Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şəki Regional Elmi Mərkəzi “ABAD” ilə əməkdaşlıq edəcək
02.04.2019 14:22
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzi “ABAD” ilə əməkdaşlıq edəcək

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs ilə AMEA Şəki Regional Elmi Mərkəzi (ŞREM) arasında ASAN peşə layihəsi çərçivəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandum ŞREM-in alimləri tərəfindən regionda ipəkçilik, logistika və texnologiya, bağçılıq və tütünçülük sahələri üzrə təlimlərin təşkili, yüksəkixtisaslı kadrların hazırlanması və təcrübə mübadiləsinin aparılması məqsədi daşıyır.

Sənədi “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: