Tel. | (+994 12) 5392560 | |
Faks | (+994 12) 5392826 | |
Elektron poçtu | lab2.3@isi.az | |
Struktur bölmənin rəhbəri | AMEA-nın müxbir üzvi Məlikov Аğası Zərbəli oğlu | |
İşçilərin ümumi sayı | 4 | |
Əsas fəaliyyət istiqamətləri | 1. Teletrafik sistemlərinin riyazi modellərinin və onların analizi və optimallaşdırılması üsullarının yaradılması;
2. Mürəkkəb strukturlu kütləvi xidmət və ehtiyatların idarə edilməsi sistemlərinin analizi və optimallaşdırılması üsullarının yaradılması. |
|
Əsas elmi nəticələri | 1. İdarə olunan prioritetləri olan çoxselli kütləvi xidmət sistemlərinin analizi və optimallaşdırılması üçün dəqiq və təqribi üsullar yaradılmışdır;
2. Çoxölçülü Markov zəncirlərinin stasionar paylanmasının hesablanması üçün səmərəli təqribi üsullar yaradılmışdır; 3. Multixidmətli kommunikasiya şəbəkələrin keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün dəqiq və təqribi üsullar təklif edilmişdir; 4. Vəziyyətdən asılı olan sıçrayışlı prioritetlər anlayışı daxil edilmiş və bu tip prioritetlərdən istifadə edildikdə kütləvi xidmət sistemlərinin analizi üsulları yaradılmışdır; 5. Təsadüfi giriş strategiyalı çoxsürətli Erlang modelləri yaradılmış və bu modellərin analizi üçün dəqiq və təqribi üsullar təklif edilmişdir; 6. Kütləvi xidmət sistemlərində ehtiyatların idarə edilməsi məsələlərinin həlli üçün orijinal yanaşmalar təklif olunmuşdur. |