Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi impakt faktorlu jurnalda işıq üzü görüb
19.03.2019 09:17
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi impakt faktorlu jurnalda işıq üzü görüb

Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin, həmin institutun dissertantı Xəyyam Bədəlovun və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Cavanşir Həsənovun I Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsinin proqramı çərçivəsində həmmüəllifi olduqları məqalə çap olunub.

Məqalə "Clarivate Analytics" beynəlxalq bazasında referatlaşdırılmış "Mathematical Inequalities and Applications" impakt faktorlu jurnalda dərc edilib.

"Dəyişən dərəcəli sıfırlanan ümumiləşmiş çəkili Morri fəzasında Riss potensialının kommutatoru" adlı məqalədə Riss potensialı və onun kommutatorunun dəyişən dərəcəli ümumiləşmiş çəkili Morri və dəyişən dərəcəli sıfırlanan ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu üçün kafi şərtləri tapılıb.

Qeyd edək ki, bu tip nəticələr funksional fəzalar nəzəriyyəsi sahəsində çalışan aparıcı tədqiqatçıların böyük diqqət mərkəzindədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: