi modeli;

11.Qazdan təhlükəli müəssisənin ekoloji modelinin yaradılmasının riyazi modeli;

12.Yanan hissəciklərin sürətinin və maksimal uçuş məsafəsinin hesablanmasının analitik düsturu verilmişdir;

13.Texnogen təsir risklərinin minimallaşdırılması məsələsinin həllinin robast metodu təklif olunmuşdur;

14.Yanğın zamanı metropolitenin yeraltı qurğularında hava axınlarının hərəkətinin modelləşdirilməsi üçün ədədi modelləşdirmə metodu işlənmişdir;

15.Hərbi fəaliyyət ərazilərində ekoloji proseslərin riyazi modeli işlənmişdir.