Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İspaniyanın “ACTIVA” şirkəti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq etmək niyyətindədir
03.04.2019 09:26
  • A-
  • A
  • A+

İspaniyanın “ACTIVA” şirkəti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq etmək niyyətindədir

İspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərində yerləşən “ACTIVA” şirkətinin prezidenti Jesus Serra AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olub.

Səfərin məqsədi birgə innovativ layihələrin icrası imkanlarının müzakirəsi və şirkətə AMEA YT Parkın rezidenti statusunun verilməsi məsələsinin araşdırılması idi.

YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov qonağa texnoparkın fəaliyyəti, bu müəssisənin rezidentləri və onlara şamil olunan güzəştlər barədə ətraflı məlumat verib. O, “ACTIVA” şirkətini rəhbərlik etdiyi qurumla əməkdaşlığa dəvət edib.

J.Serra isə təmsil etdiyi müəssisə barədə məlumat verərək, “ACTIVA”-nın ekoloji memarlıq sahəsində innovativ boya məhsullarının istehsalı üzrə ixtisaslaşmış şirkət olduğunu bildirib. Qeyd edib ki, bu boyalar bioloji maddələrlə zəngindir və boya üzərinə işıq şüaları düşdükdə onun daxilindəki maddələr ətrafdakı mikrobları neytrallaşdırır. 

Görüşdə YT Parkın strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə, Xüsusi şöbənin rəisi, polkovnik Adil Məmmədov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: