Bakıda səfərdə olan Ukrayna Milli Elmlər Akademiyasının A.Podqornıy adına Maşınqayırma Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Oleq Kravçenko və “AP-İNVEST” şirkətinin nümayəndəsi Andrey Voytovskiy AMEA Elmi İnnovasiyalar Mərkəzində (EİM) olublar.
Qonaqları salamlayan EİM-in direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov mərkəzin fəaliyyəti, görülən işlərlə bağlı ətraflı məlumat verib. Görüşdə innovativ texnologiyalar sahəsində hazırlanacaq birgə layihələrə dair fikir mübadiləsi aparılıb, iki qurum arasında elm və texnika sahəsində qarşılıqlı əməkdaşlığın yaradılması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.