Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Rusiya mətbuatı Əlyazmalar İnstitutunun fəaliyyətini işıqlandırır
08.04.2019 12:43
  • A-
  • A
  • A+

Rusiya mətbuatı Əlyazmalar İnstitutunun fəaliyyətini işıqlandırır

Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin şöbə müdiri Aleksey Jukov və “Rossiya–Kultura” telekanalının “Qara dəliklər. Ağ ləkələr” elm-təhsil proqramının əməkdaşları Marina Orlova və Maksim Xankişiyev AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi fəaliyyətini işıqlandırmaq məqsədilə bu müəssisədə olublar.

İnstitutun direktoru, akademik Teymur Kərimli jurnalistlərə müsahibəsində müəssisənin tarixi, fonddakı nadir əlyazmalar, eləcə də son dövrlərdə aparılan elmi tədqiqat işləri barədə ətraflı məlumat verib.

Qonaqlar institutun ekspozisiya zalında qədim əlyazmalar və Vatikanın Apostol kitabxanasından Azərbaycana gətirilən əlyazmalarla tanış olublar. Onlara, həmçinin institutun elmi fondu, əlyazmaların gigiyena və bərpası laboratoriyası, fondda qorunan nadir əlyazmalar haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: