Tel. | (+994 12) 5389425 | |
Faks | ||
Elektron poçtu | soiman@dcacs.ab.az |
|
Struktur bölmənin rəhbəri | Axundova Əminə Bağır qızı
Aqrar elmlər üzrə fəlsəfə doktoru |
|
İşçilərin ümumi sayı | 7 | |
Əsas fəaliyyət istiqamətləri | Mikroelementlərin torpaqlarda yayılması və miqdarı, torpaq–bitki sistemində miqrasiyası, onların kənd təsərrüfat bitkiləri altında tətbiqinin səmərələliyi, torpaqların ağır metallarla çirklənməsinin müasir səviyyəsinin öyrənilməsi və ekoloji nöqteyi-nəzərdən səciyyələndirilməsi. | |
Əsas elmi nəticələri | Respublika torpaqlarında mikrogübrələrin kənd təsərrüfat bitkiləri altında tətbiqinin elmi əsaslarının hazırlanması və effektliyinin artırılması, tətbiq olunan gübrə normalarının optimallaşdırılması, yeni mikrogübrə növlərinin hazırlanması, efir yağlı və dərman bitkilərinin becərilməsində mikroelementlərin tətbiqinin səmərəliliyi, biogeokimyəvi rayonların aşkar edilməsi, təbii radioaktiv elementlərin öyrənilməsi, texnogen tullantılar nəticəsində ətraf mühitin ağır metallarla çirklənmə səviyyəsinin müəyyən edilməsi, torpaqların ekoloji qiymətləndirilməsində mikroelementlərin bir faktor kimi nəzərə alınması, onların torpaq-bitki sistemində miqrasiyası öyrənilmişdir. Azərbaycanın Torpaq Atlasının Aqrokimya bölməsində torpaqlarda manqan (Mn), sink (Zn), kobalt (Co), mis (Cu), yod (Y), selen (Se), bor (B), molibden (Mo) kimi mikroelementlərin ümumi miqdarını göstərən xəritələr tərtib edilmişdir. |