Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Tədqiqatçıların informatika üzrə hazırlığı” kitabı çapdan çıxıb
01.04.2019 10:02
  • A-
  • A
  • A+

“Tədqiqatçıların informatika üzrə hazırlığı” kitabı çapdan çıxıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Tədqiqatçıların informatika üzrə hazırlığı” kitabı nəşr olunub.

Kitabda institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlar haqqında toplanmış məlumatlar müxtəlif parametrlər üzrə (yaş, cins, elmi istiqamətlər, elmi müəssisələr, vətəndaşlıq və s.) analiz olunub, müvafiq analizin nəticələri vizuallaşdırılaraq cədvəl və qrafiklər şəklində təqdim edilib.

Nəşrin müəllifləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova və mərkəzin baş mütəxəssisi Kəmalə Qurbanovadır.

“İnformasiya texnologiyaları” nəşriyyatı tərəfindən nəşr olunan statistik icmal 2003-2018-ci illər ərzində institutda “İnformatika” fənnindən imtahan vermiş respublika üzrə elm və təhsil müəssisələrinin doktorant və dissertantları haqqında zəruri məlumatların toplandığı verilənlər bazasının analitik emalı əsasında tərtib edilib.

Məcmuədəki məlumatlar elmin təşkili və idarə olunması sahəsində səmərəli qərarların verilməsi, eləcə də respublikada elmi kadr hazırlığının vəziyyətinin təhlili və qiymətləndirilməsi üçün istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: