Tel. | (+994 12) 5109372 | |
Faks | (+994 12) 5392826 | |
Elektron poçtu | lab2.4@isi.az | |
Struktur bölmənin rəhbəri | Prof. Mənsimov Kamil Bayraməli oğlu | |
İşçilərin ümumi sayı | 9 | |
Əsas fəaliyyət istiqamətləri | Toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri və kafi şərtlər. | |
Əsas elmi nəticələri | 1. Toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində məxsusi idarələri tədqiq etmək və optimallıq üçün yüksək tərtib zəruri şərtlər almaq üçün yeni, universal üsul təklif olunmuşdur;
2. Dəyişən strukturlu toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün birinci tərtib zəruri şərtlər alınmış və məxsusi idarələr tədqiq olunmuşdur; 3. Hamar olmayan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər alınmışdır; 4. Diskret iki parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün Krotov tipli kafi şərtlər tapılmış və yüksək tərtib zəruri şərtlər alınmışdır; 5. Lokal olmayan sərhəd şərtli optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər çıxarılmışdır; 6. Volterra tipli müxtəlif inteqral tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər isbat olunmuşdur; 7. Volterra tipli fərq tənliklər sistemi üçün optimal idarəetmə məsələsi qoyulmuş və optimallıq üçün zəruri şərtlər çıxarılmışdır; 8. Rosser tipli optimal idarə məsələlərində məxsusi idarələr tədqiq olunmuşdur; 9. Rosser tipli hibrid optimal idarəetmə məsələləri tədqiq olunmuşdur; 10. Kəsilməz-diskret optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər isbat olunmuşdur. |