Tel. | (+994 12) 5102895 | |
Faks | (+994 12) 5392826 | |
Elektron poçtu | lab2.6@isi.az | |
Struktur bölmənin rəhbəri | f.r.e.d., professor Nəsirova Tamilla Hilal qızı | |
İşçilərin ümumi sayı | 7 | |
Əsas fəaliyyət istiqamətləri | Sərhədli yarımmarkov prosesləri ilə təsvir olunan texniki sistemlərin ehtimal modellərinin işlənilməsi. | |
Əsas elmi nəticələri | Müsbət və mənfi meyilli semi-markov dolaşma prosesinin "a(a>0)" səviyyəsinə çatma anı ilə bu səviyyəni aşma uzunluğunun birgə paylanmasının Laplas-Stiltyes çevirməsi tapılmışdır;
Müsbət meyilli, mənfi sıçrayışlı semi-markov prosesinin birinci dəfə hər hansı bir müsbət səviyyəyə çatma anının paylanmasının Laplas-Stiltyes çevirməsi tapılmışdır; Asılı olmayan, müsbət və eyni paylanmaya malik ikiölçülü təsadüfi kəmiyyətlər ardıcıllığından istifadə edib, müsbət meyilli, mənfi sıçrayışlı semi-markov dolaşma prosesi qurulmuş, müsbət axınlı, mənfi sıçrayışlı semi-markov dolaşma prosesinin paylanmasının zamana görə Laplas və fazaya görə Furye-Stiltyes çevirməsi tapılmışdır; Terminallarda fiziki parametrlərin qiymətlərinin dəyişməsinin stoxastik modeli qurulmuşdur. Mürəkkəb dolaşma semi-markov cəm prosesinin əsas sərhəd funksionallarından biri olan müəyyən səviyyəyə çatma anı ilə bu səviyyəni aşma uzunluğunun şərtsiz və şərti birgə paylanmalarının Laplas çevirməsi tapılmışdır. Sonra tapılan ifadədən ayrı-ayrı komponentlərin hər birinin riyazi gözləmə və dispersiyaları tapılmışdır; Terminallarda fiziki parametrlərin qiymətlərinin dəyişməsinin stoxastik modeli qurulmuşdur. Mürəkkəb dolaşma cəm prosesi qurulmuş, onun paylanmasının Laplas-Stiltyes paylanması tapılmışdır. |