Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyası

Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyası
Tel. (+994 12) 5393104
Faks (+994 12) 5392826
Elektron poçtu lab3.5@isi.az
Struktur bölmənin rəhbəri r.ü.f.d., dosent Paşayev Ədalət Bəxtiyar oğlu
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  Dinamik obyekt və sistemlərin informasiya qıtlığı şəraitində idarə edilməsi üçün riyazi modellərin, üsulların və alqoritmlərin işlənilməsi
Əsas elmi nəticələri

-Təsvirlərin emalı – Yer səthinin məsafədən tədqiqi üsullarından biri kimi müxtəlif rəng filtirləri ilə çəkilmiş şəkillərin birgə emalı tətbiq olunur. Bu məqsədlə filtirlənmiş şəkillərdən rəngli şəkillərin alınması, fotosintez əmsalının hesablanması istiqamətində tədqiqatlar aparılır. Böyük obyektlərin lazımi dəqiqliklə çəkilişini aparmaq üçün bir neçə kadr çəkmək lazım gəlir. Bu kadrları vahid şəkildə birləşdirə bilən proqram modulunun işlənilməsi istiqamətində işlər aparılır.

- Təsvirlərin tanınması – Verilmiş şəkildə lazım olan obyektin olmasını aşkarlamaq və onun hərəkətini izləmək alqoritmləri və proqram vasitələri işlənilir. Alqoritmlərin fırlanmaya qarşı invariant olması şərt kimi irəli sürülür. İnfrastruktur obyektlərinin təsvirlərinə görə tanınması və identifikasiyası məsələsi tədqiq edilir. Hərəkətin izlənilməsi zamanı kameranın bərkidildiyi platformanın idarə edilməsi alqoritmləri işlənilir.

- Dinamik sistemlərin idarə edilməsində qərarqəbuletmə sistemlərinin işlənilməsi – İdarə olunan dinamik sistemin bir vəziyyətdən digər vəziyyətə keçməsi üçün müxtəlif meyarlara görə (ən qısa zamanda, ən az enerji sərfi ilə və s.) idarələrin tapılması, verilmiş hərəkət rejiminin saxlanılması üçün əks əlaqəli idarənin tapılması (tənzimləyici) alqoritnmləri işlənilir.

- Diferensial oyunlar – Bir neçə idarə olunan obyektin birgə hərəkəti zamanı qarşıya çıxan məsələlər arasında obyektlərin bir qisminin məqsədi digər obyektlərlə zidiiyyət təşkil etdiyi (differensial oyun), bu zaman, obyektlərin hər birinin idarəsi müstəqil generesiya edilməsi məsələsi tədqiq olunur. Bu məsələlərin formalizasiyası, məsələnin qoyuluşunun korrektliyi, həll yanaşması, həll alqoritmləri işlənilir.

- Azərbaycan torpaqlarının klassifikasiyasının beynəlxalq klassifikasiya (WRB) ilə qarşılıqlı struktur analzi aparılmışdır. WRB klassifikasiyasında götürülmüş hər hansı torpağın Azərbaycan torpaqlarının klassifikasiyasında inikasını tapan alqoritm işlənilmişdir.