AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda növbəti elmi seminar keçirilib.
Tədbirdə Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev “Bərpa olunan enerji mənbələrinin istifadəsinə əsaslanan bəzi layihələrin xülasəsi” mövzusunda məruzə ilə çıxış edib.
F.Əliyev “Qarabağın işğaldan sonra davamlı inkişaf layihəsi”, “Nano hissəciklərinin memarlıq və inşaatda çirkli torpaq və suların tənzimlənməsində istifadəsi metodologiyası”, “Alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi”, “Azərbaycan Respublikasının Quba-Xaçmaz regionu üçün Hidro-hidrogen pilot layihə” və s. layihələr barədə məlumat verilib.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.